Məhkəmə qərarları › İş №e-2(055)-984/2023

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-984/2023

15.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-984/2023 15.09.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlu, İddiaçı “AccessBank» Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı ilə cavabdeh arasında bağlanmış 16 mart 2021-ci il tarixli, 030KK**********01 saylı kredit müqaviləsi üzrə cavabdehdən 500 manat əsas borcun, 116.66 manat faiz borcunun, 956.66 manat cərimənin, cəmi 1573.48 manat borcun və 35.74 manat ödənilmiş dövlət rüsumunun alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti ərizəni onunla əsaslandırmışdır ki, 16 mart 2021-ci il tarixli, 030KK**********01 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 36 ay müddətinə, aylıq 2.0833% dərəcəsi ilə 500 manat məbləğində kredit verilmişdir. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuş və cavabdehin iddiaçıya 500 manat əsas borcun, 116.66 manat faiz borcunun, 956.66 manat cərimənin, cəmi 1573.48 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. Ona görə də Cavabdeh 500 manat əsas borcun, 116.66 manat faiz borcunun, 956.66 manat cərimənin, cəmi 1573.48 manat borcun və 35.74 manat ödənilmiş dövlət rüsumunun alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 16 mart 2021-ci il tarixli, 030KK**********01 saylı saylı kredit müqaviləsindən görünür ki, bu müqavilə əsasında İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti tərəfindən Cavabdeh 36 ay müddətinə aylıq 2.0833% dərəcəsi ilə 500 manat məbləğində kredit verilmişdir. İşdə olan 02 avqust 2023-cü il tarixli arayışdan görünür ki, 16 mart 2021-ci il tarixli, 030KK**********01 saylı saylı kredit müqaviləsi üzrə Cavabdeh İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinə 500 manat əsas borc, 116.66 manat faiz borcu, 956.66 manat cərimə borcu, cəmi 1573.48 manat borcu vardır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, Cavabdeh ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin arasında 16 mart 2021-ci il tarixli, 030KK**********01 saylı saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti tərəfindən 36 ay müddətinə, aylıq 2.0833% dərəcəsi ilə 500 manat məbləğində kredit verilmişdir. Lakin Cavabdeh müqavilənin şərtlərini pozaraq kredit üzrə borcunu vaxtında və lazımi qaydada ödəməyərək üzərinə düşən öhdəlikləri tam yerinə yetirmədiyindən Cavabdeh İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinə 500 manat əsas borc, 116.66 manat faiz borcu, 956.66 manat cərimə borcu, cəmi 1573.48 manat borcu yaranmışdır. Qeyd olunanlardan görünür ki, İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti Cavabdeh 500 manat əsas borc, 116.66 manat faiz borcu, 956.66 manat cərimə borcu, cəmi 1573.48 manat borcun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, Cavabdeh tələb olunan 956.66 manat cərimə (dəbbə pulu) 50 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək 16 mart 2021-ci il tarixli, 030KK**********01 saylı kredit müqaviləsi üzrə Cavabdeh 500 manat əsas borc, 116.66 manat faiz borcu, 50 manat cərimə borcu, cəmi 666.66 manat pul alınıb İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı və iddianın qalan hissəsi təmin edilməməlidir. İşdə olan mədaxil qəbzindən görünür ki, İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti tərəfindən 35.74 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 35.74 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6 maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. 16 mart 2021-ci il tarixli, 030KK**********01 saylı kredit müqaviləsi üzrə Cavabdeh 500 manat əsas borc, 116.66 manat faiz borcu, 50 manat cərimə borcu, cəmi 666.66 manat borc və ödənilmiş 35.74 manat dövlət rüsumu, ümumilikdə 702 (yeddi yüz iki) manat 40 (qırx) qəpik pul alınıb İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar