Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-970/2025 14.07.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlu, İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, Müəyyənetdi: İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 1089.98 manat əsas borc və 0.13 manat faiz borcu, cəmi 1090.11 manat borcun və ödənilmiş 31 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, 24 may 2019-cu il tarixli 45/0519-028 saylı kredit (restrukturizasiya) müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh 60 ay müddətinə illik 1% dərəcəsi ilə 1504.91 manat məbləğində kredit verilmişdir. Kredit müaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh 05 mart 2025-ci il tarixə iddiaçıya 1089.98 manat əsas borcu və 0.13 manat faiz borcu, cəmi 1090.11 manat borcu yaranmışdır. Borcun qaytarılması barədə cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh iddiaçıya olan borcunu qaytarmamışdır. Ona görə də Cavabdeh 1089.98 manat əsas borc və 0.13 manat faiz borcu, cəmi 1090.11 manat borcun və ödənilmiş 31 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 24 may 2019-cu il tarixli 45/0519-018 saylı kredit (restrukturizasiya) müqaviləsindən və ona əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, bu müqavilə 60 ay müddətinə illik 1% dərəcəsi ilə 1504.91 manat məbləğində kreditin verilməsi ilə əlaqədar İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan Cavabdeh ilə İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti arasında bağlanmış 24 may 2019-cu il tarixli 45/0519-028 saylı kredit müqaviləsi üzrə 05 mart 2025-ci il tarixə kredit borcunun, faizlərin və penyanın hesablanması haqqında arayışdan görünür ki, Cavabdeh İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinə iddia qaldırılan günə olan vaxtı keçməmiş əsas kredit borcunun məbləği 0 manat, iddia qaldırılan günə vaxtı keçməmiş faiz borcunun məbləği 0 manat, iddia qaldırılan günə vaxtı keçmiş əsas kredit borcunun məbləği 1089.98 manat, iddia qaldırılan günə vaxtı keçmiş faiz borcunun məbləği 0.13 manat, borc üzrə iddia tələbinin cəmi məbləği 1090.11 manat təşkil edir. Ödənilmiş əsas kredit məbləği 414,93 manat, ödənilmiş faiz məbləği 47.07 manat olmuşdur. İşdə olan 05 mart 2025-ci il tarixli bildiriş və teleqramın cavabdeh tərəfindən qəbul edildiyini göstərən xəbərnamədən görünür ki, iddiaçı tərəfindən cavabdehdən kredit müqaviləsi üzrə öhdəliyini yerinə yetirmək tələb edilmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olunmuşdur ki, 24 may 2019-cu il tarixli 45/0519-028 saylı kredit (restrukturizasiya) müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh 60 ay müddətinə illik 1% dərəcəsi ilə 1504.91 manat məbləğində kredit verilmişdir. Kredit müaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh 05 mart 2025-ci il tarixə iddiaçıya 1089.98 manat əsas borcu və 0.13 manat faiz borcu, cəmi 1090.11 manat borcu yaranmışdır. Borcun qaytarılması barədə cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh iddiaçıya olan borcunu qaytarmamışdır. Ona görə də Cavabdeh 1089.98 manat əsas borc və 0.13 manat faiz borcu, cəmi 1090.11 manat borcun və ödənilmiş 31 manat dövlət rüsumunun tutulmasını tələb edir. Qeyd olunanlardan görünür ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti Cavabdeh 1089.98 manat əsas borcu və 0.13 manat faiz borcu, cəmi 1090.11 manat borcun tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək Cavabdeh 24 may 2019-cu il tarixli 45/0519-028 saylı kredit müqaviləsi üzrə 1089.98 manat əsas borc, 0.13 manat faiz borcu, cəmi 1090.11 manat alınıb iddiaçı ASEL KREDİT» Bank Olmayan Kredit X1 Cəmiyyətinə ödənilməlidir. İşdə olan 29 may 2025-ci il tarixli mədaxil qəbzlərindən görünür ki, İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti tərəfindən 31 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 31 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 24 may 2019-cu il tarixli 45/0519-028 saylı kredit müqaviləsi üzrə 1089.98 manat əsas borc və 0.13 manat faiz borcu, cəmi 1090 (bir min doxsan) manat 11 (on bir) qəpik alınıb İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 31 (otuz bir) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(055)-970/2025
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-970/2025
14.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver