Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № e-2(056)-200/2024 16.01.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X3 Bağırovun sədrliyi ilə Rəşad Akif oğlu Rüstəmovun katibliyi ilə, İddiaçı - Cavabdeh qarşı «pul tələbi» barədə iddiası üzrə mülki işə xx.xx.2024-cü il tarixdə Sabirabad rayonunda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qarşı «borc tələbi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli Kredit Müqaviləsindən yaranmış 15000 (on beş min) manat məbləğində pul vəsaitinin və məhkəməyə iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumunun əvəzi 135 manat pulun Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh onun tanışdır. Cavabdeh 2023-cü ilin mart ayında ona müraciət edərək 15000 manat məbləğində borc pul lazım olduğunu bildirmiş və pulu bir ay müddətində qaytaracağına söz vermişdir. O, Sumqayıt şəhər 4 saylı notariat ofisində xx.xx.2023-cü il tarixdə cavabdehlə kredit müqaviləsi bağlamaqla cavabdehə 15000 manat məbləğində pul vermişdir. Həmin müqavilənin 2-si bəndinə əsasən cavabdeh bu pulu xx.xx.2023-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Lakin, bir aydan sonra cavabdeh həmin pulu ona qaytarmamışdır. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılması xahiş olunur. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilib, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsaslanaraq, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış və Sumqayıt şəhər 4 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli Kredit Müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən İddiaçı 15000 manat məbləğində pul vəsaitini xx.xx.2023-cü il tarixədək qaytarmaq şərtilə borc formasında Cavabdeh borc vermişdir. Məhkəmə iclasında iş materialları ilə müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli Kredit Müqaviləsinə əsasən tərəflər arasında yaranmış öhdəliklərdən İddiaçı özünə aid olan hissəsini yerinə yetirilərək, müqavilənin predmeti olan 15000 manat pul vəsaitini xx.xx.2023-cü il tarixədək qaytarılması şərtilə Cavabdeh borc vermiş, cavabdeh isə üzərində olan 15000 manat borc pul məbləğini razılaşdırılmış müddətdə (xx.xx.2023-cü il tarixədək) iddiaçıya qaytarmalı olduğu halda, bu günədək aldığı borcdan heç bir ödəniş etməmiş və bununla da üzərinə düşən öhdəliklərinin tam həcmdə yerinə yetirməsindən yayınmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə Mülki Məcəllənin 386-cı maddəsinə əsaslanaraq hesab edir ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli Kredit Müqaviləsi bağlanmaqla tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri yaranmışdır. Mülki Məcəllənin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan Məcəllənin 448.1 maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin faktiki hallarına qiymət verib və yuxarıda istinad olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı aldığı 15000 manat borc vəsaitini razılaşdırılmış müddətdə (xx.xx.2023-cü il tarixədək) tam həcmdə qaytarmadığı üçün, borc müqaviləsindən irəli gələn öhdəliyi tam olaraq yerinə yetirməmiş, yəni cavabdehin 15000 manat ödənilməmiş qalıq borcu qalmışdır. Ona görə də, 15000 manat məbləğində borc Cavabdeh tutulub İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə həmçinin MPM-nin 119.1-ci maddəsinə əsaslanaraq hesab edir ki, iddia tələbinin məhkəmədə iddia qaldırılması üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi 135 manat pul cavabdehdən tutulması hissəsi də əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzi ilə müəyyən olunur ki, iddiaçı 135 manat dövlət rüsumu ödəmişdir. Göstərilənləri nəzərə alaraq və Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli Kredit Müqaviləsindən yaranmış 15000 (on beş min) manat pul vəsaiti və iddianın məhkəməyə verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumunun əvəzi 135 (bir yüz otuz beş) AZN Cavabdeh tutulub İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nurəddin Bağırov
Məhkəmə qərarları › İş №e-2(056)-200/2024
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(056)-200/2024
16.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver