Məhkəmə qərarları › İş №e-2(055)-839/2023

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-839/2023

08.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-839/2023 08.08.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 2161.56 manat məbləğində əsas kredit borcunun, 118.57 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcunun, 7.26 manat cərimə borcunun, cəmi 2287.39 manat borcun və 42.88 manat ödənilmiş dövlət rüsumunun alınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ərizəni onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 13 iyul 2022-ci il tarixli, 38130***- *******01L saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 36 ay müddətinə illik 16% dərəcəsi ilə 2500 manat məbləğində kredit verilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 13 iyul 2022-ci il tarixli, 038FİZAM150426001 saylı zaminlik müqaviləsinə əsasən zamin borcalanın kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdehlər kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəliklərini yerinə yetirmədikləri üçün onların İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 2161.56 manat əsas borcu, 118.57 manat faiz borcu, 7.26 manat cərimə borcu, cəmi 2287.39 manat borcu yaranmışdır. Borcun ödənilməsi barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər borcun ödənilməsindən yayınmışlar. Ona görə də, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 2161.56 manat məbləğində əsas kredit borcunun, 118.57 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcunun, 7.26 manat cərimə borcunun, cəmi 2287.39 manat borcun və 42.88 manat ödənilmiş dövlət rüsumunun alınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazlarının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduqları bildirilmişdir. Lakin cavabdehlərdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 13 iyul 2022-ci il tarixli 38130***-*******01L saylı kredit limiti razılaşmasından və ona əlavə olunmuş 23 may 2023-cü il tarixli arayışdan görünür ki, bu müqavilə əsasında İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh2 120 ay müddətinə 50000 manat kredit limiti açılmışdır. Bu müqavilə illik 16% olmaqla 36 ay müddətinə 2500 manat məbləğində kreditin verilməsi ilə əlaqədar İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmışdır. İşdə olan 13 iyul 2022-ci il tarixli 038FİZAM150426001 saylı zaminlik müqaviləsindən görünür ki, cavabdeh (kredit alan) Cavabdeh2 ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 13 iyul 2022-ci il tarixli 38130***-*******01L saylı kredit müqaviləsi ilə əlaqədar olaraq zamin (cavabdeh) Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra olunmasına görə kredit alan-Cavabdeh2 ilə birlikdə İddiaçı Açıq Səhmdar Cəmiyyəti qarşısında birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. İşdə olan Cavabdeh2 ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Sabirabad filialı arasında bağlanmış 13 iyul 2022-ci il tarixli 38130***-*******01L saylı kredit müqaviləsi üzrə 10 yanvar 2023-cü il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan kredit borcunun, faizlərin və penyanın hesablanması haqqında arayışdan görünür ki, Cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan əsas borcu 2161.56 manat, faiz borcu 118.57 manat, cərimə borcu 7.26 manat, cəmi borcu 2287.39 manat təşkil edir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 13 iyul 2022-ci il tarixli, 38130***-*******01L saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 36 ay müddətinə illik 16% dərəcəsi ilə 2500 manat məbləğində kredit verilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 13 iyul 2022-ci il tarixli 038FİZAM150426001 saylı zaminlik müqaviləsinə əsasən zamin borcalanın kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Lakin cavabdehlər kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəliklərini yerinə yetirmədikləri üçün onların İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 2161.56 manat əsas borcu, 118.57 manat faiz borcu, 7.26 manat cərimə borcu, cəmi 2287.39 manat borcu yaranmışdır. Ona görə də İddiaçı Açıq Səhmdar Cəmiyyəti həmin borcun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsini tələb edir. Məhkəmə hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 2161.56 manat məbləğində əsas kredit borcunun, 118.57 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcunun, 7.26 manat cərimə borcunun, cəmi 2287.39 manat borcun alınmasında haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 2161.56 manat əsas borc, 118.57 manat faiz borcu, 7.26 manat cərimə borcu, cəmi 2287.39 manat borc alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. İşdə olan 05 iyul 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 42.88 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün iddiaçı tərəfindən ödənilmiş 42.88 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6 maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 2161.56 manat əsas borc, 118.57 manat faiz borcu, 7.26 manat cərimə borcu, cəmi 2287 (iki min iki yüz səksən yeddi) manat 39 (otuz doqquz) qəpik pul alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 42 (qırx iki) manat 88 (səksən səkkiz) qəpik dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar