Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № e-2(056)-1045/2025 01.07.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X1 İbrahim oğlunun sədrliyi, Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul tələbi»nə dair iddia ərizəsi üzrə mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı «pul tələbi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 700( yeddi yüz) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı, iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə Sabirabad Mərkəzi Rayon Xəstəxanasında əlilliyinin bərpası üçün sənəd düzəldən zaman tanış olmuşdur. Cavabdeh ona əlilliyin bərpası işləri ilə uzun zamandır məşğul olduğunu və onun əlilliyini bərpa edə biləcəyini bildirmişdir. Ona inan iddiaçı, 12 noyabr 2022-ci il tarixdə Cavabdeh istifadəsində olan (070) ***-**-** saylı mobil nömrəsinə zəng vuraraq, onunla Sabirabad şəhəri, H.Əliyev prospektində yerləşən Kür-Araz şadlıq sarayının qarşısında görüşmüdür. Həmin vaxt cavabdeh ondan 700 manat pul istəmiş, iddiaçı da, ona indandığı üçün 700 manat pulu dərhal ona vermişdir. İstədiyi pulu alandan sonra cavabdeh onu Bakı şəhərində yerləşən xəstəxanalara apararaq iddiaçının pul vəsaiti hesabına onu müxtəlif müayinələrdən keçirmiş və ona bildirmişdir ki, 1 aydan sonra oun əlillik statusu bərpa olacaqdır. 1 ay keçməsinə baxmayaraq əlilliyinin bərpa olmadığını görən iddiaçı Cavabdeh ünvanına gedərək verdiyi 700 manat məbləğində pulu geri istədikdə, cavabdeh ona başının qarışıq olduğunu bildirərək ondan aldığı pulu geri qaytaracağına söz vermişdir. Ona verdiyi sözü tutmayaraq ondan aldığı pulu geri qaytarmadığını görən iddiaçı Sabirabad rayon Polis şöbəsinə şikayət etmişdir. Sabirabad rayon Polis şöbəsindən xx.xx.2023-cü il tarixdə verilmiş 3-13-103/2-25765/2023 saylı məktuba əsasən, İddiaçı, Cavabdeh tələb etdiyi 700 manat məbləğində pulun mülki iddia olduğu əsas gətirilərək Sabirabad Rayon Məhkəməsinə müraciət etmək hüququnun olması izah olunmuşdur. Bütün bunları nəzərə alaraq iddiaçı, Sabirabad Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclası zamanı İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək göstərdi ki, o, əlilliyinin bərpası ilə bağlı vermiş olduğu 700 manat puldan əlavə cavabdehə 400-500 manat məbləğdə kənd təsərrüfatı məhsulları da pay vermişdir. Bununla bağlı cavabdehdən qəbz almadığını, pulu yoldaşı Şahid yanında, Kür-Araz şadlıq sarayının qarşısında onun maşında əyləşdikdən sonra verdiyini bildirən iddiaçı, cavabdehin pulu və payı kimə verdiyini bilməmişdir. O, cavabdehdən pulunu geri tələb etmək üçün cəhdlər etsə də, cavabdeh müxtəlif bəhanələrlə pulu geri ödəməkdən yayınmış, bir müddətdən sonra isə onu tapmaq mümkün olmamışdır. Məhkəməyə də gec müraciət etməsinin səbəbi məhz bu olmuşdur. Sonradan Cavabdeh bu kimi əməllərinə görə məhkum olunduğunu öyrənmiş ümumiyyətlə, məhkəməyə şikayət edənə qədər onun cavadehin məhkum olunduğundan xəbəri olmamışdır. Bütün qeyd olunanları nəzərə alaraq Məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclası zamanı Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı onun qudasının yaxın qohumudur. Əlilliyin bərpası ilə əlaqədar Bakıya getmək istədiyini bildirmiş, o, iddiaçıdan hər hansı iş müqabilində pul almadığnı, sadəcə olaraq Bakı şəhərinə gedən zaman, İddiaçı da özü ilə birlikdə aparıb xəstəxanada həkimlə tanış etmişdir. Özü əvvəllər Sabirabad Rayon Xəstəxanasında Mülki Müdafiə Qərargahında işləmiş və həmin həkimi də o səbəbdən tanımışdır. İddiaçının həkimə hər hansı pay və ya pul verməsindən xəbəri olmamış, Kür-Araz şadlıq sarayının qarşısında İddiaçı 700 manat pul almadığını, ümumiyyətlə ona hər hansı bir işin görülməsi ilə əlaqədar pul ödənilmədiyini əsas gətirərək iddia ərizəsinin rədd olunmasını xahiş etdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, İddiaçı onun həyat yoldaşıdır. O, Sabirabad Mərkəzi Rayon Xəstəxanasında işləyir. Cavabdeh vətəndaşlara müəyyən pul qarşılığında pensiya düzəltdiyindən xəbəri olmuş, həyat yoldaşı, Cavabdehla əlilliyin bərpası məsələsi ilə əlaqədar görüşməyə gedəndə, həyat yoldaşı ilə birlikdə o da Kür-Araz şadlıq sarayının qarşısına gəlmiş, Cavabdeh maşınına əyləşmişlər. Cavabdeh görəcəyi işin müqabilində ilkin olaraq onlardan 700 manat pul almışdır. Lakin bu günə qədər cavabdeh, İddiaçı aldığı pulu geri qaytarmamışdır. İşdə olan Sabirabad rayon Polis şöbəsindən verilmiş məktubdan görünür ki, iddiaçının rayon prokurorluğuna vermiş olduğu şikayət əsasında araşdırma aparılmış və Cavabdeh 700 manat pul tələbinin mülki iddia olduğu və bununla əlaqədar olaraq Sabirabad Rayon Məhkəməsinə müraciət etmək hüqunun olması ona izah edilmişdir. İşdə olan ********** saylı qəbzdən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırılması üçün 30 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını, şahid ifadəsini dinləyib, işdə olan sənədləri hərtərəfli, tam və obyektiv araşdıraraq iş üzrə müəyyən olunmuş halları onlara tətbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğunu nəzərə alınsa, bu insitut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa insan Hüquqları Məhkəməsi «Mahmudov Rusiyya Federasiyasına qarşı» 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (Sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübutun kifayət qədər güclü, aydın və bir birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən bir qayda olaraq «Əsaslı şübhədən kənar» sübutstandartları tədbiq edilir. Beləliklə, məhkəmə araşdırması zamanı da müəyyən olundu ki, iddiaçının cavabdehlə tanışlıq münasibəti olmuş, həmin münasibət əsasında yaranmış inamdan irəli gələrək iddiaçı əlilliyinin bərpa ilə əlaqədar nağd pul vəsaiti olaraq 700 manat məbləği cavabdehə vermiş, hazırda tərəflər arasında münasibətlər pozulmuş, cavabdeh heç bir müqavilə əsası olmadan iddiaçıdan aldığı pul vəsaitini geri ödəməmiş, iddiaçının hesabına əsassız varlanmışdır. Bu halların mövcudluğu məhkəmə iclasında dindirilmiş şahid ifadəsi ilə də öz təsdiqini tapmışdır. Bununla da İddiaçı öz iddia tələbini əsaslandıran halları sübut edə bilmiş, Cavabdeh isə iddia tələbinə etiraz etsə də, iddia tələbinə olan etirazlarını təsdiq edən əsaslandırılmış sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Qanunvericiliyin göstərilən tələblərindən görünür ki, iddiaçı tərəfindən cavabdehə pul vəsaiti verilərkən iddiaçının cavabdeh qarşısında hər hansı öhdəliyi olmamışdır. Mülki Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Qanunvericiliyin bu tələblərindən göründüyü kimi varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda da məhrum olmuş şəxs verdiyini geri tələb edə bilər. Yuxarıda qeyd olunduğu kimi iddiaçı tərəfindən əlilliyin bərpası məqsədi ilə cavabdehə pul verilməsi və nəticədə gözlənilən məqsədə nail olmaması, cavabdehin isə əldə etdiyi pul vəsaiti öz məqsədləri üçün istifadə etməsi iddiaçını məqsədindən məhrum etmişdir ki, belə olan halda iddiaçı məhrum olan şəxs kimi verdiyi pulu geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə tələbin ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması hissəsinə münasibətdə isə qeyd edir ki, iddia tələbi əsas hissədə tam təmin edildiyindən göstərilən hissədə də təmin olunmalı, ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci mаddəsinə əsаsən, məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə etməlidir. Həmin Məcəllənin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 700 (yeddi yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pul alınaraq İddiaçı ödənilsin. Qətnamədən, onun surəti tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Azər İsmayılov
Məhkəmə qərarları › İş №e-2(056)-1045/2025
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(056)-1045/2025
01.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver