Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № e-2(056)-109/2025 27.01.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X6 Allahverdiyevin sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, Cavabdeh X2 iştirakı ilə, İddiaçı BOKT "xxxx" QSC-nin cavabdeh X3 qarşı «borcun qaytarılması» tələbi barədə iddia ərizəsi üzrə mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı BOKT "xxxx" QSC cavabdeh X3 qarşı «borcun qaytarılması»tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 649,54 manat əsas, 198,76 manat faiz, 97,43 manat cərimə borcunun, həmçinin ərizəyə görə ödənilmiş 30,40 manat dövlət rüsumunun əvəzinin, ümumilikdə 1006,13 manat borcun iddiaçı BOKT "xxxx" QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X3 24 ay müddətinə qaytarılmaq şərti ilə 930 manat məbləğində kredit verilmiş, bununla bağlı BOKT "xxxx" QSC ilə X4 arasında xx.xx.2023-cü il tarixli, 801-MSP-0006-23 saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə əsasən X2 BOKT "xxxx" QSC-yə xx.xx.2024-cü il tarixinə 649,54 manat əsas, 198,76 manat faiz, 97,43 manat cərimə borcu olmaqla, cəmi 945,73 manat borcu yaranmışdır ki, həmin borcun cavabdeh tərəfindən ödənilməsi təmin edilməlidir. Borcun ödənilməsi ilə bağlı dəfələrlə müraciət edilməsinə, mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, cavabdeh borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Cavabdehə xx.xx.2024-cü il tarixli, 0801/24 saylı pretenziya (xəbərdarlıq) məktubu da göndərilmişdir. Göründüyü kimi, cavabdeh müqavilə şərtlərini pozmuş, nəticədə QSC ona çatanlardan məhrum olmuşdur. İddiaçı BOKT "xxxx" QSC-nin nümayəndəsi Əliəsgər Axundov məhkəməyə elektron ərizə ünvalayaraq, işə onların iştirakı olmadan baxılıb iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X4 bildirmişdir ki, əslində o, Embavuddan mebel almış, kredit götürməmişdir. Orada sənədləşmə aparılmış, ona sənədlərə imza etdirilmişdir. Sonradan bilmişdir ki, hazırki iddiaçı ilə əslində kredit müqaviləsi bağlanmış, aldığı mebellərin pulunu iddiaçı Embavuda ödəmiş və ondan kredit müqaviləsi üzrə pul tələb edilmişdir. Bununla belə o, sentyabr-oktyabr aylarına kimi aylıq ödənişləreini müntəzəm həyata keçirmişdir. Lakin qeyd etdiyi tarixlərdən sonra mağazanın yeri ona məlum olmayan yerə dəyişdirilmiş və o, hara və necə ödəniş edəcəyini bilməyib ödəniiş etməmişdir. Bu günə kimi həyata keçirdiyi ödənişlərin də qəbzi ona təqdim edilməmişdir. Bunlarla yanaşı, o, borcunu ödəməkdən imtina etmir. Sadəcə olaraq tələb edilən pulu birdəfəyə ödəmək imkanı yoxdu. Özü heç yerdə işləmir və təqaüd almır. Ödənişləri də əvvəlki aylıq ödəniş miqdarında hər ay həyata keçirə bilər. Maddi vəziyyəti ağırdır. Qətnamə qəbul edilərkən onun maddi vəziyyətinin nəzərə alınmasını məhkəmədən xahiş edir. İş materiallarında olan Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC ilə X4 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 801-MSP-0006-23 saylı Kredit Müqaviləsinin surətindən görünür ki, X3 24 ay müddətinə qaytarılmaq şərti ilə 930 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin təqdim etdiyi xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixli, 801-MSP-0006-23 saylı Kredit Müqaviləsi üzrə cavabdehin xx.xx.2024-cü il tarixə əsas borc üzrə 649,54 manat, faiz borcu üzrə 198,76 manat, cərimə borcu 97,43 manat olmaqla, ümumilikdə 945,73 manat məbləğində borcu vardır. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı BOKT "xxxx" QSC tərəfindən öhdəliyini yerinə yetirərək, kredit müqaviləsi üzrə 5000 manat kredit məbləğini cavabdehə vermiş, cavabdeh X4 isə üzərinə düşən öhdəlikləri tam və lazımi qaydada yerinə yetirməyərək qəbul etdiyi krediti müqavilədə və ödəniş cədvəlində göstərilən müddətdə və qaydada kredit təşkilatına tam qaytarmamışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli, 801-MSP-0006-23 saylı Kredit Müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin Müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh X7 iddiaçıdan aldığı krediti vaxtında və lazımi qaydada qaytarmadığı, iddiaçı ilə bağladığı müqavilə üzrə nəzərdə tutulmuş öhdəliyi icra etmədiyi üçün tələb olunan əsas və faiz borcunu iddiaçı təşkilata ödəməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbinin ödənişi gecikdirməyə görə hesablanmış 97,43 manat cərimə pulunun tutulması hissəsi qismən təmin edilərək, həmin məbləğ azaldılmalıdır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə Kredit Müqaviləsindən irəli gələn əsas borcun 649,54 manat məbləğində olmasını nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfindən ödənişi gecikdirməyə görə hesablanmış 97,43 manat cərimə (dəbbə) məbləği tənasübsüz surətdə yüksəkdir və həmin dəbbə pulunun azaldılaraq 10 manat müəyyən edilməsi tərəflərin mənafeyi baxımından daha məqsədəuyğundur. Məhkəmə həmçinin tələbin iddia qaldırılması üçün 30,40 manat ödənilmiş dövlət rüsumu əvəzinin tutulması hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün iddianın qismən təmin olunduğu nəzərə alınaraq məhkəmə xərclərinə aid edilən ödənilmiş 30,40 manat dövlət rüsumunun əvəzi 25 manat hissəsi cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinın 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X1 649,54 manat əsas, 198,76 manat faiz, 10 manat cərimə borcu, həmçinin ərizəyə görə ödənilmiş 25 manat dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 883,30 (səkkiz yüz səksən üç manat otuz qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı BOKT "xxxx" QSC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(056)-109/2025
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(056)-109/2025
27.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver