Məhkəmə qərarları › İş №e-2(056)-166/2025

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(056)-166/2025

06.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № e-2(056)-166/2025 06.11.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X6 Bağırovun sədrliyi, Rəşad Akif oğlu Rüstəmovun katibliyi, iddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı X1 - Cavabdeh qarşı «pul tələbi» barədə iddiası üzrə mülki işə xx.xx.2025-ci il tarixdə Sabirabad rayonunda açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qarşı «pul tələbi» barədə iddia ərizəsi və iddianın dəqiqləşdirilməsi ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qalıq olan 3000 (üç min) manat məbləğində ödənişin, iddia ilə bağlı ödənilmiş dövlət rüsumunun əvəzi 50 (əlli) manat və hüquqi xidmət xərcinin əvəzi 645 (altı yüz qırx beş) manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddianı belə əsaslandırılmışdır ki, Novxanı ərazisində yerləşən “TURAL” çimərlik istirahət mərkəzi iddiaçının on ildən artıq müddətdir ki istifadəsindədir. İddiaçı “TURAL” çimərlik istirahət mərkəzini növbəti il yeni mövsümlə əlaqədər (xx.xx.2024-cü il) şifahi müqavilə əsasında müəyyən olunmuş məbləğ müqabilində cavadbeh Cavabdeh icarəyə vermişdir. Cavabdeh razılaşdırılmış məbləğin müəyyən miqdarını verdikdən sonra Novxanı ərazisində yerləşən “TURAL” çimərlik istirahət mərkəzində fəaliyyətə başlamışdır. Müəyyən müddət fəaliyyət göstərdikdən sonra cavadbeh Cavabdeh icarə haqqını verməkdə çətinliklə üzləşir və icarə haqqının bir hissəsini ödədikdən sonra 3000 manat icarə borcu qalmışdır. Qonşuluqda yerləşən digər obyektin icrarədarı X2 xahişi ilə 1 (bir) ay ərzində icarə borcunun ödənilməsinə cavabdehə vaxt verilmişdir. Beləliklə Cavabdeh icarəyə götürdüyü Novxanı ərazisində yerləşən “TURAL” çimərlik istirahət mərkəzində mövsümün sonuna qədər fəaliyyət göstərmişdir. Lakin o zamandan uzun müdət keçməsinə baxmayaraq cavadbeh Cavabdeh (telefon danışığı zamanı) öhdəliyin icrasından boyun qaçırmağa başlamışdır. Bu hadisədən aylar keçməsinə baxmayaraq iddiaçı, dəfələrlə cavabeh Cavabdeh zəng edib əlaqə saxlamağa çalışsa da heç bir nəticə əldə edə bilməmişdir. İddiaçı, çarəsiz qalaraq ərazi üzrə Sumqayıt şəhər 1 saylı Polis Bölməsinə müraciət etmiş və cavab olaraq Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla təsdiq olunur ki, Cavabdeh tərəfindən müqavilə öhdəliklərinin yerinə yetirilməməsi səbəbindən ona 3000 (üç min) manat maddi zərər dəymiş və sonuncuya ödənilmiş məbləğlərin geri qaytarılması zərurəti yaranmışdır. İddiaçı xx.xx.2025-ci il tarixdə vəfat etməsi səbəbindən, iddiaçı, onun hüquq varisi X4 ilə əvəz edilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçınınun etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmənini əvvəlki iclasında iştirak etmiş cavabdeh iddiaya etiraz edərək, etirazının əsası kimi şifahi icarə müqaviləsinin onunla deyil, məhz oğlu ilə bağlandığını bildirmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə MPM-nın 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, o, 2023-cü ildən Sumqayıt şəhəri, Novxanı şossesi ərazisində Çimərlik İstrahət kimi fəaliyyət göstərən ticarət obyektinə rəhbərlik edir. Qonşuluqda yerləşən digər ticarət obyekti kimi fəaliyyət göstərən “TURAL” Çimərlik İstrahət zonasının sahibi olmuş mərhum İddiaçı həmin obyektini Cavabdeh adlı şəxsə icarəyə vermişdir və Cavabdeh mərhum İddiaçı icarədarı olmuşdur. O, Cavabdehla mərhum İddiaçı arasında icarə haqqına görə yaranmış mübahisənin şahidi olmuşdur. Cavabdeh ona (şahidə) müraciət edərək ödənilməmiş qalıq icarə haqqının 3000 manat hissəsini ödəyə bilmədiyi üçün, ondan 3000 manat pul vəsaitini İddiaçı ödəməsini xahiş etmiş və 1 ay müddət ərzində, yəni sentyabr ayında borcunu qaytaracağına vəd vermişdir. Bu xahişin müqabilində o, icarə haqqına görə yaranmış borcun Cavabdeh tərəfindən ödəməsi üçün İddiaçı xahiş etmişdir ki, Cavabdeh 1 ay yəni sentyabr ayınadək möhlət versin və Yaşarda onun xahişini nəzərə alıb Hüseynə möhlət vermişdir. Lakin sonradan Cavabdeh qalıq icarə haqqının 3000 manat hissəsini ödəməkdən yayınmışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını və şahidin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında Arayışdan görünür ki, 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş bu arayış ünvan 1 ünvanında yerləşən “X8-Çimərlik” obyektinin fərdi sahibkarı (VÖEN:**********) İddiaçı adlı şəxsin adına uçota alınması təsdiq edilir. İş materiallarına əlavə olunmuş 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-21-2-9/2-81062/2024 nömrəli məktubdan görünür ki, İddiaçı fəaliyyət növü “Yeməkxanalar tərəfindən xidmətlərin göstərilməsi” (kod 56292)-dir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları bir-biri ilə müqaisəli təhlil etməklə, hər bir sübutu öz mənbəyinə, mənsubiyyətinə və mötəbərliyinə görə qiymətləndirməklə iddiaçının tələbini işin faktiki hallarına və şahidin məhkəmə iclasında verdiyi izahatına uyğun gəldiyi üçün əsaslı hesab edir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında ünvan 1 ünvanında yerləşən “X8-Çimərlik” obyektinin icarəyə verilməsinə dair şifahi formada İcarə Müqaviləsi bağlanmış, ticarət obyekti Cavabdeh təhvil verilmiş, aylıq icarə haqqının bir hissəsi İddiaçı ödənilmiş, sonradan isə icarə haqqı üzrə hər hansı ödəniş aparılmamış, nəticədə cavabdehin 3000 manat məbləğində ödənilməmiş icarə haqqı üzrə borcu yaranmışdır. Sözügedən müqavilənin mahiyyəti və onların əsasında cavabdehin daşımalı olduğu məsuliyyətin həcmi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə MM-nın 386-cı maddəsinə əsaslanaraq hesab edir ki, İddiaçı ilə Cavabdeh arasında şifahi formada icarə müqaviləsi bağlanmaqla, həmin müqavilədən irəli gələn tərəflərin öhdəlikləri yaranmışdır. Məhkəmə hesab edir ki, icarə müqaviləsinin tərəfi olmuş icarəçi müqavilə üzrə və qanunla müəyyən edilmiş vəzifəsini, yəni icarəyə verilmiş əmlakı cavabdehin maneəsiz istifadəsində olmasını təmin etmiş, lakin Cavabdeh icarə haqqını ödəməməklə bununla da İcarə Müqaviləsi ilə üzərinə düşən vəzifə və öhdəliklərini layiqincə yerinə yetirməmişdir. Mülki Məcəllənin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Məcəllənin 445-ci mad. əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Məhkəmə işin araşdırılmış hallarına və istinad edilən maddi hüquq normalarına əsaslanaraq hesab edir ki, cavabdeh şifahi formada bağlanmış icarə müqaviləsindən yaranmış və üzərinə götürdüyü öhdəliklərini layiqincə yerinə yetirmədiyi üçün, ödənilməmiş icarə haqqının əvəzi 3000 (üç min) manat məbləğində pul vəsaiti cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. İddiaçı əsas borcla bərabər onun tərəfindən hüquqi xidmət xərci olaraq vəkilə ödənilmiş haqqın əvəzi 645 (altı yüz qırx beş) manat və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun əvəzi 50 (əlli) manat vəsaitin cavabdehdən tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 121.1 -ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, qanunvericiliyin istinad edilən müddəalarına əsaslanaraq məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında ünvan 1 ünvanında yerləşən “X8-Çimərlik” obyektinin icarəyə verilməsinə dair şifahi formada bağlanmış İcarə Müqaviləsi üzrə yaranmış 3000 (üç min) manat əsas borc, göstərilən hüquqi yardım üçün ödənilmiş 645 (altı yüz qırx beş) manat və ödənilmiş dövlət rüsumunun əvəzi 50 (əlli) manat pul vəsaiti Cavabdeh tutulub İddiaçı hüquq varisi olan iddiaçı X3 ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 3000 (üç min) manat pul vəsaiti, ödənilmiş hüquqi xidmət xərcinin əvəzi 645 (altı yüz qırx beş) manat və dövlət rüsumunun əvəzi 50 (əlli) manat Cavabdeh tutulub X3 (hüquqi varis) ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar