Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-834/2025 18.06.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlu, İddiaçı X1-Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borc tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı X1-Bank Kredit Təşkilatı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 3051,00 manat əsas borc, 340.70 manat faiz borcu, 564.15 manat cərimə, cəmi 3955.85 manat borcun və 59.56 manat ödənilmiş dövlət rüsumunun alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı X1-Bank Kredit Təşkilatı ilə Cavabdeh3 arasında bağlanmış 09 iyun 2023-cü il tarixli **********952 saylı kredit müqaviləsinə əsasən Cavabdeh3 24 ay müddətinə, illik 26% dərəcəsi ilə 7000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əlavə edilən ödəniş cədvəlinə əsasən cavabdehin hər ay 379 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit öhdəliyinin təmin edilməsi məqsədi ilə İddiaçı X1-Bank Kredit Təşkilatı ilə digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında **********0***-******* və **********0***-******* saylı zaminlik müqavilələri bağlanmış və həmin müqavilələrə əsasən zaminlər kredit alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdələrinə götürmüşlər. Lakin cavabdehlər kredit müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirmədikləri üçün cavabdehlərin İddiaçı X1-Bank Kredit Təşkilatına 3051,00 manat əsas borc, 340.70 manat faiz borcu, 564.15 manat cərimə, cəmi 3955.85 manat borcu yaranmışdır. Ona görə də iddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3051,00 manat əsas borc, 340.70 manat faiz borcu, 564.15 manat cərimə, cəmi 3955.85 manat borcun və 59.56 manat dövlət rüsumunun alınıb İddiaçı X1-Bank Kredit Təşkilatının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazlarının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduqları bildirilmişdir. Lakin cavabdehlərdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 09 iyun 2023-cü il tarixli **********952 saylı kredit müqaviləsindən görünür ki, bu müqavilə əsasında İddiaçı X1-Bank Kredit Təşkilatı tərəfindən Cavabdeh3 ailəkəndli təsərrüfatının yaradılması, genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması məqsədləri üçün 24 ay müddətinə illik 26% dərəcəsi ilə 7000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin 8-ci bəndində qeyd edilmiş kreditin ödəniş cədvəlindən görünür ki, Cavabdeh3 24 ay müddətində, illik 26% dərəcəsi ilə 7000 manat məbləğində kreditə görə 23 ay 379 manat, bir ay 361 manat ödəniş etməlidir. Həmin müqavilə üzrə ödənişlərin son tarixi 08 iyun 2025-ci il tarixi müəyyən edilmişdir. İşdə olan İddiaçı X1-Bank Kredit Təşkilatı ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 09 iyun 2023-cü il tarixli,**********0***-******* saylı və **********0***-******* saylı zaminlik müqavilələrindən görünür ki, bu müqavilələr cavabdeh (kredit alan) Cavabdeh3 tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda zaminlər Cavabdeh1 və Cavabdeh2 əsas borcu, həmin borca hesablanmış faiz və cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdələrinə götürmüşlər. İşdə olan 14 aprel 2025-ci il tarixli maliyyə arayışdan görünür ki, 09 iyun 2023-cü il tarixli **********952 saylı kredit müqaviləsi üzrə Cavabdeh3 İddiaçı X1-Bank Kredit Təşkilatına 14 aprel 2025-ci il tarixə 3051,00 manat əsas borcu, 340.70 manat faiz borcu, 564.15 manat cərimə borcu, cəmi 3955.85 manat borcu vardır. Cavabdeh3 əsas borcundan 3949 manat, faiz borcundan 1737.30 manat, cərimə borcundan 883.88 manat, cəmi 6570.18 manat ödəniş etmişdir. İşdə olan kredit kartının mədaxil (qəbul) aktının surətindən görünür ki, 09 iyun 2023cü il tarixli **********155784 saylı kredit müqaviləsi üzrə Cavabdeh3 verilmiş kredit məbləği “Fincard” kredit kartında ona təqdim edilmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, Cavabdeh3 ilə İddiaçı X1-Bank Kredit Təşkilatının arasında 09 iyun 2023-cü il tarixli **********952 saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh3 İddiaçı X1-Bank Kredit Təşkilatı tərəfindən ailə-kəndli təsərrüfatının yaradılması, genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması məqsədləri üçün 24 ay müddətinə, illik 26% dərəcəsi ilə 7000 manat məbləğində kredit verilmişdir. Kredit öhdəliyinin təmin edilməsi məqsədi ilə İddiaçı X1- Bank Kredit Təşkilatı ilə digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında **********0***-******* və **********0***-******* saylı zaminlik müqavilələri bağlanmış və həmin müqavilələrə əsasən zaminlər kredit alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdələrinə götürmüşlər. Lakin cavabdehlər kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəliklərini yerinə yetirmədikləri üçün cavabdehlərin İddiaçı X1-Bank Kredit Təşkilatı 3051,00 manat əsas borc, 340.70 manat faiz borcu, 564.15 manat cərimə borcu, cəmi 3955.85 manat borcu yaranmışdır. Ona görə də İddiaçı X1- Bank Kredit Təşkilatı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 3051,00 manat əsas borcun, 340.70 manat faiz borcu, 564.15 manat cərimə borcu, cəmi 3955.85 manat borcun alınmasını tələb edir. Qeyd olunanlardan görünür ki, İddiaçı X1-Bank Kredit Təşkilatı 09 iyun 2023-cü il tarixli **********952 saylı kredit müqaviləsi, 09 iyun 2023-cü il tarixli, **********0***-******* və **********0***-******* saylı zaminlik müqavilələri üzrə 3051,00 manat əsas borcun, 340.70 manat faiz borcunun, 564.15 manat cərimənin, cəmi 3955.85 manat borcun cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehlərdən 09 iyun 2023-cü il tarixli **********952 saylı kredit müqaviləsi üzrə tələb olunan 564.15 manat məbləğində dəbbə pulunun (cərimənin) tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarı 56 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3051,00 manat əsas borc, 340.70 manat faiz borcu, 56 manat cərimə, cəmi 3447.77 manat alınıb İddiaçı X1-Bank Kredit Təşkilatına ödənilməli, iddianın qalan hissəsi təmin olunmamalıdır. İşdə olan 13 may 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı X1-Bank Kredit Təşkilatı tərəfindən 59.56 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 59.56 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6 maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3051,00 manat əsas borc, 340.70 manat faiz borcu, 56 manat cərimə, cəmi 3447 (üç min dörd yüz qırx yeddi) manat 77 (yetmiş yeddi) qəpik alınıb İddiaçı X1-Bank Kredit Təşkilatına ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 59 (əlli doqquz) manat 56 (əlli altı) qəpik dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(055)-834/2025
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-834/2025
18.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver