Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № e-2(056)-1211/2025 13.05.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X1, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «borcun tutulması» barədə kiçik iddia ərizəsinə dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı «borcun tutulması» barədə kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən xx.xx.2024-cü il tarixli, GTZK0012873C299 saylı kredit müqaviləsinə əsasən 1000 (bir min) manat əsas, 186,71 (bir yüz səksən altı manat,1 qəpik) manat faiz borcu olmaqla cəmi 1186,71 ( bir min yüz səksən altı manat, 71 qəpik) manat, xx.xx.2024-cü il tarixli, BRCB6321683B144 saylı kredit kartı müqaviləsinə 1490,38 (bir min dörd yüz doxsan manat, 38 qəpik) manat əsas, 270,78 ( iki yüz yetmiş manat, 78 qəpik) manat faiz borcu olmaqla, cəmi 1761,16 ( bir min yeddi yüz altmış bir manat, 16 qəpik) manat borc pul və ödənilmiş 49,48 manat dövlət rüsumunun alınaraq İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada (mobil tətbiq vasitəsilə) bağlanmış xx.xx.2024-cü il tarixli, GTZK0012873C299 saylı kredit müqaviləsinə əsasən ona 35 ay müddətinə, illik 36,6 faiz dərəcəsi ilə 1000 manat məbləğində kredit verilmiş və cavabdehin hesabına köçürülmüşdür. Bundan başqa İddiaçı ASC ilə X3 arasında elektron qaydada (mobil tətbiq vasitəsilə) bağlanmış xx.xx.2024-cü il tarixli, BRCB6321683B144 saylı “Birbank Cashbank Kredit Xətti” müqaviləsinə əsasən ona 1500 manat məbləğində kredit xətti açılmışdır. Kredit onlayn qaydada rəsmiləşdirilməsinə baxmayaraq kart filialdan əldə edilmişdir.Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə krediti və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. Göstərilənlərə əsasən Cavabdeh hər iki müqavilə üzrə 2490,38 manat əsas, 457,49 manat faiz borcu olmaqla, cəmi 2947,87 manat borcun alınaraq İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğunu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə kiçik iddia ərizəsini nəzərdən keçirib və iş materiallarını araşdırıb, iş üzrə müəyyən olunmuş halları onlara tətbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, GTZK0012873C299 saylı kredit müqaviləsinə əsasən ona 35 ay müddətinə, illik 36,6 faiz dərəcəsi ilə 1000 manat, xx.xx.2024-cü il tarixli, BRCB6321683B144 saylı “ Birbank Cashbank Kredit Xətti” müqaviləsinə əsasən ona 1500 manat məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli, GTZK0012873C299 saylı kredit müqaviləsinə əsasən 1000( manat əsas, 186,71 manat faiz borcu olmaqla cəmi 1186,71 manat, xx.xx.2024-cü il tarixli, BRCB6321683B144 saylı kredit kartı müqaviləsinə əsasən isə 1490,38 manat əsas, 270,78 manat faiz borcu olmaqla, cəmi 1761,16 manat borcu vardır. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh bildiriş göndərilərək banka olan borcunun tam ödənilməsi təklif olunmuş, əks halda aiddiyyatı üzrə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı borc tələbi üzrə iddia qaldırılmasına görə 49,48 manat dövlət rüsumu ödəmişdir. Qeyd olunan müqavilədən görünür ki, cavabdeh bu müqavilə ilə müəyyən edilmiş öhdəlikləri üzərinə götürmüş, lakin götürdüyü öhdəlikləri yerinə yetirməmiş və nəticədə banka borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2024-cü il tarixli, GTZK0012873C299 saylı kredit müqaviləsinə əsasən 1000 ( bir min) manat əsas, 186,71 (bir yüz səksən altı manat, 41 qəpik) manat faiz borcu olmaqla cəmi 1186,71 ( bir min yüz səksən altı manat,71 qəpik) manat, xx.xx.2024-cü il tarixli, BRCB6321683B144 saylı kredit kartı müqaviləsinə 1490,38 (bir min dörd yüz doxsan manat 38 qəpik) manat əsas, 270,78 ( iki yüz yetmiş i manat , 78 qəpik) manat faiz borcu olmaqla, cəmi 1761,16 ( bir min yeddi yüz altmış bir manat, 16 qəpik) manat borc pul alınaraq iddiaçı “Kapital Bank» ASC-yə ödənilməlidir. Məhkəmə həmçinin tələbin iddia qaldırılması üçün 49,48 manat ödənilmiş dövlət rüsumu əvəzinin tutulması hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tam təmin olunduğu halda məhkəmə xərclərinə aid edilən ödənilmiş 49,48 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizə Azərbaycan Respublikasının MPM-nin 284-3-cü maddəsinin tələblərinə uyğundur, həmin Məcəllənin 284-4-cü maddəsində qeyd olunan işi sadələşdirilmiş qaydada baxılmasının yolverilməməzliyinə səbəb olan hallar yoxdur. Odur ki, Azərbaycan Respublikasının MPM-nin 23-1-ci fəslində müəyyən edilmiş kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması qanuni və əsaslıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə də nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli, GTZK0012873C299 saylı kredit müqaviləsinə əsasən 1000( bir min) manat əsas, 186,71 (bir yüz səksən altı manat, 71 qəpik) manat faiz borcu olmaqla cəmi 1186,71 ( bir min yüz səksən altı manat, 71 qəpik) manat, xx.xx.2024-cü il tarixli, BRCB6321683B144 saylı kredit kartı müqaviləsinə əsasən isə, 1490,38 (bir min dörd yüz doxsan manat 38 qəpik) manat əsas, 270,78 ( iki yüz yetmiş manat , 78 qəpik) manat faiz borcu olmaqla, cəmi 1761,16 ( bir min yeddi yüz altmış bir manat, 16 qəpik) manat borc pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 49,48 manat pul alınaraq iddiaçı “Kapital Bank» ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətinə Sabirabad Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Azər İsmayılov
Məhkəmə qərarları › İş №e-2(056)-1211/2025
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(056)-1211/2025
13.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver