Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № e-2(056)-1611/2025 15.07.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X4 İbrahim oğlunun sədrliyi, X1 ilə İddiaçı BOKT İddiaçı MMC-nin - Cavabdeh qarşı «pul tələbi» barədə iddia ərizəsinə açıq məhkəmə iclasında MÜƏYYƏN ETDİ: İddiaçı BOKT İddiaçı MMC - Cavabdeh qarşı «pul tələbi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2019-cu il tarixli, 45/0619-068 saylı Kredit müqaviləsinə əsasən 874,96 (səkkiz yüz yetmiş dörd manat, 96 qəpik) manat məbləğində əsas, 12,53 (on iki manat, 53 qəpik) manat faiz borcu, Azərbaycan Respublikası Mərkəzi Bankın uçot dərəcəsinə əsasən 2021-2024-cü illər üçün 269 ( iki yüz altmış doqquz) manat olmaqla ümumilkdə 1156,49 ( bir min yüz əlli altı manat, 49 qəpik) manat borcun və ödənilmiş 32 manat dövlət rüsumunun alınaraq BOKT İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, BOKT İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 45/0619-068 saylı Kredit (restrukturizasiya) müqaviləsinə əsasən, cavabdehə 60 ay müddətə illik 1 faiz kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 874,96 manat məbləğdə kredit verilmişdir. Kredit üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh xx.xx.2020-ci il tarixə olan hesablamaya görə iddiaçıya 874,96 manat əsas, 12,53 manat faiz borcu qalmışdır. Cavabdeh həmin kredit müqaviləsi üzrə bu günə qədər heç bir ödəniş etməmişdir.Azərbaycan Respublikası Mülki Qanunvericiliyinə əsasən faizlərin miqdarı pul ödəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün uçot dərəcəsi ilə müəyyənləşdirilir. Qeyd olunan uçot dərəcəsi Mərkəzi Bank tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mərkəzi Bankı 2021-ci il üçün uçot dərəcəsini 7 faiz, 2022-ci il üçün 8 faiz, 2023-cü il üçün 9 faiz və 2024-cü il üçün isə 7 faiz müəyyən etmişdir.Belə olan halda hesablamalara görə cavabdehin ödəlikləri icra etməməməsi nəticəsində bu məbləğ 2021-ci il üçün 61 manat (874*7%=61 manat), 2022-ci il üçün 69 manat (874*8%=69 manat), 2023-cü il üçün 78 manat (874*9%=78 manat) və 2024-cü il üçün isə 61 manat (874*7%=61manat) olmaqla, cəmi 269 manat müəyyən edilmişdir. Cavabdehə borcun ödənilməsi ilə bağlı dəfələrlə bildiriş və xəbərdarlıq edilməsinə baxmayaraq, heç bir ödəniş etməmiş buna görə də, iddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş edir. İddiaçı BOKT İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək, iddianı tam müdafiə etdiklərini və işə onların iştirakı olmadan baxılaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq məhkəmə, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib və iş materiallarını araşdırıb, iş üzrə müəyyən olunmuş halları onlara tətbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan BOKT İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 45/0619-068 saylı Kredit (restrukturizasiya) müqaviləsinə əsasən, cavabdehə 60 ay müddətə illik 1 faiz kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 874,96 manat məbləğdə kredit verilmişdir. İddia ərizəsinə əlavə edilmiş maliyyə arayışından görünür ki, BOKT İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 45/0619-068 saylı kredir müqaviləsi üzrə ödənilməmiş əsas qalıq borcu 874,96 manat, faiz borcu isə 12,53 manat təşkil edir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı 32 manat məbləğində dövlət rüsumu ödəmişdir. BOKT İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış borc müqaviləsinin mahiyyəti və onların əsasında cavabdehin daşımalı olduğu məsuliyyətin həcmi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə hesab edir ki, tərəflər arasında müqavilə bağlanmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Məhkəmə işin araşdırılmış hallarına və sadalanan maddi hüquq normalarına əsaslanaraq hesab edir ki, Cavabdeh kredit müqaviləsi əsasında iddiaçı təşkilat BOKT İddiaçı MMC-dən aldığı pulu ödəmək öhdəliyinin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini tam icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini tam yerinə yetirməmişdir, nəticədə cavabdehin ödənilməmiş 874,96 manat əsas, 12,53 manat qalıq borcu yaranmışdır. Ona görə də, iddiaçı təşkilat BOKT İddiaçı MMC-nin Cavabdeh öhdəliyinin icra edilməsini və yaranmış borcun ödənilməsini tələb etməsi tam əsaslıdır. Məhkəmə həmçinin tələbin iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumu əvəzi olan 32 manat pulun cavabdehdən tutulması hissəsi ilə bağlı qeyd edir ki, aşağıdakılara əsasən iddia tələbləri həmin hissədə də əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan kassa mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 32 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, hazırkı iddia tam təmin olunduğundan, məhkəmə xərclərinə aid edilən ödənilmiş dövlət rüsumunun 32 manat əvəzi cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2019-cu il tarixli, 45/0619-068 saylı Kredit müqaviləsinə əsasən 874,96 (səkkiz yüz yetmiş dörd manat, 96 qəpik) manat məbləğində əsas, 12,53 (on iki manat, 53 qəpik) manat faiz borcu, Azərbaycan Respublikası Mərkəzi Bankın uçot dərəcəsinə əsasən 2021-2024-cü illər üçün 269 ( iki yüz altmış doqquz) manat olmaqla ümumilkdə 1156,49 ( bir min yüz əlli altı manat, 49 qəpik) manat borc və ödənilmiş 32 manat dövlət rüsumu alınaraq BOKT İddiaçı MMC-yə verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinın 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli, 45/0619-068 saylı Kredit müqaviləsinə əsasən 874,96 (səkkiz yüz yetmiş dörd manat, 96 qəpik) manat məbləğində əsas, 12,53 (on iki manat, 53 qəpik) manat faiz borcu, Azərbaycan Respublikası Mərkəzi Bankın uçot dərəcəsinə əsasən 2021-2024-cü illər üçün 269 ( iki yüz altmış doqquz) manat olmaqla ümumilkdə 1156,49 ( bir min yüz əlli altı manat, 49 qəpik) manat borc və ödənilmiş 32 manat dövlət rüsumu alınaraq BOKT İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Azər İsmayılov
Məhkəmə qərarları › İş №e-2(056)-1611/2025
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(056)-1611/2025
15.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver