Məhkəmə qərarları › İş №e-2(055)-902/2025

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-902/2025

15.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-902/2025 15.09.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 29 dekabr 2023-cü il tarixli, RB/İKNR-367 saylı kredit müqaviləsi üzrə əsas borca görə 94851,9 manat, faiz borcuna görə 3488,46 manat olmaqla, cəmi 98340,36 manat və Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində DƏDKR Publik Hüquqi şəxsin Abşeron Rayon Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 51 manat rüsumun və 386 manat məbləğində ödənilmiş dövlət rüsumu pulun İddiaçı ASC-nin xeyrinə tutulması, tələbin Cavabdeh mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanında yerləşən 133 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, ilkin satış qiyməti müəyyənləşdirilməklə bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh 29 dekabr 2023-cü il tarixli, RB/İKNR-367 saylı kredit müqaviləsi üzrə cəmi 98340,36 manat və dövlət rüsumu kimi ödənilmiş cəmi 437 manat məbləğində pulun İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan 29 dekabr 2023-cü il tarixli, RB/İKNR-367 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, borcun qalan hissəsinin Cavabdeh tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı ASCnin Nərimanov filialı ilə Cavabdeh arasında bağlanmış 29 Dekabr 2023-cü il tarixli, RB/İKNR-367 saylı kredit müqaviləsinə əsasən illik 8 faiz dərəcəsi olmaqla, 300 ay müddətinə 96 000 manat məbləğində kredit verilmişdir. 29 Dekabr 2023-cü il tarixli, RB/İKNR-367 saylı kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Maliyyə arayışına əsasən Cavabdeh 29 Dekabr 2023-cü il tarixli, RB/İKNR- 367 saylı kredit müqaviləsi üzrə borcunun məbləğiəsas borca görə 94 851,9 manat, faiz borcuna görə 3488,46 manat olmaqla,cəmi 98 340,36 manat təşkiledir. 29 Dekabr 2023cü il tarixli, RB/İKNR-367 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimiCavabdeh mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanında yerləşən 133 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi İddiaçı ASC qarşısında 29 Dekabr 2023-cü il tarixli, RB/İKNR-367 saylı Alqı-Satqı vəİpoteka müqaviləsinə əsasən yüklü edilmişdir. İpoteka notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Tərəflər arasında bağlanmış 29 Dekabr 2023-cü il tarixli, RB/İKNR-367 saylı kredit müqaviləsinə əsasən, “müştəri bu Müqavilə üzrə üzərinə düşən vəzifələri vaxtında icra etmədikdə, kredit faizlərinin ödənilməsimüddətini bir dəfə pozduqda girovsaxlayan (Bank) girova ödəniş yönəldə bilər”. Eyni zamanda həmin Müqaviləyə əsasən (borcluya aid hissədə), “müştəri bir dəfə bu Müqavilədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirməzsə, o cümlədən Bankın tələb və göstərişlərinə əməletməzsə, kredit faizlərini ödəmə müddətini pozarsa çəkilən xərcləri ödəməzsə və digər şərtlərə əməletməzsə, Bankın bu Müqaviləni pozmağa və bütün tələblərini vaxtından əvvəl ödəməyə hüququ vardır” Göstərilən mülki iş üzrə iddiaçının nümayəndəsi X1 məhkəməyə ünvanladığı ərizədən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair təyin olunmuş məhkəmə iclasında iştirak edə bilməməsinin nəzərə alınaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın tam təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 xahişini nəzərə alaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh heç bir üzürlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 29 dekabr 2023-cü il tarixli, RB/İKNR-367 saylı kredit müqaviləsindən görünür ki, bu müqavilə ilə Cavabdeh illik 8% dərəcəsi ilə 300 ay müddətinə 96000 manat məbləğində kredit verilmişdir. İşdə olan 29 dekabr 2023-cü il tarixli, RB/İKNR-367 saylı alqı-satqı və ipoteka müqaviləsinin surətindən görünür ki, cavabdeh-ipoteka qoyan Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 133 kvadratmetrdən ibarət olan fərdi yaşayış evini 29 dekabr 2023-cü il tarixli, RB/İKNR-367 saylı kredit müqaviləsinin təminatı olaraq ipoteka ilə yüklü etmiş, ipoteka predmetinin dəyəri 120000 manat müəyyən edilmiş və həmin ipoteka müqaviləsi təsdiq edilərək dövlət qeydiyyatına alınmışdır. İşdə olan xx.xx.2024-cü il tarixli, **********79-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 133 kvadratmetrdən ibarət olan fərdi yaşayış evi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə yüklü edilmişdir. İşdə olan 20 may 2025-ci il tarixli maliyyə arayışından görünür ki, 29 dekabr 2023cü il tarixli, RB/İKNR-367 saylı kredit müqaviləsi üzrə borcalanın 94851,9 manat əsas borcu, 3488,46 manat faiz borcu, cəmi 98340,36 manat borcu vardır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, hesab edir ki, iddia təmin edilməlidir. İş materialları araşdırılarkən müəyyən olundu ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 29 dekabr 2023-cü il tarixli, RB/İKNR-367 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 300 ay müddətinə 8% dərəcəsi ilə 96000 manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı olaraq tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 133 kvadratmetrdən ibarət olan fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. Mənzilin ipotekaya qoyulması ilə bağlı bank ilə ipoteka qoyan Cavabdeh arasında 29 dekabr 2023cü il tarixli, RB/İKNR-367 saylı ipoteka müqaviləsi bağlanmış və fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsi barədə çıxarış verilmişdir. Hazırda Cavabdeh 29 dekabr 2023cü il tarixli, RB/İKNR-367 saylı kredit müqaviləsi üzrə 17 may 2023-cü il tarixə 94851,9 manat əsas borcu, 3488,46 manat faiz borcu, cəmi 98340,36 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Həmin məcəllənin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. Həmin məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir Həmin qanunun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfində müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli qərardadına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Məhkəmənin qəradadına əsasən "xxxx" MMC tərəfindən verilmiş 22 iyul 2025-ci il tarixli rəydən görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 133 kvadratmetrdən ibarət olan fərdi yaşayış evinin bazar dəyəri 140000 manat, likvid dəyəri 130000 manat təşkil edir. Məhkəmə ipotekanın açıq hərracda satışının ilkin qiyməti ilə bağlı qeyd edir ki, ipoteka qoyulmuş fərdi yaşayış evinin likvid dəyəri 130000 manat müəyyən edilməlidir. Belə ki, "xxxx" MMC-nin 22 iyul 2025-ci il tarixli rəyinə əsasən ipoteka predmeti olan fərdi yaşayış evinin likvid dəyəri 130000 manat təşkil edir. İşdə olan mədaxil qəbzindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 386 manat dövlət rüsumu ödənilmişdir. İşdə olan mədaxil qəbzindən görünür ki, müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişinin surətindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində DƏDKR Publik Hüquqi şəxsin Abşeron Rayon Ərazi İdarəsinə bildirişlərin qeydə alınması 51 manat rüsum ödənilmişdir. İşdə olan ödəniş tapşırıqlarının surətindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən "xxxx" MMC-yə mütəxəsis rəyinin verilməsi üçün 500 manat ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 386 manat dövlət rüsumu, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində DƏDKR Publik Hüquqi şəxsin Abşeron Rayon Ərazi İdarəsinə bildirişlərin qeydə alınması 51 manat rüsum, mütəxəsis rəyinin verilməsi üçün ödənilmiş 500 manat, cəmi 937 manat tutulmalıdır. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh əsas borcu üzrə 94851,9 manat, faiz borcu üzrə 3488,46 manat, cəmi 98340,36 manat borc və ödənilmiş 386 manat dövlət rüsumu, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində DƏDKR Publik Hüquqi şəxsin Abşeron Rayon Ərazi İdarəsinə bildirişlərin qeydə alınmasına görə ödənilmiş 51 manat rüsum, mütəxəsis rəyinin verilməsi üçün ödənilmiş 500 manat, cəmi 937 manat məbləğində pul, ümulikdə 99277,36 manat tutulmalı, tutma İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ipotekaya qoyulmuş Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 133 kvadratmetrdən ibarət olan fərdi yaşayış evinə yönəldilməli, həmin əmlakın ilkin satış qiyməti 130000 manat müəyyən edilməklə açıq hərracda satılmalı və həmin əmlakın satılmasından əldə edilən vəsait hesabına İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan cəmi 99277,36manat pul ödənilməli, hərracdan satış hesabına əldə edilmiş vəsaitin kredit müqaviləsi üzrə borca yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam ödənilməsi üçün kifayət etmədiyi halda, qalıq borc məbləği Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci, 227-ci, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə Qətetdi: İddia təmin edilsin. Cavabdeh əsas borcu üzrə 94851,9 manat, faiz borcu üzrə 3488,46 manat, cəmi 98340,36 manat borc və ödənilmiş 386 manat dövlət rüsumu, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində DƏDKR Publik Hüquqi şəxsin Abşeron Rayon Ərazi İdarəsinə bildirişlərin qeydə alınmasına görə ödənilmiş 51 manat rüsum, mütəxəsis rəyinin verilməsi üçün ödənilmiş 500 manat, cəmi 937 manat məbləğində pul, ümulikdə 99277,36 (doxsan doqquz min iki yüz yetmiş yeddi manat otuz altı qəpik) manat pul tutulsun. Tutma İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ipotekaya qoyulmuş Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 133 kvadratmetrdən ibarət olan fərdi yaşayış evinə yönəldilsin, həmin əmlakın ilkin satış qiyməti 130000 (bir yüz otuz min) manat müəyyən edilməklə açıq hərracda satılsın. Həmin əmlakın satılmasından əldə edilən vəsait hesabına İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan cəmi 99277,36 manat pul ödənilsin, hərracdan satış hesabına əldə edilmiş vəsaitin kredit müqaviləsi üzrə borca yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam ödənilməsi üçün kifayət etmədiyi halda, qalıq borc məbləği Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar