Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-849/2025 12.11.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı maddi zərərin, əldən çıxmış faydanın ödənilməsi, torpaq sahəsindən qanunsuz istifadəsinin dayandırılması və həmin torpaq sahəsindən cavabdehin çıxarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 529 manat miqdarında dəymiş ziyanın, 3000 manat əldən çıxmış faydanın və 55.30 manat ödəmiş olduğu dövlət rüsumunun, cəmi 3584.30 manat pulun Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək 529 manat miqdarında dəymiş ziyanın, 3000 manat əldən çıxmış faydanın, 55.30 manat ödəmiş olduğu dövlət rüsumunun, cəmi 3584.30 manat pulun cavabdehdən tutulması, onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş 3.02 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Cavabdeh qanunsuz istifadəsinin dayandırılması, onun həmin torpaq sahəsindən çıxarılması barədə və həmçinin cavabdeh tərəfindən törədilən qanunsuz hərəkətlərin qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla onun və ailə üzvlərinin mülkiyyətinə 3.02 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. O, həmin torpaq sahəsində yonca əkmişdir. Cavabdeh qanunsuz olaraq həmin torpaq sahəsinə girib onun əkdiyi yoncanı şumlatdıraraq məhsulu məhv etmişdir. Belə ki, sözügedən torpaq sahəsinə 32 kq "AzETPİ-252" cinsli yonca toxumu əkmiş və tam çıxış almışdır. Saatlı rayonu Nərimankənd kənd sakini Cavabdeh sözügedən əkin sahəsinin 1,26 hektar hissəsini kənddə yaşayan traktorçu X1 vasitəsi ilə şumlatdırmışdır. Suvarma şəraitində yoncanın becərilmə texnologiyasına düzgün əməl etdikdə 4-5 çalımda yonca bitkisinin hər hektarından 140-150 sentner quru ot və ya 6900-7900 yem vahidi götürülür. Əkin sahəsinin kol-kosdan təmizlənməsi üçün 100 manat, torpaq sahəsinin şumlanması üçün 75 manat, həmin sahənin 2 dəfə malalanması üçün 50 manat, səpilmiş yonca toxumu üçün 224 manat, yonca toxumunu əkmək üçün kənd təsərrüfatı texnikasından istifadəyə görə 40 manat, günǝmuzd fəhlələrə 40 manat, yekunda cəmi 529 manat vəsait xərclənmişdir. Bundan əlavə bildirir ki, onun əldən çıxmış faydası təqribən 3000 manat təşkil edir. Çünki, bir yonca bitkisi əkildikdən sonra ardıcıl olaraq 5 il məhsul verir. Hər il üçün yonca bitkisi mövsüm ərzində orta hesabla 4 dəfə biçilir. Hal-hazırda yonca bitkisindən hazırlanmış ot bağının bir ədədinin orta bazar qiyməti təqribən 2.50 manat və ya 3 manat arasında dəyişir. 1,26 hektar torpaq sahəsi bir mövsüm ərzində, yəni bir il ərzində 400 ot bağı verir ki, belə olan halda bir il ərzində orta hesabla təqribən 1000 manat əldən çıxmış fayda hesablanmalıdır. Qeyd olunanlara əsasən bildirir ki, sonrakı 3 il əzində onun əlindən çıxmış faydanın 3000 manat təşkil etdiyi məlum olur və hazırda da torpaq sahəsi cavabdehin qanunsuz istifadəsindədir. Ona görə də, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, sözügedən torpaq sahəsi iddiaçının deyil, onun mülkiyyətindədir. İddiaçı isə həmin torpaq sahəsindən qanunsuz olaraq istifadə edir. İddiaçının 3.02 hektar torpaq sahəsi həmin ərazidə deyil, başqa ərazidədir. O, həqiqətən iddiaçının qeyd etdiyi torpaq sahəsini öz torpaq sahəsi olduğu üçün şumlatdırmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi həmin torpaq sahəsini iddiaçıya qanunsuz olaraq vermişdir. Qeyd edilən torpaq sahəsi ona Azərbaycan Respublikası Prezidentinin fərmanı əsasında qəbul edilmiş islahat aktı əsasında verilmiş, iddiaçıya isə Nazirlər Kabinetinin qərarı əsasında verilmişdir. Həmçinin Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin mütəxəssis rəyi ilə də razı deyildir. Ona görə də, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edirəm. İşdə olan və məhkəmə iclasında elan edilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********88 nömrəli çıxarış, torpaq sahəsinin planı və ölçüsündən görünür ki, İddiaçı və ailə üzvlərinin mülkiyyətində Saatlı rayonu Nərimankənd kəndində yerləşən 3.02 hektar torpaq sahəsi vardır. İşdə olan və məhkəmə iclasında elan edilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********03 nömrəli çıxarış, torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Cavabdeh və ailə üzvlərinin mülkiyyətində Saatlı rayonu Nərimankənd kəndində yerləşən 0.7875 hektar torpaq sahəsi vardır. İşdə olan və məhkəmə iclasında elan edilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********02 nömrəli çıxarış, torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Cavabdeh və ailə üzvlərinin mülkiyyətində Saatlı rayonu Nərimankənd kəndində yerləşən 1.6458 hektar torpaq sahəsi vardır. İşə əlavə edilmiş və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Saatlı X7 Mərkəzinin 08 may 2025-ci il tarixli, 3-22-3-49/2-V-6- 16-6/2025 saylı məktubundan görünür ki, İddiaçı 2024-2025-ci əkin dövrü üzrə “EKTİS”də bəyanı etməmişdir. Onun **********88 reyestr nömrəli çıxarışa əsasən birgə mülkiyyətinə verilmiş cəmi 3,02 hektar torpaq sahəsində 2,02 hektar çoxillik yonca bitkisinin, 1,0 hektar isə payızlıq arpa bitkisinin əkilməsi barədə X3 “EKTİS” üzərindən bəyan etmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında elan edilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin mütəxəssis rəyindən görünür ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********88 qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərinə verilmiş 3.02 ha torpaq sahəsinin sərhədləri və döngə nöqtə koordinatları müəyyən edilərək mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir. İddiaçı faktiki olaraq iddia etdiyi torpaq sahəsi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********88 qeydiyyat nömrəli çıxarışa əsasən onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərinə verilmiş 3.02 ha torpaq sahəsinin ərazi hüdudları daxilindədir və ya sərhədləri ilə əhatə olunur. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********03 və **********02 qeydiyyat nömrəli çıxarışlara əsasən Cavabdeh ve ailə üzvlərinin ümumi birgə mülkiyyətlərinə verilmiş 0.7875 ha və 1.6458 ha torpaq sahələrinin sərhədləri və döngə nöqtə koordinatları müəyyən edilərək mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir. Cavabdeh istifadə etdiyi (şumladığı) torpaq sahəsi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********03 ve **********02 qeydiyyat nömrəli çıxarışlara əsasən onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərinə verilmiş 0.7875 ha və 1.6458 ha torpaq sahələrinin ərazi hüdudları daxilində yerləşmir və yaxud onlardan kənarda yerleşir. Yəni cavabdehin istifadə etdiyi (şumladığı) torpaq sahəsi İddiaçı və ailə üzvlərinin mülkiyyətlərində olan dövlət reyestrindən **********88 reyestr nömrəli olan çıxarışda göstərilən 3.02 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konistitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində (mülkiyyətin müdafiəsi) göstərilir ki, mülkiyyətçin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsində isə göstərilir ki, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə iclasında tərəflərin izahatları, daşınmaz əmlakın dövlət reyestrindən 07 mart 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin mütəxəssis rəyi, həmin rəyə əlavə edilmiş mübahisəli ərazinin yerqurluşu planı ilə müəyyən edildi ki, cavabdehin istifadə etdiyi (şumladığı) torpaq sahəsi İddiaçı və ailə üzvlərinin mülkiyyətlərində olan dövlət reyestrindən **********88 reyestr nömrəli olan çıxarışda göstərilən 3.02 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir. Hazırda həmin torpaq sahəsinin 1,26 hektar hissəsindən Cavabdeh qanunsuz istifadə edir. İddiaçı iddianın təmin edilməsini tələb edir, cavabdeh isə qeyd edilən torpaq sahəsinin onun tərəfindən öz torpağı olduğu üçün isitifadə edildiyini qəbul edir və iddianın rədd edilməsini xahiş edir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı daşınmaz əmlakın dövlət reyestrindən 07 mart 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən onun və ailə üzvlərinin mülkiyyətində olan Saatlı rayonu Nərimankənd kəndində yerləşən 3.02 hektar torpaq sahəsindən Cavabdeh qanunsuz istifadəsinin dayandırılması, oradan çıxarılması və cavabdehə həmin torpaq sahəsi ilə bağlı qanunsuz hərəkətlərin qadağan edilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən, məhkəmə tərəflər arasındakı hazırkı münasibətlər üzrə sübutları qiymətləndirən zaman əsaslı şübhələr yaratmayan sübut standartını qəbul edərək hesab edir ki, sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gəlməlidir. Belə ki, hər bir tərəf məhkəmədə öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə də yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə yalnız əsaslı şübhə yaratmayan sübutları qəbul edir ki, onun əsaslılığı hər hansı bir hal ilə təkzib edilməsin. Məhkəmə iddiaçının cavabdehdən 529 manat miqdarında dəymiş maddi ziyan və əldən çıxmış faydaya görə 3000 manat tələb etməsi bağlı qeyd edir ki, iddiaçı ona dəymiş maddi ziyan və əldən çıxmış fayda ilə əlaqədar sübutlar tədim edə bilməmişdir. Həmçinin Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Saatlı X7 Mərkəzinin 08 may 2025-ci il tarixli, 3-22-3-49/2-V-6-16-6/2025 saylı məktubuna əsasən İddiaçı 2024-2025-ci əkin dövrü üzrə “EKTİS”-də bəyanı etməmişdir. Onun **********88 reyestr nömrəli çıxarışa əsasən birgə mülkiyyətinə verilmiş cəmi 3,02 hektar torpaq sahəsində 2,02 hektar çoxillik yonca bitkisinin, 1,0 hektar isə payızlıq arpa bitkisinin əkilməsi barədə başqa şəxs, yəni X3 “EKTİS” üzərindən bəyan etmişdir. Bu hal isə onu göstərir ki, İddiaçı qeyd edilən torpaq sahəsini əkməmişdir. Odur ki, iddianın dəymiş maddi ziyan və əldən çıxmış fayda hissəsi əsaslı olmadığından təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinin tələbinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməklə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 07 mart 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan Saatlı rayonu Nərimankənd kəndində yerləşən 3.02 hektar torpaq sahəsindən Cavabdeh qanunsuz istifadəsi dayandırılmalı, o, həmin torpaq sahəsindən çıxarılmalı və cavabdehə həmin torpaq sahəsi ilə bağlı qanunsuz hərəkətlər qadağan edilməli, iddia qalan hissədə təmin edilməməlidir. İşdə olan 15 may 2025-cü il tarixli “ASAN ödəniş” sistemindən çıxarışdan görünür ki, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 55.30 manat dövlət rüsumu ödənilmişdir. İşə əlavə edilmiş mütəxəssis rəyinin verilməsi üçün xidmət haqqının ödənilməsi barədə məktubdan və 18 avqust 2025-ci il tarixli qəbzdən görünür ki, mütəxəssis rəyinin verilməsinə dair çəkilən xərc 95 manat təşkil etmiş və İddiaçı tərəfindən ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 55.30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, mütəxəssis rəyinin verilməsinə çəkilmiş 95 manat iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia qismən təmin edilsin. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 07 mart 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan Saatlı rayonu Nərimankənd kəndində yerləşən 3.02 torpaq sahəsindən cavabdeh İddiaçı qanunsuz istifadəsi dayandırılsın, o, həmin torpaq sahəsindən çıxarılsın və cavabdehə həmin torpaq sahəsi ilə bağlı qanunsuz hərəkətlər qadağan edilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 55.30 (əlli beş manat otuz qəpik) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(055)-849/2025
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-849/2025
12.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver