Məhkəmə qərarları › İş №e-2(056)-213/2025

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(056)-213/2025

03.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № e-2(056)-213/2025 03.03.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, X2 oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «borcun tutulması» tələbi barədə mülki işə Sabirabad rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «borcun tutulması» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə xx.xx.2023-cü il tarixdə bağlanmış 055A********** saylı müqaviləyə əsasən 4448,79 manat məbləğində kredit borcu, 374,23 manat məbləğində faiz borcu və 66,02 manat cərimə borcu, xx.xx.2023-cü il tarixdə bağlanmış 055A********** saylı müqaviləyə əsasən 3017,91 manat məbləğində kredit borcu, 257,46 manat məbləğində faiz borcu və 56,98 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 8221,39 manat məbləğində borcun və tərəflərindən ödənilmiş 102,23 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Cavabdeh2 İddiaçı QSC ilə xx.xx.2023-cü il tarixdə bağlanmış 055A********** saylı ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümnumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən, Cavabdeh2 aylıq faiz dərəcəsi 1,5833% olmaqla 35 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2024-cü il tarixli, 055A**********S saylı sazişlə müqaviləyə və ödəniş planına dəyişiklik edilmişdir. O, xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 5551,21 manat ödəniş etmiş və onun iddiaçıya 4448,79 manat məbləğində kredit borcu qalmışdır. O, kredit borcunu və faiz borcunu kreditora qaytarmadığı üçün Müqavilənin 7.6, 7.9 və 7.11-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixə 134 gün üçün hesablanmış faiz borcu 374,23 manat təşkil edir. Müqavilənin 7.20-ci bəndinə uyğun olaraq borclu krediti və faizi vaxtında banka qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1% məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 134 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 66,02 manat təşkil edir. Bundan başqa, Cavabdeh2 İddiaçı QSC ilə xx.xx.2023cü il tarixdə bağlanmış 055A********** saylı ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümnumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən, Cavabdeh2 aylıq faiz dərəcəsi 1,4583% olmaqla 24 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3700 manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2024-cü il tarixli, 055A**********S saylı sazişlə müqaviləyə və ödəniş planına dəyişiklik edilmişdir. O, xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 682,09 manat ödəniş etmiş və onun iddiaçıya 3017,91 manat məbləğində kredit borcu qalmışdır. O, kredit borcunu və faiz borcunu kreditora qaytarmadığı üçün Müqavilənin 7.6, 7.9 və 7.11-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixə 160 gün üçün hesablanmış faiz borcu 257,46 manat təşkil edir. Müqavilənin 7.20-ci bəndinə uyğun olaraq borclu krediti və faizi vaxtında banka qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1% məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 160 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 56,98 manat təşkil edir. Qeyd edilən kredit müqavilələrinin təmninatı olaraq Cavabdeh1 ilə İddiaçı QSC arasında müvafiq olaraq xx.xx.2024-cü il tarixli, 055G**********01 saylı və 055G**********01 saylı zaminlik müqavilələri bağlanmış və zamin əsas borclu ilə birgə kreditlərin ödənilməsi ilə bağlı üzərinə öhdəlik götürmüşdür. İddiaçı «Accessbank” QSC-nin nümayəndəsi X1 məhkəməyə ərizə ilə müraciət edərək iddia tələbini müdafiə etdiklərini və məhkəmə iclasının onların iştirakı olmadan keçirilib iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 bildirdi ki, o, iddiaçı ilə bağlanmış kredit müqavilələri üzrə zaminlik müqaviləsi bağlamaqla borcun qaytarılması ilə bağlı üzərinə öhdəlik götürülmüşdür. Əsas borclu Xalid onun qohumudur. İşdən çıxarıldığı üçün Xalid ödənişləri həyata keçirmək imkanından məhrum oldu. Onun da ödəniş etəməy imkanı olmadı. Artıq Xalid işə düzəlmişdir və bundan sonra banka ödənişlər etməyə başlayacaqdır. Hazırda onun iddianın təmin edilməsinə etirazı yoxdur. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələblərinə istinad edərək, işə məhkəmə iclasına gəlməmiş cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddia ərizəsini nəzərdən keçirib, Cavabdeh1 izahatını dinləyib və iş materiallarını araşdırıb, iş üzrə müəyyən olunmuş halları onlara tətbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh2 arasında xx.xx.2023-cü il tarixdə bağlanmış 055A********** saylı ərizədən görünür ki, Cavabdeh2 Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən, Cavabdeh2 aylıq faiz dərəcəsi 1,5833% olmaqla 35 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2024cü il tarixli, 055A**********S saylı sazişlə müqaviləyə və ödəniş planına dəyişiklik edilmişdir. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh2 arasında xx.xx.2023-cü il tarixdə bağlanmış 055A********** saylı ərizədən görünür ki, Cavabdeh2 Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən, Cavabdeh2 aylıq faiz dərəcəsi 1,4583% olmaqla 24 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3700 manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2024-cü il tarixli, 055A**********S saylı sazişlə müqaviləyə və ödəniş planına dəyişiklik edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 055G**********01 saylı və 055G**********01 saylı zaminlik müqavilələrindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh2 arasında xx.xx.2023-cü il tarixdə bağlanmış 055A********** saylı və xx.xx.2023-cü il tarixdə bağlanmış 055A********** saylı müqavilələr üzrə öhdəliklərin təminatı olaraq İddiaçı QSC ilə Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan İddiaçı QSC-nin təqdim etdiyi xx.xx.2024-cü il tarixli maliyyə arayışlarından görünür ki, xx.xx.2023-cü il tarixli, 055A********** saylı kredit razılaşması üzrə Cavabdeh2 4448,79 manat əsas, 374,23 manat faiz, 66,02 manat cərimə borcu olmaqla, cəmi 4889,04 manat, xx.xx.2023-cü il tarixli, 055A********** saylı kredit razılaşması üzrə 3017,91 manat əsas, 257,46 manat faiz, 56,98 manat cərimə borcu olmaqla, cəmi 3332,35 manat borcu yaranmışdır. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı QSC ilə Cavabdeh2 arasında qanunla müəyyən edilmiş qaydada kredit razılaşmaları bağlanılmış, həmin müqavilələrə əsasən tərəflər arasında öhdəliklər yaranmış, İddiaçı QSC tərəfindən öhdəliyi yerinə yetirilərək cavabdehə kreditlər verilmiş, Cavabdeh2 isə üzərinə düşən öhdəlikləri tam və lazımı qaydada yerinə yetirməyərək qəbul etdiyi kreditləri müqavilələrdə və ödəniş cədvəllərində göstərilən müddətdə və qaydada hesablanacaq faizlərlə birlikdə Banka qaytarmamışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında kredit razılaşmaları bağlanmaqla Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən həmin Müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 462.3-cü maddəsinə görə müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 iddiaçıdan aldığı kreditləri vaxtında və lazımı qaydada qaytarmadığı və müqavilələr üzrə nəzərdə tutulmuş öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün tələb olunan əsas, faiz və cərimə borclarını iddiaçı təşkilata ödəməlidir. Eyni zamanda məhkəmə digər Cavabdeh1 hazırkı iddia tələbinə cavabdehliyi ilə bağlı qeyd edir ki, cavabdehlərdən Cavabdeh2 iddiaçıdan aldığı kreditləri faizlərlə birlikdə vaxtında və lazımı qaydada qaytarmadığı üçün, eyni zamanda zamin Cavabdeh1 həmin müqavilələr üzrə öhdəliyin vaxtında və lazımi qaydada icra edilməsi ilə əlaqədar bank qarşısında üzərinə öhdəlik götürdüyü üçün borc məbləğləri cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Azərbaycan Respublikasının Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə həmçinin tələbin iddia qaldırılması üçün 102,23 dövlət rüsumunun əvəzinin tutulması hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün iddianın tam təmin olunması nəzərə alınaraq, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 102,23 manat cavabdehlərdən tutulub iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinın 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2023-cü il tarixdə bağlanmış 055A********** saylı müqaviləyə əsasən 4448,79 manat məbləğində kredit borcu, 374,23 manat məbləğində faiz borcu və 66,02 manat cərimə borcu, xx.xx.2023-cü il tarixdə bağlanmış 055A********** saylı müqaviləyə əsasən 3017,91 manat məbləğində kredit borcu, 257,46 manat məbləğində faiz borcu və 56,98 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 8221,39 manat məbləğində borc pul vəsaiti və ödənilmiş 102,23 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı QSC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar