Məhkəmə qərarları › İş №e-2(055)-910/2023

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-910/2023

29.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-910/2023 29.08.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlu, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 4117.66 manat borcun və ödənilmiş 62 manat dövlət rüsumunun alınması tələbinə dair məhkəmədə iddia qaldırmışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış «Borcun etirafı və ödəniş qaydası haqqında» 30 mart 2023-cü il tarixli müqaviləyə əsasən cavabdeh Ruslan Süleymanov İddiaçı MMC-yə 4117.66 manat borcunun olduğunu etiraf etmiş və həmin məbləği 12 ay müddətinə olmaqla hər ay tam olaraq 343 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh borcun qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq hazırkı vaxtadək cavabdeh iddiaçıya olan 4117.66 manat borcunu ödəməmişdir. Ona görə də Cavabdeh 4117.66 manat borcun və ödənilmiş 62 manat dövlət rüsumunun alınıb İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən Cavabdeh rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 30 mart 2023-cü il tarixli, «Borcun etirafı və ödəniş qaydası haqqında» müqavilədən görünür ki, borclu Cavabdeh 12 ay müddətinə hər ay 343 manat ödəməklə ümumilikdə 4120 manat pulu İddiaçı MMC-nə ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan 13 iyun 2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh 13 iyun 2023-cü il tarixə İddiaçınə borcu «Borcun etirafı və ödəniş qaydası haqqında» 30 mart 2023-cü il tarixli müqavilə üzrə 4117.66 manat təşkil edir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882.1-ci maddəsinə əsasən, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. İş materiallarında olan 30 mart 2023-cü il tarixli, «Borcun etirafı və ödəniş qaydası haqqında» müqavilədən də görünür ki, Cavabdeh İddiaçı MMC-nə 4120 manat borclu olmasını etiraf etmişdir. İş materialları araşdırılarkən müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış «Borcun etirafı və ödəniş qaydası haqqında» 30 mart 2023-cü il tarixli müqaviləyə əsasən cavabdeh Ruslan Süleymanov İddiaçı MMC-nə 4117.66 manat borcunun olduğunu etiraf etmiş və həmin məbləği 12 ay müddətinə olmaqla hər ay tam olaraq 343 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh borcun qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq hazırkı vaxtadək cavabdeh iddiaçıya olan 4117.66 manat borcunu ödəməmişdir. Cavabdeh müqavilənin şərtlərini pozaraq müqavilə üzrə borcunu vaxtında və lazımi qaydada ödəməyərək üzərinə düşən öhdəliyi yerinə yetirməyərək müqavilə üzrə iddiaçıya 4117.66 manat borclu qalmışdır. Qeyd olunanlara görə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh 4117.66 manat pul tələbinı tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 4117.66 manat borc alınaraq İddiaçınə ödənilməlidir. İşdə olan mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 62 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 62 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6 maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 4117.66 manat borc və ödənilmiş 62 manat dövlət rüsumu, cəmi, 4179 (dörd min yüz yetmiş doqquz) manat 66 (altmış altı) qəpik alınıb İddiaçı xeyrinə ödənilsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar