Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № e-2(056)-1882/2023 06.10.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər X2 və Şirəliyeva (Məmmədova) Gülşən Qafur qızına qarşı «kredit müqaviləsi üzrə pul tələbi» barədə kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC cavabdehlər X2 və Şirəliyeva (Məmmədova) Gülşən Qafur qızına qarşı «kredit müqaviləsi üzrə pul tələbi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" KB ASC ilə X6 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 34057smsBANK/13 saylı kredit müqaviləsi üzrə 1747,13 manat əsas və 26,40 manat faiz olmaqla, cəmi 1773,53 manat məbləğində pul vəsaitinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumunun əvəzi 38,14 manat pulun X4 vərəsələri – cavabdehlər X1 və Şirəliyeva (Məmmədova) Gülşən Qafur qızından tutulub iddiaçı «Unibank” KB ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə X6 arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 36 ay müddətinə illik 34% ödəmək şərtilə 7000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə borcalan müəyyən olunmuş müddətdə istifadə etdiyi məbləği faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. X6 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. Sabirabad regional "xxxx" Mərkəzində Notariat Ofisinin məlumatına əsasən cavabdehin vərəsələri olduğu müəyyən edilmişdir. Bu isə həmin şəxslərin mərhumun hüquqi varisinin olması anlamına gəlir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar apanlmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Cavabdehlərin iddia tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib və iş materiallarını araşdırıb, iş üzrə müəyyən olunmuş halları onlara tətbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan «Unibank” KB ASC ilə X6 arasında bağlanmış xx.xx.2013-cü il tarixli Kredit Müqaviləsinin surətindən görünür ki, iddiaçı "xxxx" KB ASC ilə X6 arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 36 ay müddətinə illik 34% ödəmək şərtilə 7000 manat məbləğində kredit verilmişdir İş materiallarından görünür ki, cavabdeh kredit vəsaitindən istifadə etsə də, Kredit Müqaviləsi üzrə götürdüyü pul vəsaitini faizlə birlikdə qaytarmamaqla bununla da üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, nəticədə əsas və faiz borcu yaranmışdır. İş materiallarında olan "xxxx" KB ASC-nin təqdim etdiyi maliyyə arayışından görünür ki, xx.xx.2013-cü il tarixli Kredit Müqaviləsi üzrə cavabdehin xx.xx.2023-cü il tarixə Banka 1747,13 manat əsas və 26,40 manat faiz olmaqla, cəmi 1773,53 manat məbləğində borcu vardır. İş materiallarında olan Sabirabad rayon Ulacalı kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli AZ-İ 666951 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2014-cü il tarixdə ürək infarktı səbəbindən Sabirabad rayonu Bulduq kəndində ölmüşdür. Bu barədə xx.xx.2014-cü il tarixdə 19 saylı akt qeydi tərtib edilmişdir. İş materiallarında olan Sabirabad regional "xxxx" Mərkəzində Notariat Ofisi tərəfindən Unibank KB ASC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli 221 saylı məktubdan görünür ki, xx.xx.2014-cü ildə vəfat etmiş X3 miras qalmış əmlaka dair vərəsələri X2 və Cavabdeh2 miras əmlakdan hər birinə 1/2 hissəyə dair xx.xx.2017-ci il tarixdə 2V-278 reyestrli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında xx.xx.2013-cü il tarixli Kredit Müqaviləsi bağlanmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən həmin Müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı "xxxx" KB ASC tərəfindən öhdəliyini yerinə yetirərək, kredit müqaviləsi üzrə 7000 manat kredit verilmiş, cavabdeh X6 vəfat etmiş, onun vərəsələri cavabdehlər X5 və Şirəliyeva (Məmmədova) Gülşən Qafur qızı isə üzərinə düşən öhdəlikləri tam və lazımı qaydada yerinə yetirməyərək ödəniş cədvəlində göstərilən müddətdə və qaydada hesablanacaq faizlərlə birlikdə Banka tam qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1309-cu maddəsinə əsasən vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X6 iddiaçıdan aldığı krediti vaxtında və lazımı qaydada qaytarmamış və iddiaçı ilə bağladığı müqavilələr üzrə nəzərdə tutulmuş öhdəliyi icra etməmişdir. Bundan əlavə borclu X6 vəfat etdiyindən, həmçinin cavabdehlər X5 və Şirəliyeva (Məmmədova) Gülşən Qafur qızı onun qanun üzrə vərəsəsi olduğundan, bununla da cavabdehlər tələb olunan borcu iddiaçı təşkilata ödəməlidirlər. Məhkəmə eyni zamanda tələbin iddia qaldırılması üçün 38,14 manat ödənilmiş dövlət rüsumu əvəzinin tutulması hissəsi ilə bağlı qeyd edir ki, Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi və iddia tam təmin olunduğu üçün məhkəmə xərclərinə aid edilən ödənilmiş 38,14 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizə Azərbaycan Respublikasının MPMnin 284-3-cü maddəsinin tələblərinə uyğundur, həmin Məcəllənin 284-4-cü maddəsində qeyd olunan işi sadələşdirilmiş qaydada baxılmasının yolverilməzliyinə səbəb olan hallar yoxdur. Odur ki, Azərbaycan Respublikasının MPM-nin 23-1-ci fəslində müəyyən edilmiş kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması qanuni və əsaslıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə də nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbinin əsaslı olduğu iş materialları ilə kifayət qədər sübut edildiyindən iddia tələbi təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" KB ASC ilə X6 arasında bağlanmış xx.xx.2013-cü il tarixli Kredit Müqaviləsindən yaranmış 1747,13 manat əsas borc, 26,40 manat faiz borcu və ödənilmiş dövlət rüsumunun əvəzi 38,14 manat olmaqla, ümumilikdə 1811,67 (bir min səkkiz yüz on bir manat altmış yeddi qəpik) manat məbləğində pul vəsaiti X4 xx.xx.2017-ci il tarixdə 2V-278 reyestrli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi üzrə vərəsələri - cavabdeh X1 və Şirəliyeva (Məmmədova) Gülşən Qafur qızından tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(056)-1882/2023
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(056)-1882/2023
06.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver