Məhkəmə qərarları › İş №e-2(055)-883/2024

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-883/2024

05.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-883/2024 05.08.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum X3 vərəsəsi - Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 15 oktyabr 2019cu il tarixli, BPM**********87 №-li kredit müqaviləsi üzrə ödənilməmiş nəğd kredit üzrə 3882.87 manat əsas, 28.8 manat faiz olmaqla, cəmi 3911.67 (üç min doqquz yüz on bir manat 67 qəpik) manat məbləğində kredit borcunun, ödənilmiş 59.12 (əlli doqquz manat 12 qəpik) manat dövlət rüsumunun və 0,4 (qırx qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddianı onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin “Saatlı” filialı ilə X5 arasında bağlanmış 15 oktyabr 2019-cu il tarixli, BPM**********87 №-li Kredit müqaviləsinə əsasən Bank tərəfindən sonuncuya 36 ay müddətinə, illik 18 faiz dərəcəsi ilə hesablanmaqla, 6000 manat məbləğində nəğd krediti verilmişdir. X1 30 yanvar 2021-ci il tarixdə vəfat etmişdir. Saatlı rayon Notariat ofisi tərəfindən verilmiş 24 oktyabr 2023-cü il tarixli, 491 nömrəli məktuba əsasən müəyyən edilmişdir ki, mərhum X3 adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsəsi olan Cavabdeh mərhumdan qalan miras əmlakı qəbul etmişdir. Bankın “Saatlı” filialı tərəfindən təqdim edilmiş 08 may 2024-cü il tarixli maliyyə arayışına əsasən, X3 vəfat etdiyi tarixə Banka ödənilməmiş nəğd kredit üzrə 3882.87 manat əsas, 28.8 manat faiz olmaqla, cəmi 3911.67 (üç min doqquz yüz on bir manat 67 qəpik) manat borcu qalmışdır. Cavabdeh, mərhum X2 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək yerinə yetirməmişdir. Mübahisənin məhkəmədən kənar həlli mümkün olmadığından iddiaçı tərəf hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə ünvanladığı ərizəsindən görünür ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin xahişini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh X6 heç bir üzrlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan 15 oktyabr 2019-cu il tarixli, BPM**********87 nömrəli kredit müqaviləsindən görünür ki, bu müqavilə illik 18% olmaqla 36 ay müddətinə 6000 manat məbləğində kredit verilməsi ilə əlaqədar "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Əskərov Rafət Şahmur oğlu arasında bağlanmışdır. İşdə olan 04 iyun 2024-cü il tarixli maliyyə arayışından görünür ki, 15 oktyabr 2019cu il tarixli, BPM**********87 nömrəli kredit müqaviləsinə əsasən Əskərov Rafət Şahmur oğlunun vəfat etdiyi tarixə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə əsas borcu 3882,87 manat, faiz borcu 28,80 manat olmaqla, cəmi borcu 3911,67 manat təşkil edir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Məhkəmə hesab edir ki, borcalan Əskərov Rafət Şahmur oğlu kredit müqaviləsi üzrə üzərlərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra edə bilməmiş, iddiaçıya olan borcu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də onun hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Onun vərəsəsi hazırki iş üzrə Cavabdeh risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC ilə borcalan Əskərov Rafət Şahmur oğlu arasında bağlanmış 15 oktyabr 2019-cu il tarixli, BPM**********87 nömrəli kredit müqaviləsindən müəyyən olunur ki, bu müqaviləyə əsasən borc verən borc alana 36 ay müddətində, kreditdən istifadəyə görə illik 18% faiz ödəmək şərtilə 6000 manat kredit verməyi, borc alan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri borc verənə ödəməyi öhdəsinə götürmüşdür. Qeyd olunanlardan görünür ki, iddiaçı 15 oktyabr 2019-cu il tarixli, BPM**********87 nömrəli kredit müqaviləsi üzrə yaranmış borcun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Lakin məhkəmə hesab edir ki, mərhum Əskərov Rafət Şahmur oğlunun bank qarşısında öhdəlikləri üçün onun vərəsəsi iş üzrə Cavabdeh ona qalan miras həddində məsuliyyət daşımalıdır. Belə ki, Saatlı rayon notariat ofisinin verdiyi xx.xx.2024-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Əskərov Rafət Şahmur oğlunun vərəsəsi Əskərov Rafət Şahmur oğluna 1537.94 manat miras əmlak qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin qismən edilməli, 15 oktyabr 2019-cu il tarixli, BPM**********87 saylı kredit müqaviləsi üzrə Cavabdeh 1537.94 manat pul alınaraq iddiaçıya ödənilməlidir. İşdə olan 08 may 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 59,52 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilməsi nisbətində Cavabdeh iddiaçının xeyrinə məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumunun 35.37 manat hissəsi tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 15 oktyabr 2019-cu il tarixli, BPM**********87 nömrəli kredit müqaviləsi üzrə 1537.94 (min beş yüz otuz yeddi manat doxsan dörd qəpik) manat pul, 35.37 manat məbləğində dövlət rüsumu, ümumilkdə 1573,31 (min beş yüz yetmiş üç manat otuz bir qəpik) manat alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. İş № 2(055)-883/2024 çıxarış AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ SAATLİ RAYON MƏHKƏMƏSİ 05 avqust 2024-cü il Saatlı şəhəri Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq.... Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 15 oktyabr 2019-cu il tarixli, BPM**********87 nömrəli kredit müqaviləsi üzrə 1537.94 (min beş yüz otuz yeddi manat doxsan dörd qəpik) manat pul, 35.37 manat məbləğində dövlət rüsumu, ümumilkdə 1573,31 (min beş yüz yetmiş üç manat otuz bir qəpik) manat alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar