Məhkəmə qərarları › İş №e-2(056)-1281/2025

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(056)-1281/2025

24.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № e-2(056)-1281/2025 24.06.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X1 Bağırovun sədrliyi, Rəşad Akif oğlu Rüstəmovun katibliyi ilə, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun - cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə borcun tutulması» tələbinə dair iddiası üzrə mülki işə xx.xx.2025-ci il tarixdə Sabirabad şəhərində, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC - cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə borcun tutulması» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1.751,77 (bir min yeddi yüz əlli bir dollar yetmiş yeddi sent) ABŞ dolları əsas borc, 685,79 (altı yüz səksən beş dollar yetmiş doqquz sent) ABŞ dolları faiz borcu, 2.008,30 (iki min səkkiz dollar otuz sent) ABŞ dolları cərimə borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonrakı dövr üçün (AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən) hesablanmış 254,40 (iki yüz əlli dörd dollar qırx sent) ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi 99,91 (doxsan doqquz manat doxsan bir qəpik) AZN cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Sabirabad filialı ilə Cavabdeh1 arasında bağlanmış ********* nömrəli xx.xx.2014-cü il tarixli Kredit Müqaviləsi üzrə cavabdehə “şəxsi istehlak” məqsədi ilə 36 ay müddətinə illik 24% dərəcəsi ilə 7.300 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə Bank arasında 420006982/ZM nömrəli xx.xx.2014-cü il tarixli Zaminlik Müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və Zaminlik Müqavilələri üzrə bağlanmış 335/15-PR nömrəli xx.xx.2015-ci il tarixli Əlavə Sazişlərə əsasən Kreditorun Borcalana (Birgə Borcalana) verdiyi kreditin qalıq məbləği 6.218,73 ABŞ dolları təşkil etmişdir. Kreditin müddəti xx.xx.2018-ci il tarixədək təyin olunmuşdur. Kredit və Zaminlik Müqavilələri üzrə bağlanmış 02 nömrəli xx.xx.2017-ci il tarixli Əlavə Sazişlərə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 7.093,31 ABŞ dolları təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək təşkil etmişdir. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8% ödənilməli idi. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2025-ci il tarixə Cavabdeh1 kredit üzrə cəmi borcu 4.700,26 (dörd min yeddi yüz ABŞ dolları 26 sent) ABŞ dolları təşkil edir. Bundan 1.751,77 (bir min yeddi yüz əlli bir ABŞ dolları 77 sent) ABŞ dolları əsas, 685,79 (altı yüz səksən beş ABŞ dolları 79 sent) ABŞ dolları faiz, 2.008,30 (iki min səkkiz ABŞ dolları 30 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 254,40 (iki yüz əlli dörd ABŞ dolları 40 sent) ABŞ dolları faiz borcu təşkil edir. Odur ki, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş olunur. İddiaçı təşkilatın nümayəndəsi R.H.Tağızadə məhkəməyə ərizə göndərərək, iddia tələbini müdafiə edib, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxmağı xahiş etməmişlər. Mülki Prosessual Məcəlləsinin 185.4-cü və 185.5-ci maddələrinə əsaslanaraq məhkəmə hesab edir ki, işə tərəflərin iştirakı olmadan baxılması mümkündür. Məhkəmə iddiaçı təşkilatın nümayəndəsinin ərizəsini nəzərə alıb, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarından görünür ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli ********* saylı kredit müqaviləsi əsasında 36 ay müddətinə illik 24% olmaqla 7300 ABŞ dolları məbləğində kreditin Cavabdeh1 verilməsi razılaşdırılmışdır. xx.xx.2014-cü il tarixli ********* saylı Kredit Müqaviləsinə xx.xx.2015-ci il tarixli Əlavə Sazişə əsasən xx.xx.2014-cü il tarixli Kredit Müqaviləsi əsasında ayrılmış kredit Restrukturizasiya edilmiş, qalıq borc 6218.73 ABŞ dolları müəyyən edilmiş, kreditin müddəti xx.xx.2018-ci il tarixədək uzadılmışdır. xx.xx.2014-cü il tarixli ********* saylı Kredit Müqaviləsinə xx.xx.2017-ci il tarixli Əlavə Sazişə əsasən xx.xx.2014-cü il tarixli Kredit Müqaviləsi əsasında ayrılmış kredit Restrukturizasiya edilmiş, qalıq borc 7093.31 ABŞ dolları müəyyən edilmiş, kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılmış, bu Sazişin imzalandığı tarixdən etibarən ödəniş qrafiki üzrə borcalan tərəfindən faiz dərəcəsi illik 8% müəyyən edilmiş və manatla ediləcək ödənişlər kreditor tərəfindən 1 ABŞ dolları = 1.4 AZN məzənnəsi əsas götürülməklə qəbul edilir. İş materiallarından görünür ki, İddiaçı ASC ilə borc alan Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli ********* saylı Zaminlik Müqaviləsindən və həmin Zaminlik Müqaviləsi üzrə xx.xx.2015-ci il tarixli 1№-li və xx.xx.2017-ci il tarixli 2№-li Əlavə Sazişlərə əsasən xx.xx.2014-cü il tarixli ********* saylı Kredit Müqaviləsi və həmin Müqavilə üzrə bağlanmış xx.xx.2015-ci il tarixli 1№-li və xx.xx.2017-ci il tarixli 2№-li Əlavə Sazişlər üzrə borc alan Cavabdeh1 öhdəliyinin təminatı olaraq Cavabdeh2 zamin olaraq restrukturizasiya olunmuş və müqavilə ilə müəyyən olunan şərtlərlə qalıq borcu qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan LPO İddiaçı ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2014-cü il tarixli ********* saylı Müqavilə üzrə 1751.77 ABŞ dolları əsas, 685.79 ABŞ dolları faiz, 2008.30 ABŞ dolları cərimə, Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 254.40 ABŞ dolları faiz borcu olmaqla, cəmi 4700.26 ABŞ dolları borcu yaranmışdır. Xəbərdarlıq məktublarının müvafiq qaydada təsdiq olunmuş surətlərindən görünür ki, cavabdehlərə banka olan borclarını qaytarmayacaqları təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Məhkəmə işdə olan sənədləri hərtərəfli, tam və obyektiv araşdıraraq, iş üzrə müəyyən olunmuş halları onlara tətbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək, belə hesab edir ki, iddia Cavabdeh1 aid hissədə təmin edilməli, Cavabdeh2 aid hissədə isə rədd (müddət keçdiyi üçün zaminliyə xitam verilməli) edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli ********* saylı Kredit Müqaviləsi əsasında 36 ay müddətinə illik 24% olmaqla 7300 ABŞ dolları məbləğində kreditin Cavabdeh1 verilməsi razılaşdırılmışdır. xx.xx.2014-cü il tarixli ********* saylı Kredit Müqaviləsinə xx.xx.2015-ci il tarixli 1№-li Əlavə Sazişə əsasən xx.xx.2014-cü il tarixli Kredit Müqaviləsi əsasında ayrılmış kredit Restrukturizasiya edilmiş, qalıq borc 6218.73 ABŞ dolları müəyyən edilmiş, kreditin müddəti xx.xx.2018-ci il tarixədək uzadılmışdır. Sonradan xx.xx.2014-cü il tarixli ********* saylı Kredit Müqaviləsinə xx.xx.2017-ci il tarixli 2№-li Əlavə Sazişə əsasən xx.xx.2014-cü il tarixli Kredit Müqaviləsi əsasında ayrılmış kredit Restrukturizasiya edilmiş, qalıq borc 7093.31 ABŞ dolları müəyyən edilmiş, kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılmış, bu Sazişin imzalandığı tarixdən etibarən ödəniş qrafiki üzrə borcalan tərəfindən faiz dərəcəsi illik 8% müəyyən edilmiş və manatla ediləcək ödənişlər kreditor tərəfindən 1 ABŞ dolları = 1.4 AZN məzənnəsi əsas götürülməklə qəbul ediləcəkdir. İddiaçı ASC ilə borc alan Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli ********* saylı Zaminlik Müqaviləsindən və həmin Zaminlik Müqaviləsi üzrə xx.xx.2015-ci il tarixli 1№-li və xx.xx.2017-ci il tarixli 2№-li Əlavə Sazişlərə əsasən xx.xx.2014-cü il tarixli ********* saylı Kredit Müqaviləsi və həmin Müqavilə üzrə bağlanmış xx.xx.2015-ci il tarixli 1№-li və xx.xx.2017-ci il tarixli 2№-li Əlavə Sazişlər üzrə borc alan Cavabdeh1 öhdəliyinin təminatı olaraq Cavabdeh2 zamin olaraq restrukturizasiya olunmuş və müqavilə ilə müəyyən olunan şərtlərlə qalıq borcu qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2014-cü il tarixli ********* saylı Kredit Müqaviləsinin şərtlərinə görə borcalan Cavabdeh1 krediti vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq, borcalan Cavabdeh1 öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmış və nəticədə xx.xx.2014-cü il tarixli ********* saylı Müqavilə üzrə 1751.77 ABŞ dolları əsas, 685.79 ABŞ dolları faiz, 2008.30 ABŞ dolları cərimə, Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 254.40 ABŞ dolları faiz borcu olmaqla, cəmi 4700.26 ABŞ dolları borcu hesablanmışdır. Buna görə də, kreditor hazırkı ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Xəbərdarlıq məktublarının müvafiq qaydada təsdiq olunmuş surətlərindən görünür ki, cavabdehlərə banka olan borclarını qaytarmayacaqları təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, tərəflər arasında yazılı formada Kredit və Zaminlik Müqavilələri bağlanmaqla Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən həmin müqavilələrdən irəli gələn öhdəliklər yaranmışdır. Mövcud halda öhdəliklər tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli ********* saylı Kredit Müqaviləsindən və həmin Kredit Müqaviləsi üzrə xx.xx.2015-ci il tarixli 1№-li və xx.xx.2017-ci il tarixli 2№-li Əlavə Sazişlərdən yaranmışdır. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada Kredit və Zaminlik Müqavilələri bağlanılmış, həmin Müqavilələrə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı təşkilat tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdehlər isə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Mülki Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Mülki Məcəllənin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 428.4-cü maddəsinə görə öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Məcəllənin 462.3-cü maddəsinə görə Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. İşin faktiki hallarına qiymət verib və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, Cavabdeh1 iddiaçıdan aldığı krediti faizlərlə birlikdə vaxtında və lazımı qaydada qaytarmamış, bununla da o, Kredit Müqaviləsindən irəli gələn öhdəlikləri yerinə yetirməmişdir. Ona görə də, iddia ona aid olan hissədə təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbinin ödənişi gecikdirməyə görə hesablanmış 2008.30 ABŞ dolları cərimə pulunun tutulması hissəsi qismən təmin edilərək, həmin məbləğ azaldılmalıdır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə xx.xx.2014-cü il tarixli ********* saylı Kredit Müqaviləsindən yaranmış əsas borcun 1751.77 ABŞ dolları məbləğində və faiz borcunun 685.79 ABŞ dolları məbləğində olmasını nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfindən ödənişi gecikdirməyə görə hesablanmış 2008.30 ABŞ dolları cərimə (dəbbə) məbləği tənasübsüz surətdə yüksəkdir və həmin dəbbə pulunun azaldılaraq 200 (iki yüz) ABŞ dolları müəyyən edilməsi tərəflərin mənafeyi baxımından daha məqsədəuyğundur. Məhkəmə həmçinin digər Cavabdeh2 hazırkı iddia tələbinə cavabdehliyi ilə bağlı qeyd edir ki, Cavabdeh1 iddiaçıdan aldığı krediti faizlərlə birlikdə vaxtında və lazımı qaydada qaytarmadığı üçün, zamin Cavabdeh2 isə zaminlik müqaviləsinə əsasən kredit üzrə əsas öhdəliyə görə məsuliyyəti öz üzərinə götürdüyü səbəbindən, bununla da cavabdehlərin kredit və zaminlik müqavilələrindən irəli gələn birgə öhdəlikləri yaranmışdır. Lakin məhkəmə hesab edir ki, əsas öhdəliyin icrası vaxtının çatdığı gündən, yəni kredit müqaviləsinin bitdiyi tarixdən 1 il ərzində, kreditorun zaminə qarşı iddia irəli sürmədiyi səbəbindən, zaminliyə xitam verilməli və iddia tələbi Cavabdeh2 münasibətdə təmin edilməməlidir. İşdə olan xx.xx.2015-ci il tarixli ********* saylı Zaminlik Müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli 1№-li Əlavə Sazişə əsasən zaminlər Cavabdeh2 və X2 borcalan Cavabdeh1 krediti vaxtında qaytarmamasına görə məsuliyyət daşıyır. İşdə olan İddiaçı ASC ilə borc alan Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli ********* saylı Zaminlik Müqaviləsindən və həmin Zaminlik Müqaviləsi üzrə xx.xx.2015-ci il tarixli 1№-li və xx.xx.2017-ci il tarixli 2№-li Əlavə Sazişlərə əsasən zamin Cavabdeh2 borcalan Cavabdeh1 krediti vaxtında qaytarmamasına görə məsuliyyəti öz üzərinə götürmüşdür. Doğrudur, Mülki Məcəlləsinin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (maddə 472.1). Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır ( maddə 472.2). İşdə olan xx.xx.2014-cü il tarixli ********* saylı Kredit Müqaviləsinə xx.xx.2017-ci il tarixli Əlavə Sazişə əsasən xx.xx.2014-cü il tarixli ********* saylı Kredit Müqaviləsi əsasında kreditin müddəti xx.xx.2022-ci il tarixədək müəyyən edilmişdir. Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində, kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Göründüyü kimi belə olan halda "xxxx" ASC zaminə qarşı iddia tələblərini 1 il ərzində irəli sürməli idi, lakin işdə olan sənədlərdən görünür ki, iddia ərizəsi məhkəməyə xx.xx.2025-ci il tarixdə, yəni kredit müqaviləsi üzrə əsas öhdəliyin icra müddətinin başa çatdığı xx.xx.2022-ci il il tarixdən 3 ilə yaxın müddət keçdikdən sonra verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, kreditor təşkilatın cavabdeh (zamin) Cavabdeh2 qarşı iddia tələbi əsassızdır və həmin hissədə tələb təmin edilməməlidir. MPM-nin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələblərinin məhkəmədə iddianın qaldırılması ilə bağlı ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması hissəsi də təmin edilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia tələbi qismən təmin olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun 60 manat hissəsi Cavabdeh1 tutulmalıdır. Məhkəmə eyni zamanda cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan pul məbləğinin ödənilməsi üsulu və qaydasını araşdıraraq hesab edir ki, tərəflər arasında debitor-kreditor hüquq münasibətləri ABŞ dolları ilə yaranmış olsa da, Azərbaycan ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağan olunduğundan və pul öhdəliyi manatla ifadə edilməli olduğundan cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan pul vəsaiti xx.xx.2017ci il tarixli 02 saylı Əlavə Sazişə əsasən 1 ABŞ dolları = 1.4 AZN (bir manat qırx qəpik) məzənnəsi əsas götürülməklə manatla ödənilməlidir. Belə ki, Konstitusiyanın 19-cu maddəsinin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azər. Resp. MM-nin 439.1-ci maddəsinə əsasən, pul öhdəliyi manatla ifadə edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, iddiaçı təşkilatın tələbi qismən təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli ********* saylı Kredit Müqaviləsindən və həmin Kredit Müqaviləsinin xx.xx.2015-ci il tarixli 335/15-PR saylı və xx.xx.2017-ci il tarixli 02 saylı Əlavə Sazişlərindən yaranmış 1751.77 ABŞ dolları əsas borc, 685.79 ABŞ dolları faiz borcu, 200 ABŞ dolları cərimə, kredit müqaviləsinin müddətindən sonrakı dövr üçün hesablanmış 254.40 ABŞ dolları faiz borcu, ümumilikdə isə 2891,96 (iki min səkkiz yüz doxsan bir dollar doxsan altı sent) ABŞ dolları məbləğinin (1 ABŞ dollarının məzənnəsi 1,40 (bir manat qırx qəpik) manat əsas götürülməklə) Azərbaycan manatı ilə pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 60 (altmış) manat hissəsi Cavabdeh1 tutulub ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun hesabına köçürülməli, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 420006982/ZM saylı Zaminlik Müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli 02 saylı Əlavə Sazişdən yaranmış Cavabdeh2 zaminliyinə xitam verilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinın 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli ********* saylı Kredit Müqaviləsindən və həmin Kredit Müqaviləsinin xx.xx.2015-ci il tarixli 335/15-PR saylı və xx.xx.2017-ci il tarixli 02 saylı Əlavə Sazişlərindən yaranmış 1751.77 ABŞ dolları əsas borc, 685.79 ABŞ dolları faiz borcu, 200 ABŞ dolları cərimə, kredit müqaviləsinin müddətindən sonrakı dövr üçün hesablanmış 254.40 ABŞ dolları faiz borcu, ümumilikdə isə 2891,96 (iki min səkkiz yüz doxsan bir dollar doxsan altı sent) ABŞ dolları məbləğinin (1 ABŞ dollarının məzənnəsi 1,40 (bir manat qırx qəpik) manat əsas götürülməklə) Azərbaycan manatı ilə pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 60 (altmış) manat hissəsi Cavabdeh1 tutulub ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun hesabına köçürülsün. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 420006982/ZM saylı Zaminlik Müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli 02 saylı Əlavə Sazişdən yaranmış Cavabdeh2 zaminliyinə xitam verilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar