Məhkəmə qərarları › İş №e-2(055)-912/2023

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-912/2023

01.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-912/2023 01.09.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlu, İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin Cavabdeh qarşı kreditin və kredit faizlərinin ödənilməsi tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, Müəyyənetdi: İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 1122.36 manat əsas borc, 15.45 manat faiz borcu, Azərbaycan Respublikası Mərkəzi bankının uçot dərəcəsinə əsasən 2021-2022-ci illər üçün 167 manat, cəmi 1304.81 manat borcun və ödənilmiş 34 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, 22 may 2019-cu il tarixli 45/0519-023 saylı kredit (restrukturizasiya) müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh 60 ay müddətinə illik 1% dərəcəsi ilə 1122.36 manat məbləğində kredit verilmişdir. Kredit müaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh 05 may 2020-ci il tarixə iddiaçıya 1122.36 manat əsas borcu və 15.45 manat faiz borcu, cəmi 1137.81 manat borcu yaranmışdır. Azərbaycan Respublikasının Mərkəzi Bankının 2021-ci il üçün müəyyən etdiyi bank uçot dərəcəsi 7%, 2022-ci il üçün isə 8% təşkil etmişdir. Bu səbəbdən də müqavilə üzrə öhdəliklərin icra edilməməsi nəticəsində cavabdehin borcu 2021-ci il üçün 78 (1122x7%=78) manat, 2022-ci il üçün isə 89 (1122x8%=89) manat, cəmi 167 manat təşkil etmişdir. Borcun qaytarılması barədə cavabdehə xəbərdarlıqlar edilməsinə baxmayaraq cavabdeh iddiaçıya olan borcunu qaytarmamışdır. Ona görə də iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 22 may 2019-cu il tarixli 45/0519-023 saylı kredit (restrukturizasiya) müqaviləsindən və ona əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, bu müqavilə 60 ay müddətinə illik 1% dərəcəsi ilə 1122.36 manat məbləğində kreditin verilməsi ilə əlaqədar İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan Cavabdeh ilə İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti arasında bağlanmış 22 may 2019-cu il tarixli 45/0519-023 saylı kredit müqaviləsi üzrə 12 noyabr 2021-ci il tarixə kredit borcunun, faizlərin və penyanın hesablanması haqqında arayışdan görünür ki, Cavabdeh İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinə əsas borcunun məbləği 1122.36 manat manat, faiz borcunun məbləği 15.45 manat, Azərbaycan Respublikası Mərkəzi bankının uçot dərəcəsinə əsasən 2021-2022-ci illər üçün 167 manat, cəmi məbləği 1304.81 manat təşkil edir. İşdə olan 15 oktyabr 2020-ci il tarixli bildirişdən və həmin bildirişin cavabdeh tərəfindən qəbul edildiyini göstərən xəbərnamədən görünür ki, iddiaçı tərəfindən cavabdehdən kredit müqaviləsi üzrə öhdəliyini yerinə yetirmək tələb edilmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olunmuşdur ki, 22 may 2019-cu il tarixli 45/0519-023 saylı kredit (restrukturizasiya) müqaviləsinə əsasən İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti tərəfindən Cavabdeh 60 ay müddətinə illik 1% dərəcəsi ilə 1122.36 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh iddiaçıya 1122.36 manat əsas borcu və 15.45 manat faiz borcu, cəmi 1137.81 manat borcu yaranmışdır. Qeyd olunanlardan görünür ki, İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti Cavabdeh 22 may 2019-cu il tarixli 45/0519-023 saylı kredit (restrukturizasiya) müqaviləsi üzrə 1122.36 manat əsas borcu və 15.45 manat faiz borcu, cəmi 1137.81 manat borcun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. İddiaçı Azərbaycan Respublikası Mərkəzi bankının uçot dərəcəsinə əsasən 2021-2022-ci illər üçün cavabdehdən167 manat pul tutulmasını tələb etsə də, bu barədə məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Odur ki, məhkəmə iddianın qeyd olunan hissəsini əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək Cavabdeh 22 may 2019-cu il tarixli 45/0519-023 saylı kredit müqaviləsi üzrə 1122.36 manat əsas borc, 15.45 manat faiz borcu, cəmi 1137.81 manat alınıb iddiaçı ASEL KREDİT» Bank Olmayan Kredit X1 Cəmiyyətinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti tərəfindən 34 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 34 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 22 may 2019-cu il tarixli 45/0519-023 saylı kredit müqaviləsi üzrə 1122.36 manat əsas borc və 15.45 manat faiz borcu, cəmi 1137.81 (bir min yüz otuz yeddi) manat 81 (səksən bir) qəpik alınıb İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 34 (otuz dörd) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar