Məhkəmə qərarları › İş №e-2(056)-2114/2023

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(056)-2114/2023

03.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № e-2(056)-2114/2023 03.11.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ X12 Allahverdiyevin sədrliyi, Məhkəmə iclasının katibi Mətin Azər oğlu Quliyevin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin artırılması» tələbinə dair iddiası üzrə mülki işə Sabirabad Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin artırılması» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, himayəsində olan xx.xx.2012-ci ildə anadan olmuş X5, xx.xx.2013cü ildə anadan olmuş X2, xx.xx.2014-cü ildə anadan olmuş X3 və xx.xx.2017-ci ildə anadan olmuş X4 xeyrinə Sabirabad rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(056)-1688/2018 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək Cavabdeh hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 880 manat sabit pul məbləğində alimentin və ödənilmiş dövlət rüsumu, həmçinin mediasiya xidməti haqqının alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, Cavabdeh himayəsində olan xx.xx.2012-ci ildə anadan olmuş X9, xx.xx.2013-cü ildə anadan olmuş X6, xx.xx.2014-cü ildə anadan olmuş X7 və xx.xx.2017-ci ildə anadan olmuş X8 adlı uşaqların saxlanması ücün hər ay hər uşaq üçün 80 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi barədə Sabirabad Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(056)-1688/2018 saylı qətnaməsi qəbul edilmişdir. Lakin alimentin tutulması qət edildiyi zamandan 6 ilə yaxın müddət keçmişdir ki, bu müddətdə uşaqlar böyümüş və onların tələbatları da artmışdır. Hazırda qət edilmiş məbləğlə uşaqlarının tələbatlarını qarşılaya bilmir. Uşaqların maddi tələbatları artmışdır. Uşaqlar üçün zəruri olan istehlak malların qiyməti dəfələrlə artmışdır. Cavabdehin yaşayış minimumdan dəfələrlə çox miqdarda aliment ödəməyə imkanı vardır. Belə ki, cavabdehin ferması, balıq gölü və cücə sexi vardır. Təkcə fermasında 100 başdan çox heyvan vardır. Özünün uşaqlarından biri İ qrup əlildir. Digər uşaqlar isə məktəblidir. Uşaqlarının mövcud vəziyyətinə görə özü işləmək imkanında deyildir. Həmçinin kirayədə yaşayır. Beləliklə o, məhkəmədən iddia tələbinin tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarından görünür ki, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(056)-1688/2018 saylı qətnaməsi ilə xx.xx.2012-ci ildə anadan olmuş X9, xx.xx.2013-cü ildə anadan olmuş X6, xx.xx.2014-cü ildə anadan olmuş X7 və xx.xx.2017-ci ildə anadan olmuş X8 adlı uşaqların yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşaq üçün Cavabdeh 80 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 X17 Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən İddiaçı verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı 4 azyaşlı övldı ilə birlikdə ünvan 1 ünvanında müvəqqəti kirayədə qeydiyyatsız yaşayır. xx.xx.2023-cü il tarixli mənzillərin, evlərin (bağların) müvəqqəti istifadəyə verilməsi müqaviləsindən (kirayə müqaviləsi) görünür ki, X1 şəhəri, Xaqani küçəsi, ev 88, mənzil 61 ünvanını xx.xx.2026-cı il tarixinədək aylıq 200 manat müqabilində İddiaçı kirayəyə vermişdir. İş materiallarına həmçinin “mirzeyevelesger” istifadəçi adlı Tik-tok sosial şəbəkəsindən cüc satışının həyata keçirilməsini, avtomobil idarə edilməsini, balıq gölü ətrafını, ikimərtəbəli, geniş sahəni əhatə edən villa qarşısında görüntünü özündə əks etdirən fotoşəkillər əlavə edilmiş, məhkəmə qey edilən sübutları tədqiq etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Həmin Məcəllənin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Qanuna əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd olunan normalar kontekstində iddia tələbinə münasibətdə qeyd edir ki, işdən də göründüyü kimi, azyaşlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə aliment tutulması barədə məhkəmə qətnaməsinin qəbul edilməsindən artıq 5 ilə yaxın vaxt keçmişdir. Bu müddətdə ölkə ərazisində həm iqtisadi artım, həm inkişaf səviyyəsi, həm gündəlik, həm də vaxtaşırı tələbatların qiymətlərində artım baş vermişdir ki, 5 il bundan əvvəl müəyyən edilmiş aliment məbləği ilə hazırki vaxtda azyaşlıların artan tələbatlarının ödənməsi qeyri-mümkündür. Belə olan halda Sabirabad Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(056)-1688/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin dəyişdirilməsi zərurəti yaranmışdır. Bununla yanaşı, məhkəmə onu da qeyd edir ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği dəyişdirilərkən (artırılarkən) azyaşlı uşaqları saxlamağın hər iki valideynin borcu olması halı nəzərə alınmalı, bu xüsusda iddia tələbi qismən təmin edilməli, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(056)-1688/2018 saylı qətnaməsi əsasında Cavabdeh hər ay sabit pul məbləğində tutulan alimentin həcmi artırılaraq xx.xx.2012-ci ildə anadan olmuş X9, xx.xx.2013-cü ildə anadan olmuş X6, xx.xx.2014-cü ildə anadan olmuş X7 və xx.xx.2017-ci ildə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə hazırki qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hesablanmaqla hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı alimentin artırılması tələbi ilə yanaşı, mediasiya xidməti haqqının əvəzinin alınaraq ona verilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin üzərində olan aliment öhdəliyi məhkəmə tərəfindən artırıldığından və cavabdehin öhdəliyinin artması səbəbindən iddia tələbi həmin hissədə əsassızdır və təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2012-ci ildə anadan olmuş X9, xx.xx.2013-cü ildə anadan olmuş X6, xx.xx.2014-cü ildə anadan olmuş X7 və xx.xx.2017-ci ildə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Sabirabad Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(056)-1688/2018 saylı qətnaməsi əsasında Cavabdeh hər ay tutulmalı olan alimentin həcmi artırılaraq hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində müəyyən edilsin. xx.xx.2012-ci ildə anadan olmuş X9, xx.xx.2013-cü ildə anadan olmuş X6, xx.xx.2014-cü ildə anadan olmuş X7 və xx.xx.2017-ci ildə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada alındığı gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar