Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-893/2024 31.07.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlu, İddiaçı “Bank Respublika» Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair kiçik iddia ərizəsinə dair işə baxaraq M ü ə y y ə n e t d i: İddiaçı “Bank Respublika» Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 3153,27 manat əsas borc, 324,06 manat faiz borcu, 24,56 manat cərimə, cəmi 3501,89 manat borc və 55,02 manat ödənilmiş dövlət rüsumunun alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı “Bank Respublika» Açıq Səhmdar Cəmiyyəti ərizəni onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə “Bank Respublika» Açıq Səhmdar Cəmiyyəti arasında 28 noyabr 2022ci il tarixli kredit müqaviləsi bağlanılaraq ona xx.xx.2024-cü il müddətinədək illik 22% kreditdən isdifadəyə görə haqq ödəmək şərti ilə 4500 manat məbləğində kredit verilmişdir. Kredit öhdəliyinin təminatı olaraq Cavabdeh2 ilə xx.xx.2022-ci il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Lakin cavabdeh X1 müqaviləsinin şərtlərini pozmuş və üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmişdir. Cavabdehlərə kreditin ödənilməsinə dair şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər kredit müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirməkdən imtina etmişlər. Ona görə də, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 3153,27 manat əsas borc, 324,06 manat faiz borcu, 24,56 manat cərimə, cəmi 3501,89 manat borc və 50,02 manat ödənilmiş dövlət rüsumunun alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazlarının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduqları bildirilmişdir. İşə əlavə edilmiş xəbərnamələrdən görünür ki, məhkəmə bildirişini Cavabdeh1 və Cavabdeh2 13 iyul 2024cü il tarixdə xəbərnaməyə imza edərək təhvil alsalar da ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 28 noyabr 2022-ci il tarixli, kredit müqaviləsindən görünür ki, bu müqavilə 24 ay müddətinə illik 22% faiz kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 4500 manat məbləğində kredit verilməsi ilə bağlı kreditor “Bank Respublika» Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmışdır. İşdə olan 28 noyabr 2022-ci il tarixli, 38FİZAM189101001 saylı zaminlik müqaviləsindən görünür ki, bu müqavilə 28 noyabr 2022-ci il tarixli, kredit müqaviləsi üzrə kreditor qarşısında Cavabdeh1 ilə birgə öhdəlik daşıması ilə bağlı kreditor “Bank Respublika» Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmışdır. İşdə olan 26 iyun 2024-cü il tarixli maliyyə arayışından görünür ki, 28 noyabr 2022ci il tarixli, kredit müqaviləsi üzrə Cavabdeh1 və Cavabdeh2 “Bank Respublika» Açıq Səhmdar Cəmiyyətinə 3153,27 manat əsas borcu, 324,06 manat faiz borcu, 24,56 manat cərimə borcu, cəmi 3501,89 manat borcu vardır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İş materialları araşdırılarkən müəyyən olundu ki, Cavabdeh1 ilə “Bank Respublika» Açıq Səhmdar Cəmiyyəti arasında 28 noyabr 2022-ci il tarixdə müqavilə bağlanılaraq ona 4500 manat kredit verilmişdir. Kredit öhdəliyinin təminatı olaraq Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Ödəniş qrafikinə uyğun olaraq borclu Cavabdeh1 götürdüyü kreditə görə 5325,41 manat ödəməli olduğu halda, 3893,56 manat ödəniş etmiş, lakin qalan aylarda ödəmə etməyərək kredit müqaviləsinin şərtlərini pozmuş və üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmişdir. Cavabdehlərə kreditin ödənilməsinə dair şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər kredit müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirməkdən imtina etmişlər. Ona görə də, iddiaçı “Bank Respublika» Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3153,27 manat əsas borc, 324,06 manat faiz borcu, 24,56 manat cərimə, cəmi 3501,89 manat borc və 50,02 manat ödənilmiş dövlət rüsumunun ödənilməsini tələb edir. Qeyd olunanlardan görünür ki, iddiaçı “Bank Respublika» Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3153,27 manat əsas borc, 324,06 manat faiz borcu, 24,56 manat cərimə, cəmi 3501,89 manat pulu tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3153,27 manat əsas borc, 324,06 manat faiz borcu, 24,56 manat cərimə, cəmi 3501,89 manat pul alınaraq iddiaçı “Bank Respublika» Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İşdə olan 05 iyul 2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, “Bank Respublika» Açıq Səhmdar Cəmiyyəti tərəfindən 55,02 manat dövlət rüsumu, ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 55,42 manat dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6 maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3153,27 manat əsas borc, 324,06 manat faiz borcu, 24,56 manat cərimə, cəmi 3501 (üç min beş yüz bir) manat 89 (səksən doqquz) qəpik pul alınıb iddiaçı “Bank Respublika» Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 55 (əlli beş) manat, 02 (iki) qəpik dövlət rüsumu Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq iddiaçı “Bank Respublika» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(055)-893/2024
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-893/2024
31.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver