Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № e-2(056)-1920/2023 10.10.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ X1 Allahverdiyevin sədrliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «kredit müqaviləsi üzrə pul tələbi» barədə kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «kredit müqaviləsi üzrə pul tələbi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli İK İK-252846/22 nömrəli kredit müqaviləsinə əsasən Banka borclu olduğu 3494,47 manat məbləğində əsas borc, 311,34 manat məbləğində faiz borcu, 312,87 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 4118,68 manat pul məbləğinin, həmçinin "xxxx" Açıq Səhmdar Cəmiyyəti ile Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli İK-3569/22 nömrəli kredit müqaviləsinə əsasən Banka borclu olduğu 341,97 manat məbləğində əsas borc, 31,72 manat məbləğində faiz borcu, 134,54 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 508,23 manat pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 66,27 manat dövlət rüsumunun Cavabdeh1 tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Bank ilə Cavabdeh1 xx.xx.2022-cı il tarixli İK İK- 252846/22 saylı kredit müqaviləsi bağlanılmış və illik 20,5 faiz hesablanması, şərti ilə 36 ay müddətinə 3567 manat məbləğində kredit ona verilmişdir. Həmçinin Bankla Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli İK-3569/22 saylı Kredit Müqaviləsi bağlanılmış və illik 20 faiz hesablanması şərti ilə 12 ay müddətinə 2000 manat məbləğində kredit ona verilmişdir. Bundan əlavə digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ilə kredit öhdəliklərinin təminatı kimi bankla aralarında zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu Cavabdeh1 öz üzərinə götürdüyü kredit öhdəliklərini icra etməmiş və nəticədə cavabdehin Banka xx.xx.2022-ci il tarixli İK İK-252846/22 saylı kredit müqaviləsi üzrə ümumilikdə 4118,68 manat məbləğində borcu, eləcə xx.xx.2022-ci il tarixli İK-3569/22 saylı kredit müqaviləsi üzrə ümumilikdə 508,23 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqavilələrin tələbinə əsasən bu müqavilələr ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək “Kredit alan”ın vəzifəsidir. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə tərəflərindən Cavabdeh1 dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da qeyd olunan müqavilələrin şərtləri onun tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Cavabdehlərin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan “Turanbank" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli İK İK- 252846/22 saylı kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 illik 20,5 faiz hesablanması şərti ilə 36 ay müddətinə 3567 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan “Turanbank" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli İK- 3569/22 saylı kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 illik 20 faiz hesablanması şərti ilə 12 ay müddətinə 2000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı ASC-nin təqdim etdiyi xx.xx.2023-cü il tarixli arayışlardan görünür ki, xx.xx.2022-ci il tarixli İK İK-252846/22 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə cavabdehin Banka 3494,47 manat məbləğində əsas borc, 311,34 manat məbləğində faiz borcu, 312,87 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 4118,68 manat məbləğində borc vardır. İş materiallarında olan İddiaçı ASC-nin təqdim etdiyi xx.xx.2023-cü il tarixli arayışlardan görünür ki, xx.xx.2022-ci il tarixli İK-3569/22 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə cavabdehin Banka 341,97 manat məbləğində əsas borc, 31,72 manat məbləğində faiz borcu, 134,54 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 508,23 manat məbləğində borc vardır. İş materiallarında olan zaminlik müqavilələrinin surətindən görünür ki, Cavabdeh2 və Cavabdeh3 ilə bank arasında zaminlik müqaviləsi bağlanmış və onlar Cavabdeh1 götürdüyü öhdəlik üzrə məsuliyyəti öz üzərilərinə götürmüşlər. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit və zaminlik müqavilələri bağlanılmış, həmin müqavilələrə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdehlər isə üzərinə düşən öhdəlikləri lazımı qaydada yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında kredit müqavilələri bağlanmaqla Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən həmin Müqavilələrdən irəli gələn öhdəlik yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 462.3-cü maddəsinə görə müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Həmin Məcəllənin 465.2ci maddəsinə görə əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçıdan aldığı krediti vaxtında və lazımı qaydada qaytarmamış və iddiaçı ilə bağladığı müqavilələr üzrə nəzərdə tutulmuş öhdəliyi icra etməmişdir və bununla da cavabdeh tələb olunan əsas, faiz və cərimə borcunu ödəməlidir. Eyni zamanda məhkəmə digər Cavabdeh2 və Cavabdeh3nun hazırkı iddia tələbinə cavabdehliyi ilə bağlı qeyd edir ki, cavabdehlərdən Cavabdeh1 iddiaçıdan aldığı krediti faizlərlə birlikdə vaxtında və lazımı qaydada qaytarmadığı üçün, eyni zamanda zamin Cavabdeh2 və Cavabdeh3 öhdəlik götürməsinə baxmayaraq, zaminlik müqaviləsindən irəli gələn öhdəlikləri tam və lazımı qaydada yerinə yetirmədiyi üçün borc məbləği cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Azərbaycan Respublikasının Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə həmçinin tələbin iddia qaldırılması üçün 66,27 manat ödənilmiş dövlət rüsumu əvəzinin tutulması hissəsi ilə bağlı qeyd edir ki, Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi və iddianın tam təmin olunduğu nəzərə alınaraq məhkəmə xərclərinə aid edilən ödənilmiş 66,27 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizə Azərbaycan Respublikası MPM-nin 284-3-cü maddəsinin tələblərinə uyğundur, həmin Məcəllənin 284-4-cü maddəsində qeyd olunan işi sadələşdirilmiş qaydada baxılmasının yolverilməzliyinə səbəb olan hallar yoxdur. Odur ki, Azərbaycan Respublikasının MPM-nin 23-1-ci fəslində müəyyən edilmiş kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması qanuni və əsaslıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə də nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 ilə Turanbank ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli İK İK-252846/22 saylı kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarix üçün yaranmış 3494,47 manat məbləğində əsas borc, 311,34 manat məbləğində faiz borcu, 312,87 manat məbləğində cərimə, cəmi 4118,68 manat, Cavabdeh1 ilə Turanbank ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli İK-3569/22 saylı kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarix üçün yaranmış 341,97 manat məbləğində əsas borc, 31,72 manat məbləğində faiz borcu, 134,54 manat məbləğində cərimə, cəmi 508,23 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 66,27 manat olmaqla, ümumilikdə isə 4693,18 (dörd min altı yüz doxsan üç manat on səkkiz qəpik) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(056)-1920/2023
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(056)-1920/2023
10.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver