Məhkəmə qərarları › İş №e-2(055)-92/2025

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-92/2025

08.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-92/2025 08.01.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlu, İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, Müəyyənetdi: İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 587,27 manat əsas borc, 2,56 manat faiz borcu, 10,15 manat komissiya, 362,02 manat cərimə, cəmi 962 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti iddianı onunla əsaslandırmışdır ki, İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 22 aprel 2024-cü il tarixli, **********003 saylı mikrokredit müqaviləsinə əsasən, cavabdehin sorğusu əsasında 30 gün müddətinə illik 60,85% ödəmək şərtilə 587,27 manat məbləğində kredit “Manato.az” internet səhifəsi vasitəsilə “online” qaydada cavabdehə verilmişdir. Lakin cavabdeh müqavilənin şərtləri əsasında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək kredit borcunu ödəməkdən yayınmışdır. Borcun qaytarılması barədə cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu qaytarmamışdır. Cavabdeh kredit müqaviləsi üzrə İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinə 587,27 manat əsas borcu, 2,56 manat faiz borcu, 10,15 manat komissiya borcu yaranmışdır. Müqavilənin 1.14 bəndinə əsasən cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən iddiaçı tərəfindən cavabdehə 362,02 manat məbləğində cərimə hesablanmışdır. Ona görə də İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti Cavabdeh 587,27 manat əsas borc, 2,56 manat faiz borcu, 10,15 manat komissiya və 362,02 manat cərimə, cəmi 962 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 22 aprel 2024-cü il tarixli, **********003 saylı mikrokredit müqaviləsindən görünür ki, bu müqavilə İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 30 sentyabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, 22 aprel 2024cü il tarixli, **********003 saylı mikrokredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinə 30 sentyabr 2024-cü il tarixə 587,27 manat əsas borcu, 2,56 manat faiz borcu, 10,15 manat komissiya və 362,02 manat cərimə, cəmi 962 manat borcu vardır. İşdə olan 30 sentyabr 2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, iddiaçı tərəfindən cavabdehdən 22 aprel 2024-cü il tarixli, **********003 saylı mikrokredit müqaviləsi üzrə ödənilməmiş qalan 587,27 manat əsas borcun, 2,56 manat faiz borcun, 10,15 manat komissiyanın və 362,02 manat cərimənin, cəmi 962 manat borcun 3 gün ərzində yerinə yetirilməsi tələb edilmiş, əks halda məhkəmiyə müraciat olunaraq borcun və məhkəmə xərclərinin alınacaqı bildirilmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 22 aprel 2024-cü il tarixli, **********003 saylı mikrokredit müqaviləsinə əsasən, cavabdehin sorğusu əsasında 30 gün müddətinə illik 60,85% ödəmək şərtilə 587,27 manat məbləğində kredit “Manato.az” internet səhifəsi vasitəsilə “online” qaydada cavabdehə verilmişdir. Lakin cavabdeh müqavilənin şərtləri əsasında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək kredit borcunu ödəməkdən yayınmışdır. Borcun qaytarılması barədə cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu qaytarmamışdır. Cavabdeh kredit müqaviləsi üzrə İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinə 587,27 manat əsas borcu, 2,56 manat faiz borcu, 10,15 manat komissiya borcu yaranmışdır. Müqavilənin 1.14 bəndinə əsasən cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən iddiaçı tərəfindən cavabdehə 362,02 manat məbləğində cərimə hesablanmışdır. Ona görə də İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti Cavabdeh 587,27 manat əsas borc, 2,56 manat faiz borcu, 10,15 manat komissiya və 362,02 manat cərimə borcu, cəmi 962 manat pulun alınıb İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin xeyrinə ödənilməsini tələb edir. Qeyd olunanlara görə məhkəmə hesab edir ki, İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti Cavabdeh 587,27 manat əsas borcun, 2,56 manat faiz borcun, 10,15 manat komissiyanın və 362,02 manat cərimə, cəmi 962 manat pulun alınıb İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin xeyrinə ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehdən 22 aprel 2024-cü il tarixli, **********003 saylı müqavilə üzrə tələb olunan 362,02 manat məbləğində dəbbə pulunun (cərimənin) tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarı 62,02 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 587,27 manat əsas borc, 2,56 manat faiz borcu, 10,15 manat komissiya və 62,02 manat cərimə, cəmi 662 manat alınaraq İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinə ödənilməli, iddianın qalan hissəsi təmin olunmamalıdır. İşdə olan 22 noyabr 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 587,27 manat əsas borc, 2,56 manat faiz borcu, 10,15 manat komissiya və 62,02 manat cərimə, cəmi 662 (altı yüz altmış iki) manat alınıb İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar