Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-978/2025 26.08.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən 12193.23 manat əsas borc, 206.36 manat faiz borcu, 9.79 manat cərimə, cəmi 12409.38 manat borcun və 127.23 manat ödənilmiş dövlət rüsumunun alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ərizəni onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış xx.xx.2021-ci il tarixli 38150***-*******02L saylı əsas kredit limiti razılaşmasına əsasən, Hüseynov Möhübbət Hüseyn oğluna 120 ay müddətinə, illik faiz dərəcəsi 29%-dən yuxarı olmamaq şərti ilə 50000 (əlli min) manat məbləğində kredit limiti ayrılmışdır. Kredit üzrə öhdəliklərin icrasının təmini kimi Cavabdeh2 xx.xx.2022-ci il tarixli 38FİZAM140537001 saylı, Cavabdeh1 xx.xx.2024-cü il tarixli 38FİZAM179116801 saylı zaminlik müqavilələri üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər. Əsas kredit limiti razılaşmasının şərtlərinə, 1.1, 1.4, 2.1, 2.2-ci bəndlərinə uyğun olaraq, xx.xx.2024-cü il tarixli “SMS” razılaşmasına əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən borclu Hüseynov Möhübbət Hüseyn oğluna 48 ay müddətinə illik 16% dərəcəsi ilə (aylıq ödəniş 391.22 manat olmaqla hər ayın 22-dək ödənilmək şərti ilə 13.800 (on üç min səkkiz yüz) manat məbləğində kredit verilmişdir. Hüseynov Möhübbət Hüseyn oğlu xx.xx.2024-cü il tarixində vəfat etmişdir. Kredit öhdəlikləri lazımi qaydada icra edilməmişdir. Kredit razılaşması üzrə öhdəliklər bank qarşısında tam icra edilmədiyindən xx.xx.2025-ci il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 12193.23 manat əsas, 206.36 manat faiz, 9.79 manat cərimə olmaqla, cəmi 12409.38 manat məbləğində borc qalmaqdadır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlərə dəfələrlə şifahi və bildirişlə müraciət edilməsinə baxmayaraq, kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, müqavilələrdən irəli gələn öhdəlikləri lazımi qaydada icra edilməmişdir. Ona görə də İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 12193.23 manat əsas kredit borcu, 206.36 manat kreditdən istifadəyə görə faiz borcu, 9.79 manat cərimə olmaqla, cəmi 12409.38 manat borcun, həmçinin 127.23 manat ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-yə ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə ünvanlayaraq göstərmişdir ki, iddia ərizəsi ilə məhkəməyə müraciət edildikdən sonra, cavabdehlər tərəfindən kredit borcundan xx.xx.2025-ci il tarixdə 200 manat, xx.xx.2025-ci il tarixdə 200 manat və xx.xx.2025-ci il tarixdə 6.000 manat ödəniş edilmiş və həmin vəsaitlər hesabına kredit borcu üzrə silinmələr aparılmışdır. xx.xx.2025ci il tarixli maliyyə arayışından isə müəyyən olunur ki, kredit müqaviləsi üzrə cari tarixə kredit borcu - əsas borc üzrə 5793.23 manat, faiz borcu üzrə 206.36 manat və cərimə üzrə 9.79 manat olmaqla, cəmi 6009.38 manat təşkil edir. Ona görə də İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5793.23 manat əsas kredit borcu, 206.36 manat kreditdən istifadəyə görə faiz borcu, 9.79 manat cərimə olmaqla, cəmi 6009.38 manat borcun, həmçinin 127.23 manat ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-yə ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Göstərilən mülki iş üzrə iddiaçının nümayəndəsi X1 məhkəməyə ərizə ünvanlayaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki iş üzrə təyin olunmuş məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin xahişini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 heç bir üzrlü səbəb olmadan məhkəmə iclasında iştirak etmirlər və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan 15 iyul 2021-ci il tarixli 38150***-*******02L saylı əsas kredit limiti razılaşmasından görünür ki, bu razılaşma əsasında İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdeh Hüseynov Möhübbət Hüseyn oğluna istehlak təlabatlarının ödənilməsi məqsədi ilə 120 ay müddətinə, illik faiz dərəcəsi 29%-dən yuxarı olmamaq şərti ilə 50000 (əlli min) manat məbləğində kredit limiti ayrılmışdır. İşdə olan xx.xx.2024-cü il tarixli “SMS” razılaşmasından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən borclu Hüseynov Möhübbət Hüseyn oğluna 48 ay müddətinə illik 16% dərəcəsi ilə (aylıq ödəniş 391.22 manat olmaqla hər ayın 22-dək ödənilmək şərti ilə 13.800 (on üç min səkkiz yüz) manat məbləğində kredit verilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli 38FİZAM140537001 saylı və xx.xx.2024-cü il tarixli 38FİZAM179116801 saylı zaminlik müqavilələrindən görünür ki, cavabdeh (borc alan) Hüseynov Möhübbət Hüseyn oğlunun İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə əsas kredit limiti razılaşması əsasında 50000 manat kredit limiti çərçivəsində veriləcək kreditlər, hesablanacaq faiz borcları və kreditin qeyd edilmiş müddətdə geri qaytarılmamasına görə qalıq borcun 40%-i məbləğində cərimənin təmin edilməsi məqsədi ilə digər cavabdehlər (zaminlər) Cavabdeh1 və Cavabdeh2 borc alanın öhdəliklərinin yerinə yetirilməsinə görə iddiaçı qarşısında borc alanla birlikdə cavabdehlik daşımağı öhdəlik götürmüşlər. İşdə olan maliyyə arayışından görünür ki, xx.xx.2024-cü il tarixli “SMS” razılaşması üzrə cavabdeh Hüseynov Möhübbət Hüseyn oğlunun İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 31 iyul 2025-ci il tarixə 5793.23 manat əsas borcu, 206.36 manat faiz borcu, 9.79 manat cərimə, cəmi 6009.38 manat borcu vardır. Cavabdeh Hüseynov Möhübbət Hüseyn oğlu kredit müqaviləsi üzrə əsas borcdan və faiz borcdan ödəniş etmişdir. İşdə olan ölüm haqqında şəhadətnamədən görünür ki, Hüseynov Möhübbət Hüseyn oğlu 31 oktyabr 2024-cü il tarixdə vəfat etmişdir. İşdə olan 04 iyun 2025-ci il tarixli pretenziyadan görünür ki, iddiaçı tərəfindən cavabdeh Hüseynov Möhübbət Hüseyn oğlundan xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətina olan 12328.64 manat əsas borcun, 292.26 manat faiz borcun, 7.99 manat cərimənin, cəmi 12628.89 manat borcun 3 gün müddətində ödənilməsi tələb edilmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə görə əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin şərh edilməsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında göstərimişdir ki, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli qərarına əsasən, borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. İş materialları araşdırılarkən müəyyən olundu ki, iddiaçı ilə Hüseynov Möhübbət Hüseyn oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli 38150***-*******02L saylı əsas kredit limiti razılaşmasına əsasən Hüseynov Möhübbət Hüseyn oğluna 120 ay müddətinə, illik faiz dərəcəsi 29%-dən yuxarı olmamaq şərti ilə 50000 (əlli min) manat məbləğində kredit limiti ayrılmışdır. Əsas kredit limiti razılaşmasının şərtlərinə, 1.1, 1.4, 2.1, 2.2-ci bəndlərinə uyğun olaraq, xx.xx.2024-cü il tarixli “SMS” razılaşmasına əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən borclu Hüseynov Möhübbət Hüseyn oğluna 48 ay müddətinə illik 16% dərəcəsi ilə (aylıq ödəniş 391.22 manat olmaqla hər ayın 22-dək ödənilmək şərti ilə 13.800 (on üç min səkkiz yüz) manat məbləğində kredit verilmişdir. Hüseynov Möhübbət Hüseyn oğlu xx.xx.2024-cü il tarixində vəfat etmişdir. Kredit öhdəlikləri lazımi qaydada icra edilməmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin təmin edilməsi məqsədi ilə iddiaçı ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış zaminlik müqavilələrinə əsasən cavabdehlər-zaminlər kredit alanın - Hüseynov Möhübbət Hüseyn oğlunun öhdəliklərinin yerinə yetirilməsinə görə iddiaçı qarşısında kredit alanla birlikdə cavabdehlik daşımağı öhdəlik götürmüşlər. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlərə dəfələrlə şifahi və bildirişlə müraciət edilməsinə baxmayaraq, kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, müqavilələrdən irəli gələn öhdəlikləri lazımi qaydada icra edilməmişdir. Kredit razılaşması üzrə öhdəliklər bank qarşısında tam icra edilmədiyindən 31 iyul 2025-ci il tarixə 5793.23 manat əsas borcu, 206.36 manat faiz borcu, 9.79 manat cərimə, cəmi 6009.38 manat manat məbləğində borc qalmaqdadır. Ona görə də İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 5793.23 manat əsas kredit borcu, 206.36 manat kreditdən istifadəyə görə faiz borcu, 9.79 manat cərimə olmaqla, cəmi 6009.38 manat borcun, həmçinin 127.23 manat ödənilmiş dövlət rüsumunun alınıb iddiaçının xeyrinə ödənilməsini tələb edir. Qeyd olunanlardan görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti xx.xx.2022-ci il tarixli 38FİZAM140537001 saylı və xx.xx.2024-cü il tarixli 38FİZAM179116801 saylı zaminlik müqavilələrinə əsasən 5793.23 manat əsas kredit borcu, 206.36 manat kreditdən istifadəyə görə faiz borcu, 9.79 manat cərimə olmaqla, cəmi 6009.38 manat borcun, həmçinin 127.23 manat ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 5793.23 manat əsas kredit borcu, 206.36 manat kreditdən istifadəyə görə faiz borcu, 9.79 manat cərimə olmaqla, cəmi 6009.38 manat alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətina ödənilməlidir. İşdə olan 10 iyun 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 127.23 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 127.23 manat dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 5793.23 manat əsas kredit borcu, 206.36 manat kreditdən istifadəyə görə faiz borcu, 9.79 manat cərimə olmaqla, cəmi 6009.38 manat müştərək qaydada alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 127 (bir yüz iyirmi yeddi) manat 23 (iyirmi üç) qəpik dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(055)-978/2025
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-978/2025
26.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver