Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-995/2023 20.09.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlu, İddiaçı X1-Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair kiçik iddia ərizəsinə dair işə baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı X1-Bank Kredit Təşkilatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1409.40 manat əsas borcun, 278 manat faiz borcunun, 90.12 manat cərimə borcunun və ödənilmiş 37.78 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X1-Bank Kredit Təşkilatı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı X1-Bank Kredit Təşkilatı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, **********1742 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh1 18 ay müddətinə, illik 30% olmaqla 1500 manat məbləğində kredit verilmişdir. Kredit öhdəliyinin təmin edilməsi məqsədi ilə İddiaçı X1-Bank Kredit Təşkilatı ilə digər Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli, **********1***-******* saylı zaminlik müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən zamin kredit alanın öhdəliklərinin yerinə yetirilməsinə görə iddiaçı qarşısında kredit alanla birlikdə cavabdehlik daşımağı öhdələrinə götürmüşdür. Cavabdeh1 kreditin və kredit faizlərinin qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq hazırkı vaxtadək cavabdeh banka olan 1409.40 manat əsas borc, 278 manat faiz borcu, 90.12 manat cərimə borcunu ödəməmişdir. Ona görə də, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1409.40 manat əsas borcun, 278 manat faiz borcunun, 90.12 manat cərimə borcunun və ödənilmiş 37.78 manat dövlət rüsumunun alınıb İddiaçı X1-Bank Kredit Təşkilatınin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan xx.xx.2022-ci il tarixli, **********1742 saylı kredit müqaviləsindən və ona əlavədən görünür ki, İddiaçı X1-Bank Kredit Təşkilatı tərəfindən kredit alan Cavabdeh1 biznes məqsədləri, ailə-kəndli təsərrüfatının yaradılması və genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 30% dərəcəsi olmaqla 18 ay müddətinə 1500 manat məbləğində kredit verilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli, **********1***-******* saylı zaminlik müqaviləsindən görünür ki, cavabdeh (kredit alan) Cavabdeh1 İddiaçı X1-Bank Kredit Təşkilatı ilə bağladığı xx.xx.2022-ci il tarixli, **********1742 saylı kredit müqaviləsi ilə əlaqədar zamin (cavabdeh) Cavabdeh2 kredit müqaviləsindən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra olunmasına görə kredit alan-Cavabdeh1 ilə birlikdə İddiaçı X1-Bank Kredit Təşkilatı qarşısında birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixli, **********1742 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı X1-Bank Kredit Təşkilatına 1409.40 manat əsas borc, 278 manat faiz borcu, 90.12 manat cərimə borcu vardır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, **********1742 saylı kredit müqaviləsinə əsasən cavabdehə biznes məqsədləri, ailə-kəndli təsərrüfatının yaradılması və genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 30% dərəcəsi olmaqla 18 ay müddətinə 1500 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 105 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit öhdəliyinin təmin edilməsi məqsədi ilə İddiaçı X1-Bank Kredit Təşkilatı ilə digər Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli, **********1***-******* saylı zaminlik müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən zamin kredit alanın öhdəliklərinin yerinə yetirilməsinə görə iddiaçı qarşısında kredit alanla birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq hazırkı vaxtadək cavabdeh banka olan 1409.40 manat əsas borcunu, 278 manat faiz borcunu, 90.12 manat cərimə borcunu ödəməmişdir və hazırda İddiaçı X1-Bank Kredit Təşkilatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1409.40 manat əsas borcun, 278 manat faiz borcunun, 90.12 manat cərimə borcunun tutulmasını tələb edir. Qeyd olunanlardan görünür ki, İddiaçı X1-Bank Kredit Təşkilatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1409.40 manat əsas borcun, 278 manat faiz borcunun, 90.12 manat cərimə borcunun tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1409.40 manat əsas borc, 278 manat faiz borcu, 90.12 manat cərimə borcu alınaraq İddiaçı X1-Bank Kredit Təşkilatına ödənilməlidir. İşdə olan mədaxil qəbzindən görünür ki, İddiaçı X1-Bank Kredit Təşkilatı tərəfindən 37.78 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraaq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 37.78 manat dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6 maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1409.40 manat əsas borc, 278 manat faiz borcu, 90.12 manat cərimə borcu və ödənilmiş 37.78 manat dövlət rüsumu, cəmi, 1815 (bir min səkkiz yüz on beş) manat 30 (otuz) qəpik alınıb İddiaçı X1- Bank Kredit Təşkilatının xeyrinə ödənilsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №e-2(055)-995/2023
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-995/2023
20.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver