Məhkəmə qərarları › İş №e-2(056)-2130/2025

Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №e-2(056)-2130/2025

05.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № e-2(056)-2130/2025 05.08.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakimi İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi ilə İddiaçı LPO "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” barədə iddia ərizəsi üzrə mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı LPO "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 1043,22 ABŞ dolları əsas, 302,51 ABŞ dolları faiz, 2822,97 ABŞ dolları cərimə borcu, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsininxx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 145,18 ABŞ dolları faiz borcu olmaqla ümumilikdə 4313,88 ABŞ dolları borc pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 93,34 manat dövlət rüsumunun alınaraq iddiaçı LPO İddiaçı ASC-nın xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. İddiaçı LPO İddiaçı ASC-nin numayəndəsi Anar Cabbarov məhkəməyə elektron qaydada ərizə göndərərək iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin, həmçinin, ödənilmiş dövlət rüsumunun geri qaytarılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddaçının ərizəsini nəzərdən keçirərək hesab edir ki, vəsatət təmin olunmalı, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər hazırlıq iclasından iddiaçıya geri qaytarılmalı, həmçinin, iddiaçı tərəfindən “ASAN ödəniş” sistemi vasitəsilə 142211 təsnifat koduna, **********80 saylı qəbz əsasında ödənilmiş 93,34 manat dövlət rüsumu ona geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. Həmin Məcəllənin 170.3-ci maddəsinə əsasən bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin, 170.1, 263, 264 və 268ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddiaçı LPO "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən “ASAN ödəniş” sistemi vasitəsilə 142211 təsnifat koduna, **********80 saylı qəbz əsasında ödənilmiş 93,34 manat dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan, onun surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Azər İsmayılov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar