Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-906/2023 30.08.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 5568.24 manat əsas borcun, 533.02 manat faiz borcun, 221.35 manat cərimənin, cəmi 6322.61 manat borcun və ödənilmiş 83.23 manat dövlət rüsumunun alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə iddiaçı Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 29 iyun 2022-ci il tarixli, 348632-CNS-36677 saylı “Nağd pul kreditinin əsas şərtlərinə dair müştəri ərizəsi” əsasında bağlanılmış kredit müqaviləsi üzrə iddiaçı tərəfindən cavabdehə 60 ay müddətinə, illik 24% hesablanması şərti ilə 5953 manat məbləğində kredit verilmişdir. Cavabdeh kreditin və kredit faizlərinin qaytarılmasına dair öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. Borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq göndərilməsinə baxmayaraq hazırkı vaxtadək cavabdeh banka olan 5568.24 manat əsas borcu, 533.02 manat faiz borcu, 221.35 manat cərimə, cəmi 6322.61 manat borcu ödəməmişdir. Ona görə də, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Göstərilən mülki iş üzrə iddiaçının nümayəndəsinin məhkəməyə ünvanladığı ərizədən görünür ki, iddiaçı Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair təyin olunmuş məhkəmə iclasında iştirak edə bilməməsinin nəzərə alınaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh heç bir üzürlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edimiş 29 iyun 2022-ci il tarixli, 348632-CNS- 36677 saylı “Nağd pul kreditinin əsas şərtlərinə dair müştəri ərizəsi” əsasında bağlanılmış müqavilədən görünür ki, bu müqavilə 60 ay müddətinə, illik 24 % hesablanması şərti ilə 5953 manat məbləğində kreditin verilməsi ilə əlaqədar Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan və məhkəmə iclasında elan edimiş 03 iyul 2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətindən 29 iyun 2022-ci il tarixli, 348632-CNS-36677saylı “Nağd pul kreditinin əsas şərtlərinə dair müştəri ərizəsi” əsasında bağlanılmış müqavilə əsasında 03 iyul 2023-cü il tarixə əsas borcu 5568.24 manat, faiz borcu 533.02 manat, cərimə 221.35 manat, cəmi 6322.61 manat təşkil edir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, 29 iyun 2022-ci il tarixli, 348632-CNS-36677saylı «Nağd pulKreditin əsas şərtlərinə dair müştəri ərizəsi” əsasında bağlanılmış müqaviləyə əsasən Cavabdeh adına iddiaçı Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti tərəfindən 60 ay müddətinə, illik 24% hesablanması şərti ilə 5953 manat məbləğində kredit verilmişdir. Cavabdeh müqavilənin şərtlərini pozaraq götürdüyü kredit üzrə əsas və faiz borcunu vaxtında və lazımi qaydada ödəməyərək üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Ona görə də, iddiaçı cavabdehdən 5568.24 manat əsas borc, 533.02 manat faiz borcu, 221.35 manat cərimə, cəmi 6322.61 manat borcun alınmasını tələb edir. Qeyd olunanlardan görünür ki, iddiaçı 5568.24 manat əsas borcu, 533.02 manat faiz borcu, 221.35 manat cəriməni, cəmi 6322.61 manat borcu cavabdehdən tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək Cavabdeh 5568.24 manat əsas borc, 533.02 manat faiz borcu, 221.35 manat cərimə, cəmi 6322.61 manat alınaraq iddiaçı Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İş materiallarından görünür ki, iddiaçı Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti tərəfindən 83.23 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün iddiaçı tərəfindən ödənilmiş 83.23 manat dövlət rüsumu cavabdehdən alınıb iddiaçıya ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 227-ci, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 5568.24 manat əsas borc, 533.02 manat faiz borcu, 221.35 manat cərimə, cəmi 6322 (altı min üç yüz iyirmi iki) manat 61 (altmış bir) qəpik alınaraq iddiaçı Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh 83 (səksən üç) manat 23 (iyirmi üç) qəpik dövlət rüsumu alınaraq iddiaçı Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №e-2(055)-906/2023
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-906/2023
30.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver