Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № e-2(056)-148/2024 04.03.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X1 Novruzəli oğlunun sədrliyi, Məsləhətçi (məhkəmənin iclas katibi) İddiaçı Əlisahib oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçının Cavabdeh qarşı «Cavabdehə satılmış avtomobilə görə verilməli olan pul öhdəliyinin icrasının ondan tələb edilməsinə dair» iddia ərizəsi üzrə mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh onun xeyrinə 6500 manat satılmış avtomobilə görə borc məbləğinin və ödənilmiş dövlət rüsumu əvəzində 85 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslnadırmışdır ki, cavabdehlə aralarında Ford markalı avtomobilin alqı-satqısı ilə bağlı cavabdeh tərəfindən ilkin olaraq 3500 manat qalan 9500 manat pulu isə 2023-ci ilin sentyabr ayında ödənilməsi barədə yazılı qəbz imzlanmaqla alqı satqı edilmiş. O, üzərinə düşən öhdəliyi yerinə yetirərək avtomobili cavabdehə vermişdir. Cavabdeh bundan sonra ona 3000 manat ödəmiş və cavabdehin ödənilməmiş 6500 manat borcu qalmışdır. O dəfələrlə cavabdehdən qalıq qalan borcunu tələb etsə də, hal-hazıradək cavabdehin üzərində olan borcunu ödəməmiş və onu süründürməklə ona mənəvi zərər vurmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbinə etiraz edərək göstərdi ki, həqiqətəndə onunla iddiaçı arasında qeyd olunan avtomobilin alqı-satqısı barədə müqavilə imzalanmışdır. Lakin o, iddiaçıya olan borcunu tam formada ödəmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən imzalanmış qəbzdən görünür ki, onun İddiaçı 9500 manat məbləğində borcu qalmışdır və həmin borcu 2023-cü ilin sentyabr ayında ödəyəcəyi barədə öhdəlik götürmüşdür. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri hərtərəfli, tam və obyektiv araşdıraraq, iş üzrə müəyyən edilmiş halları onlara tətbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh İddiaçı ilkin olaraq 3500 manat sonradan isə 9500 ödəmək şərti ilə Ford markalı avtomobil almışdır. Lakin, alıcı alqı-satqı predmeti olan avtomobili alsa da, onun öz dəyərini tam olaraq müəyyən edilmiş müddətdə satıcıya ödəməmişdir. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə müraciət etməli olmuşdur. İddiaçı iddiasını müdafiə edir, cavabdeh isə iddianın əsassız olduğu üçün rədd edilməsini xahiş edir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları bir-birilə müqaisəli təhlil etməklə, hər bir sübutu öz mənbəyinə, mənsubiyyətinə və mötəbərliyinə görə qiymətləndirməklə iddiaçının tələbini işin faktiki hallarına uyğun gəldiyi üçün mötəbər hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mövcud halda tərəflər arasında münasibətlər nisyə alqı-satqı müqaviləsindən əmələ gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 597.1-ci maddəsinə əsasən alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.3-cü maddəsinə əsasən satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində müəyyən edilmişdir ki,öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi halların təsdiqi kimi təqdim etdiyi sübutlarını mötəbər hesab edir. Bundan əlavə Cavabdeh iddiaçıya olan borcunu tam şəkildə ödənilməsini bildirsə də, qeyd olunan halı təsdiq edə biləcək hər hansı bir sübutunu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı əsas borcla bərabər onun tərəfindən məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 85 manat dövlət rüsumunun da alınıb ona verilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbini bu hissədə əsaslı hesab edir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də məhkəmə ödənilmiş tələblərin məbləğinə münasib olaraq cavabdehdən 85 manat dövlət rüsumunun əvəzinin alınıb iddiaçıya verilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh satılmış avtomobilə görə qalıq qalmış 6500 manat və dövlət rüsumu əvəzində 85 manat olmaqla, cəmi 6585 manat pul alınaraq İddiaçı verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241-244, 252, 253 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh satılmış avtomobilə görə qalıq qalmış 6500 manat və dövlət rüsumu əvəzində 85 manat olmaqla, cəmi 6585 (altı min beş yüz səksən beş) manat pul alınaraq İddiaçı verilsin. Qətnamədən, onun surəti tərəfə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Sabirabad rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN : FÜZULİ PƏNAHOV
Məhkəmə qərarları › İş №e-2(056)-148/2024
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(056)-148/2024
04.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver