Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № e-2(056)-199/2024 27.02.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X3 Novruzəli oğlunun sədrliyi, Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi ilə, İddiaçı QSC-nin – cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı «nisyə alqı-satqı müqaviləsinin ləğvi, əmlakın boşaldılması və təhvil verilməsi tələbi» barədə iddiası üzrə mülki işə xx.xx.2024-cü il tarixdə Sabirabad şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı QSC - cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı «nisyə alqısatqı müqaviləsinin ləğvi, əmlakın boşaldılması və təhvil verilməsi tələbi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanmış xx.xx.2021ci il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən 91,30 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evindən Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 çıxarılması, əmlakın boşaldılması və əmlakı mülkiyyətçi İddiaçı QSC-yə təhvil verilməsi və iddianın verilməsi üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə "xxxx" QSC arasında xx.xx.2021-ci il tarixində AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Nisyə alqı-satqı müqaviləsinə əsasən satıcı "xxxx" QSC tərəfindən mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 91,30 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evini alıcı Cavabdeh1 28000 manat qiymətinə satılması razılaşdırılmışdır. Tərəflər arasında imzalanmış xx.xx.2021-ci il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 5-ci bəndinə əsasən alıcı Cavabdeh1 ilkin olaraq 2500 manat məbləğində pulu satıcı "xxxx" QSC-yə notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəmişdir. Alıcı Cavabdeh1 qalan 25500 manat məbləği isə 36 ay müddətinə hər 6 ayda bir dəfə 2500 manat olmaqla 5 dəfə, qalan 13000 manatı isə bir dəfəyə notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəməyi öhdəsinə götürmüşdür. Lakin alıcı qalan məbləğlər ödənilməmişdir. Lakin Cavabdeh1 nisyə alqı-satqı müqaviləsinin şərtini pozaraq müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, ödəməli olduğu məbləgi Banka ödəməmişdir. Bununla da, Cavabdeh1 nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliyi Bank tərəfindən xəbərdar edilməsinə baxmayaraq pozmaqda davam etmişdir. Tərəflər arasında imzalanmış xx.xx.2021-ci il tarixli AN-İ ******* saylı daşınmaz amlakın alqı-satqı müqaviləsinin 19-cu bəndinə əsasən, müqavilanin ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir. Cavabdeh1 xx.xx.2023-cü il tarixində xəbərdarlıq məktubu göndərilmişdir. Məktubda qeyd edilmişdir ki, öhdəliyi icra etmədiyi təqdirdə nisyə alqısatqı müqaviləsinin ləgvi və əmlakın boşaldılaraq banka təhvil verilməsi barədə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İddiaçı QSC-nin etibarnamə üzrə nümayəndəsi X1 məhkəməyə “Elektron Məhkəmə” sistemi vasitəsilə ərizə ilə müraciət edib məhkəmə iclasının təmsil etdiyi təşkilatın nümayəndəsinin iştirakı olmadan keçirilib iddia tələblərinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən məhkəmə iclasının tərəflərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan ƏMDK yanında DƏDRX-in Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş Çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 91,30 kv.m fərdi yaşayış evi xx.xx.2017-ci il tarixdə AccessBank QSC-nin adına ********** qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət kimi qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş Bakı səhəri 53 saylı notariat ofisinin xüsusi notariusu S.R.Ələkbərova tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixdə bağlanmış və 1S- 18770 saylı reyestrlə təsdiq edilmiş AN-İ ******* saylı alğı-satqı müqaviləsinə əsasən İddiaçı QSC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 91,30 kv.m fərdi yaşayış evinin ilkin olaraq 2500 manat, qalan 25500 manat məbləği isə 6 aydan bir 2500 manat olmaqla 5 dəfəyə, qalan 13000 manatı isə 1 dəfəyə ödəmək şərti ilə cəmi 28000 manata Cavabdeh1 satmışdır. Məhkəmə iclasında işin araşdırılmış halları ilə və təqdim edilmiş sübutlarla müəyyən olunmuşdur ki, 2021-ci ilin dekabr ayının birinci yarısında İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən İddiaçı QSC mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 91,30 kv.m fərdi yaşayış evinin ilkin olaraq 2500 manat, qalan 25500 manat məbləği isə hər 6 aydan bir 2500 manat olmaqla 5 dəfəyə, qalan 13000 manatı isə bir dəfəyə ödəmək şərti ilə cəmi 28000 manata Cavabdeh1 təhvil vermiş, lakin uzun müddət keçməsinə baxmayaraq, cavabdeh aldığı fərdi yaşayış evinin borclu qaldığı pul vəsaitini satıcıya ödəməkdən yayınmışdır. Buna görə də iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı iddia tələbini müdafiə edir, cavabdehlər isə məhkəmə iclasına gəlməmiş, iddia tələbinə dair öz etiraz və mülahizəsini bildirməmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları bir-biri ilə müqaisəli təhlil etməklə, hər bir sübutu öz mənbəyinə, mənsubiyyətinə və mötəbərliyinə görə qiymətləndirməklə iddiaçının tələbini işin faktiki hallarına uyğun gəldiyi üçün əsaslı hesab edir. Hazırkı mübahisədən görünür ki, Cavabdeh1 İddiaçı QSC-dən nisyə aldığı ünvan 1 ünvanında yerləşən 91,30 kv.m fərdi yaşayış evinin qalıq qalmış dəyəri olan pul vəsaitini iddiaçıya ödəməli olduğu halda, həmin vəsaiti iddiaçıya ödəməklə əlaqədar üzərinə götürdüyü öhdəliyi icra etməkdən yayınmışdır. Sözügedən müqavilənin mahiyyəti və onların əsasında cavabdehin daşımalı olduğu məsuliyyətin həcmi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göstərilənlərə əsasən məhkəmə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin ödənişin hissə-hissə ödənilməsi şərti ilə bağlandığı müqavilələr (kreditlə alqı-satqı) olaraq təfsir edir və cavabdehin həmin müqavilə əsasında yaranmış öhdəliyini bu konteksdə müəyyənləşdirir. Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445-ci madd. əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göründüyü kimi tərəflər arasındakı münasibət notarial qaydada bağlanmış alqı-satqı müqaviləsindən əmələ gəlmişdir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Tərəflər arasında bağlanmış müqavilədən görünür ki, borcalan fərdi yaşayış evinin qalıq qalmış pul məbləği hissəini tam ödəməli idi. Lakin borcalan Cavabdeh1 üzərinə götürmüş olduğu öhdəliyi icra etməmiş və buna görə də iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.iMüqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Az. Resp. Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcələnin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcələnin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Az. Resp. MM-nin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz». Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Sadalanan qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 İddiaçı QSC-dən alqı-satqı müqaviləsi üzrə nisyə şəkildə aldığı fərdi yaşayış evinin dəyərini hər 6 aydan bir 2500 manat 5 dəfəyə, 13000 manatını isə bir dəfəyə ödəmək öhdəliyinin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini tam icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, İddiaçı QSC həmin müqavilənin ləğv edilməsini, mülkiyyətində olan əmlakın cavabdehlər tərəfindən boşaldılmasını və ona təhvil verilməsini tələb etməsi tam əsaslıdır. Məhkəmə həmçinin tələbin iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumu əvəzi olan 100 manat pulun cavabdehlərdən tutulması hissəsi ilə bağlı qeyd edir ki, aşağıdakılara əsasən iddia tələbləri həmin hissədə də əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı təşkilat məhkəmədə iddia qaldırılması üçün 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, hazırkı iddia tam təmin olunduğundan, məhkəmə xərclərinə aid edilən ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlərdən tutulub iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nın 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 ilə İddiaçı QSC-nin arasında bağlanmış xx.xx.2021-ci il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsi ləğv edilsin; Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış əsasında İddiaçı QSC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 91,30 kv.m fərdi yaşayış evindən çıxarılması və fərdi yaşayış evinin iddiaçıya qaytarılması vəzifəsi cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 üzərinə qoyulsun. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 ödənilmiş dövlət rüsumunun əvəzində 100 manat pul vəsaiti müştərək qaydada alınaraq İddiaçı QSC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Füzuli Pənahov
Məhkəmə qərarları › İş №e-2(056)-199/2024
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(056)-199/2024
27.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver