Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № e-2(056)-1705/2024 15.07.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X1 Novruzəli oğlunun sədrliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «borcun tutulması, tələbin girov predmetinə yönəldilməsi və s.» tələbi barədə kiçik iddiaya dair işə xx.xx.2024-cü il tarixdə Sabirabad şəhərində məhkəmənin inzibati binasında sadələşdirilmiş qaydada baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı «borcun tutulması, tələbin girov predmetinə yönəldilməsi və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5 Dekabr 2023-cü il tarixli, SVLMB-08415 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 500 manat, faiz borcuna görə 70,95 manat olmaqla, cəmi 570,95 manat pul və dövlət rüsumıä kimi ödənilmiş 30 manat məbləğində pulun tutulması; tutmanın Cavabdeh qızma məxsus olan girov qoyulmuş - kolye - 1 ədəd, çəkisi- 8, əyarı-585 olan qızıl-zinət əşyalarına yönəldilməsi, bu qızıl-zinət əşyalarının hərracda satılması və onun satışından əldə olunmuş, pul vəsaiti hesabına Cavabdeh 5 Dekabr 2023-cü il tarixli, SVLMB-08415 saylı kredit müqaviləsi üzrə cəmi 570,95 manat pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun ödənilməsi; girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan 5 Dekabr 2023-cü il tarixli, SVLMB- 08415 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, Cavabdeh qızmdan tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin “Şirvan” filialı ilə Cavabdeh arasında bağlanmış 5 Dekabr 2023-cü il tarixli, SVLMB-08415 saylı kredit müqaviləsinə əsasən illik 31 % dərəcəsi olmaqla 12 ay müddətinə 500 manat məbləğində cavabdehə kredit verilmişdir. 5 Dekabr 2023-cü il tarixli, SVLMB-08415 saylı kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya) faizləri və əsas borc məbləğini tam və vaxtmda ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtmda və lazımı qaydada icra „ etməmişdir (kredit müqaviləsinin 3.1.11., 4.2. bəndi). Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Maliyyə arayışına əsasən Cavabdeh 5 Dekabr 2023- cü il tarixli, SVLMB-08415 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 500 manat, faiz borcuna görə 70,95 manat, cərimə borcuna görə 0 manat, cəmi 570,95 manat təşkil edir. 5 Dekabr 2023-cü il tarixli, SVLMB-08415 saylı kredit müqaviləsindən irəli gələtı öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh məxsus' olan qızıl-zinət əşyaları 5 Dekabr 2023-cü il tarixli, SVLMB-08415 saylı müqaviləyə əsasən banka girov qoyulmuşdur. Həmin qızıl-zinət əşyaları 5 Dekabr 2023-cü il tarixli saxlanc girovunun qiymətləndirilməsinə əsasən İddiaçı ASC-nin “Şirvan” filialına saxlanca verilmiş və aşağıdakılardan ibarətdir: Kolye - 1 ədəd, çəkisi- 8, əyarı-585; Cəmi: 8 qr. Tərəflər arasında bağlanmış 5 Dekabr 2023-cü il tarixli, SVLMB-08415 saylı kredit müqaviləsinin 4.6-cı bəndinə əsasən, “müştəri bu Müqavilə üzrə üzərinə düşən vəzifələri vaxtmda icra etmədikdə, kredit faizlərinin ödənilməsi müddətini bir dəfə pozduqda, girovsaxlayan (Bank) girova ödəniş yönəldə bilər. Tələblərinin əsası kimi istinad etdiyimiz fakt və hallar yuxanda göstərilmişdir. Onları təsdiq edən sübutların siyahısı isə iddia ərizəsinə əlavə olunan sənədlərin siyahıda da göstərildiyi kimi kredit və saxlanc girovu müqaviləsinin, ödəniş cədvəlinin, Kassa Məxaric orderinin surəti, borc haqqında arayışın əsli və iddia ərizəsinə əlavə olunan digər sənədlərdir. Bank tərəfindən cavabdehə öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı dəfələrlə şifahi və yazılı formada xəbərdarlıq edilməsinə baxmayaraq, o banka olan borcunu ödəməmişdir. Buna görə də kreditor hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Cavabdehin iddia tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. İddia ərizəsinə əlavə olunmuş: xx.xx.2023-cü il tarixli SVLMB-08415 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında sonuncuya illik 31 % dərəcəsi olmaqla 12 ay müddətinə 500 manat məbləğində cavabdehə kredit verilmişdir. İddiaçı ASC tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş maliyyə arayışdan görünür ki, Cavabdehnun banka kredit müqaviləsi üzrə 500 manat əsas, 70,95 manat faiz, cəmi 570,95 manat kredit borcu vardır. xx.xx.2023-cü il tarixli Aktdan görünür ki, bazar dəyəri 752,72 manat olan 1 ədəd 8 qramlıq 585 əyyarlı kolye qızıl əşyası girov qoyulmuşdur. Xəbərdarlıq məktublarından görünür ki, cavabdehə borclarının qaytarmalarını tələb etmiş, əks halda isə məhkəməyə müraciət ediləcəyi barədə dəfələrlə xəbərdarlıq edilmişdir. Poçt xəbərnamələrinin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, xəbərdarlıq məktublarını cavabdeh almışdır. Ödəniş tapşırığından görünür ki, İddiaçı ASC tərəfindən məhkəmədə iddia qaldırmaqdan ötrü 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib və iş materiallarını araşdırıb, iş üzrə müəyyən olunmuş halları onlara tətbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunudu ki, xx.xx.2023-cü il tarixli SVLMB-08415 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı ASC – dən illik 31 % dərəcəsi olmaqla 12 ay müddətinə 500 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh İddiaçı ASC ilə xx.xx.2023-cü il tarixli girov müqaviləsi bağlayaraq 1 ədəd 8 qramlıq 585 əyyarlı kolye qızıl əşyasını banka girov qoymuşdur. Borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırmış və nəticədə onun 500 manat əsas, 70,95 manat faiz, cəmi 570,95 manat borcu yaranmışdır. İddiaçı bank tərəfindən cavabdehə öhdəliklərinin ödənilməsi ilə bağlı dəfələrlə şifahi və yazılı formada xəbərdarlıq edilməsinə baxmayaraq, o, kreditora olan borcunu ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mövcud halda öhdəliklər tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit və girov müqavilələrindən əmələ gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iddiaçının cavabdehdən banka olan borcunun girov predmetinə yönəldilməsi hissəsində də tələbini əsaslı hesab edir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli girov müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı ASC ilə bağladığı xx.xx.2023-cü il tarixli kredit müqaviləsinin təminatı kimi ona məxsus dəyəri bazar dəyəri 752,72 manat olan 1 ədəd 8 qramlıq 585 əyyarlı kolye qızıl əşyasını girov qoymuşdur. Qeyd olunan girov müqaviləsinə əsasən girovla təmin edilən öhdəlik «kredit alan» tərəfindən icra edilmədikdə və ya lazımınca icra edilmədikdə, bankın vaxtından əvvəl tələb etmə hüququ yarandıqda, bankın girov predmetinə tutma yönəldilməsi hüququ əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 276.1-ci maddəsinə görə ipoteka predmeti olan əşyalar, habelə mülki dövriyyədən çıxarılmış əşyalar və kreditorun şəxsiyyəti ilə qırılmaz bağlı olan tələblər, o cümlədən alimentlər, həyata və ya sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər və digər şəxsə güzəşt olunması qanunla qadağan edilmiş sair hüquqlar istisna olmaqla, istənilən əşyalar və tələblər girov predmeti ola bilər. Həmin Məcəllənin 279-cu maddəsinin tələbinə əsasən girovla təmin edilən tələb əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığıüçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Həmin Məcəllənin 280.1-ci maddəsinə görə girov müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 280.3-cü maddəsinə görə bu Məcəllədə nəzərdə tutulan hallarda girov müqaviləsi notariat qaydasında təsdiqlənməli, girov hüququ isə dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 296.1-cı maddəsinin tələbinə görə girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Həmin Məcəllənin 297-ci maddəsinə əsasən girov qoyulmuş əşya ixtisaslaşdırılmış təşkilatlar tərəfindən yalnız açıq hərracdan satış yolu ilə realizə edilir (satılır). Həmin Məcəllənin 298-ci maddəsinə əsasən girov qoyulmuş əşyanın satılması nəticəsində götürülmüş məbləğdən, tutmanın həmin əşyaya yönəldilməsinə və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər tutulduqdan sonra girov saxlayanın tələbləri ödənilir, qalan məbləğ girov qoyana verilir. Əgər girov qoyulmuş əşyanın satışından götürülən məbləğ girov saxlayanın tələbini ödəmək üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əşyasından almaq hüququna malikdir. Bu halda girov saxlayanın girova əsaslanan üstünlük hüququ yoxdur. İddiaçı iddia tələbində «Girov əmlakların açıq hərracda satılaraq əldə olununa vəsaitin borcun ödənilməsinə kifayət etmədiyi halda qalan məbləğin cavabdehlərdən tutulmasını da xahiş etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Cavabdeh xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 500 manat əsas, 70,95 manat faiz, cəmi 570,95 manat borcun tutulması əsaslı hesab edilməklə təmin edildiyindən və bu məsələ qətnamənin icrası mərhələsində icra sənədinin icra vəziyyətindən asılı olaraq ümumi qaydada həll edilməli olduğundan həmin tələbin təkrar müzakirəsinə heç bir zərurət qalmır. Məhkəmə həmçinin hesab edir ki, iddia tələblərinin məhkəmədə iddianın qaldırılması ilə bağlı ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin tutulması hissəsi də təmin edilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia tələbi təmin olduğu halda isə hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində hissəsi cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizə Azərbaycan Respublikasının MPM-nin 284-3-cü maddəsinin tələblərinə uyğundur, həmin Məcəllənin 284-4-cü maddəsində qeyd olunan işi sadələşdirilmiş qaydada baxılmasının yolverilməzliyinə səbəb olan hallar yoxdur. Odur ki, Azərbaycan Respublikasının MPM-nin 23-1-ci fəslində müəyyən edilmiş kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması qanuni və əsaslıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə də nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbinin əsaslı olduğu iş materialları ilə kifayət qədər sübut edildiyindən iddia tələbi təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsi üzrə yaranmış 500 manat əsas kredit borc, 70,95 manat faiz borc, ödənilmiş dövlət rüsumunun əvəzində 30 manat olmaqla, ümumilikdə 600,95 (altı yüz manat doxsan beş qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Ödəmə xx.xx.2023-cü il tarixli Girov Müqaviləsinə əsasən girov qoyulmuş 1 ədəd 8 qramlıq 585 əyyarlı kolye qızıl əşyasına yönəldilsin, həmin qızıl-zinyət əşyası açıq hərracda satılsın, satışdan əldə edilən pul vəsaiti yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi məbləğində İddiaçı ASC-yə ödənilsin, satışdan əldə olunmuş pul vəsaitinin qalan hissəsi (tələbdən artıq məbləğ) Cavabdeh verilsin. Qətnamədən, onun surəti tərəfə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Sabirabad rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Füzuli Pənahov
Məhkəmə qərarları › İş №e-2(056)-1705/2024
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(056)-1705/2024
15.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver