Məhkəmə qərarları › İş №e-2(055)-985/2025

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-985/2025

21.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-985/2025 21.07.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəmə müraciət edərək, Cavabdeh 2000 manat pulun, 40 manat dövlət rüsumunun, cəmi 2040 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qǝt edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia həcminin azaldılması barədə məhkəməyə ərizə təqdim edərək cavabdeh X1 1900 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qǝt edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, o, 20 dekabr 2023-cü ildə Cavabdeh 2000 manat pul vəsaitini borc vermişdir. Bu barədə cavabdeh öz əli ilə yazılı şəkildə borc aldığını təsdiq etmiş və imzası ilə sənədi təsdiqləmişdir. Cavabdeh dəfələrlə şifahi xatırlatmalara və borcun qaytarılması üçün yaradılan şəraitə baxmayaraq borcun qaytarılmasından yayınır və müxtəlif bəhanələrlə məsuliyyətdən boyun qaçırır və borcu bu günədək qaytarmamışdır. Hazırda cavabdehin ona 1900 manat borcu qalmışdır. Göstərilənlərə əsasən, iddiasının təmin olunmasını, Cavabdeh 1900 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qǝt edilməsini xahiş etdi. Verilmiş sullara cavab olaraq bildirmişdir ki, cavabdeh onun işlətdiyi dükandan nisyə olaraq ərzaq məhsulları götürmüşdür. 2000 manat borcu qaldığından həmin borcun təsdiqi üçün qəbz yazıb vermişdir. Məhkəmə baxışı zamanı Cavabdeh iddianı qismən qəbul edərək izahatın göstərdir ki, İddiaçı işlətdiyi dükandan 4-5 min manat dəyərində ərzaq götürmüş və yarısından çoxunun pulunu vermişdir. Sonuncu dəfə isə iddiaçıya 2000 manat borcu qalmışdır. Hazırda İddiaçı ondan 2000 manat pul tələb edir. O, iddiaçıya 900 manat pul ödəmişdir. Hazırda onun iddiaçıya 1100 manat borcum qalmışdır. İmkanı olmadığı üçün 1100 manat borcumu ödəyə bilməmişdir. İddianın həmin hissədə təmin olunmasına etiraz etmir. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İşin hallarından da göründüyü kimi, İddiaçı işlətdiyi dükandan cavabdeh nisyə olaraq ərzaq məhsulları götürmüş, götürdüyü ərzaq məhsullarının dəyərinin bir qismini ödəsə də, 2000 manatını ödəməmiş və bununla bağlı qəbz yazıb vermişdir. Hazırda isə həmin puldan qalan 1900 manatı iddiaçı cavabdehdən tələb edir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında həqiqətən iddiaçıya 2000 manat borclu olduğunu etiraf etmişdir. Həmin borcundan 900 manat qaytardığı, daha sonra isə bildirmişdir. İddiaçı isə, cavabdehin 900 manat deyil, cəmi 100 manat pul qaytardığını bildirmişdir. Məhkəmə cavabdehin etirafını əsas götürərək hesab edir ki, iddia cavabdehin iddiaçıya 1900 manat borcu olması hissəsində təsdiq olunur. Bundan başqa, cavadeh iddiaçıya olan borcundan 900 manat hissəsini ödədiyini bildirsə də, bunu təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 8.1-ci və 9.1-ci maddələrində isə qeyd edilir ki, mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə iştirak edən tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək Cavabdeh 1900 manat pul alınaraq İddiaçı verilməlidir. İşdən görünür ki, İddiaçı tərəfindən 40 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia qaldırmaq üçün ödənilmiş 40 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavbadeh Cavabdeh 1900 manat pul və ödənilmiş dövlət rüsumu olaraq 40 manat, cəmi 1940 (bir min doqquz yüz qırx) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar