Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № e-2(056)-1907/2024 07.08.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X1 Novruzəli oğlunun sədrliyi ilə, iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin - Cavabdeh qarşı «kredit müqaviləsi üzrə pul tələbi» barədə kiçik iddiaya dair işə 07 avqust 2024-cü il tarixdə sadələşdirilmiş qaydada baxaraq MÜƏYYƏN ETDİ: X2 Kredit Təşkilatı "xxxx" QSC - Cavabdeh qarşı «kredit müqaviləsi üzrə pul tələbi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh əsas borcu 529,58 AZN (beş yüz iyirmi doqquz manat 58 qəpik), faiz borcu 38,13 AZN (otuz səkkiz manat 13 qəpik), həmçinin ərizəyə görə ödənilmiş 30,40 AZN (otuz manat, 40 qəpik)dövlət rüsumunun əvəzi, ümumilikdə 598,11 AZN (beş yüz doxsan səkkiz manat 11 qəpik) borcun iddiaçı Bank Olmayan Kredit Təşkilatı ,'Embafınans’’QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, Cavabdehna 12 ay müddətinə qaytarmaq şərti ilə 1860,00 AZN (Bir min səkkiz yüz altmış manat 00 qəpik) məbləğində kredit verilmiş və bununla bağlı Bank Olmayan Kredit Təşkilatı «Embafinans” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli 648-OSS-0723-22 saylı Kredit Müqaviləsi bağlanmışdır. Kredit Müqaviləsinin 2.1.1-ci bəndinə əsasən “Borcalan” Müqaviləyə və onun əlavələrinə uyğun olaraq ödəniş məbləğlərini ödəmədikdə və ya vaxtında ödəmədikdə “Borcverən” kreditin vaxtından əvvəl tam ödənilməsini tələb edə bilər. Kredit Müqaviləsinin 2.4.5-ci bəndinə əsasən kredit məbləğinin qaytarılması Müqaviləyə uyğun olaraq aparılmadıqda və ya ödənilmədikdə “Borcalan" özünün şəxsi əmlakı hesabına borcun ödənilməsini təmin etməlidir. Hal-hazırda Kredit Müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə xx.xx.2024-cü il tarixə əsas borcu 529.58 AZN (beş yüz iyirmi doqquz manat 58 qəpik), faiz borcu 38.13 AZN (otuz səkkiz manat 13 qəpik), cərimə borcu 0.00 AZN (sıfır manat 00 qəpik), olmaqla ümumi borcu 567.71 AZN (beş yüz altmış yeddi manat 71 qəpik) təşkil edir ki, bu borcun da cavabdeh tərəfindən ödənilməsi təmin edilməlidir. Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına, tərəfimizdən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Cavabdehə 30.11,2023-cü il tarixli, 5513/23 saylı pretenziya (xəbərdarlıq) məktubu da göndərilmişdir. Göründüyü kimi cavadeh müqavilə şərtlərini pozmuş və vurduğu zərər nəticəsində Bank Olmayan Kredit Təşkilatı “Embafinans" Qapalı Səhmdar Cəmiyyətini müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. İddiaçı təşkilat Mülki Məcəllənin 385.1, 425.1, 443, 445, 448.1, 448.2, 655-657, 739.1-ci maddələrinə və Mülki Prosessual Məcəlləsinin 35.1, 216-220-ci maddələrinə əsaslanaraq iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdehin iddia tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib və iş materiallarını araşdırıb, iş üzrə müəyyən olunmuş halları onlara tətbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək, belə hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 648-OSS-0723-22 saylı Kredit Müqaviləsinin surətindən görünür ki, Cavabdeh 12 ay müddətinə qaytarılmaq şərti ilə 1860 AZN məbləğində kredit verilmişdir. İş materiallarından görünür ki, cavabdeh kredit vəsaitindən istifadə etsə də, Kredit Müqaviləsi üzrə götürdüyü pul vəsaitini qaytarmamaqla bununla da üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, nəticədə borc yaranmışdır. İş materiallarından görünür ki, bank tərəfindən borcluya pretenziya məktubları göndərilmişdir. İş materiallarında olan Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin təqdim etdiyi xx.xx.2024cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixli, 648-OSS-0723-22 saylı Kredit Müqaviləsi üzrə cavabdehin xx.xx.2024-cü il tarixə əsas borcu 529.58 AZN (beş yüz iyirmi doqquz manat 58 qəpik), faiz borcu 38.13 AZN (otuz səkkiz manat 13 qəpik), cərimə borcu 0.00 AZN (sıfır manat 00 qəpik), olmaqla ümumi borcu 567.71 AZN (beş yüz altmış yeddi manat 71 qəpik) manat məbləğində borcu vardır. Məhkəmə hesab edir ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli, 648-OSS-0723-22 saylı Kredit Müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin Müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı BOKT "xxxx" QSC tərəfindən öhdəliyini yerinə yetirərək, kredit müqaviləsi üzrə 1860 AZN kredit məbləğini cavabdehə vermiş, Cavabdeh isə üzərinə düşən öhdəlikləri tam və lazımı qaydada yerinə yetirməyərək qəbul etdiyi krediti müqavilədə və ödəniş cədvəlində göstərilən müddətdə və qaydada kredit təşkilatına tam qaytarmamışdır. Kredit Müqaviləsi üzrə öhdəliyini icra etmədiyinə görə borcluya qanunla müəyyən edilmiş qaydada pretenziya (öhdəliyin icra etməməsi üçün məhkəməyə müraciət olunacağı barədə) məktubu göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçıdan aldığı krediti vaxtında və lazımı qaydada qaytarmamış və iddiaçı ilə bağladığı müqavilələr üzrə nəzərdə tutulmuş öhdəliyi icra etməmişdir və bununla da cavabdeh tələb olunan borcunu, həmçinin ona hesablanmış faiz və cərimə məbləğlərini iddiaçı təşkilata ödəməlidir. Məhkəmə eyni zamanda tələbin iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat pul vəsaitinin tutulması hissəsi ilə bağlı qeyd edir ki, Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün və iddia tam təmin olunduğu halda məhkəmə xərclərinə aid edilən ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 648-OSS-0723-22 saylı Kredit Müqaviləsindən yaranmış əsas borcu 529,58 AZN (beş yüz iyirmi doqquz manat 58 qəpik), faiz borcu 38,13 AZN (otuz səkkiz manat 13 qəpik), həmçinin ərizəyə görə ödənilmiş 30,40 AZN (otuz manat, 40 qəpik)dövlət rüsumunun əvəzi, ümumilikdə 598,11 AZN (beş yüz doxsan səkkiz manat 11 qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh tutulub Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən 1 (bir) ay müddətinə Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Füzuli Pənahov
Məhkəmə qərarları › İş №e-2(056)-1907/2024
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(056)-1907/2024
07.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver