Məhkəmə qərarları › İş №e-2(056)-2188/2024

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(056)-2188/2024

06.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № e-2(056)-2188/2024 06.12.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X5 Novruzəli oğlunun sədrliyi, Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı X2 Cavabdeh qarşı dəymiş ziyan tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı X4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1101 manat borcun və ödənilmiş 32 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X4 iddiasını belə əsaslandırmışdır ki, onunla Cavabdeh arasında bağlanmış və Simqayıt “Asan xidmət” mərkəzinin notariat kontorunda rəsmiləşdirilmiş icarə müqaviləsinə əsasən şəxsi mülkiyyətində olan Sumqayıt şəhəri 14-cü məhəllə, ev 8/15-də yerləşən 47 saylı mənzil cavabdehin icarəsinə verilmişdir. Mənzil binanın 1-ci mərtəbəsində olduğu üçün cavabdeh bu mənzildən 2024-cü ilin may ayına kimi tikiş sexi kimi istifadə etmişdir. İcarə müqaviləsinin 3-cü bəndində müqavilənin 1 il müddətinə bağlandığı qeyd edilmiş və göstərilmişdir ki, müqavilənin pozulmasına dair heç bir tərəf təklif irəli sürməsə icarə müddəti daha bir il uzadılmış hesab olunur. Cavabdeh bu müqavilə əsasında 2024-cü ilin may ayına kimi bu əmlakdan istifadə etmişdir. Lakin cavabdehin bu obyektdən istifadə etdiyi müddətdə ümumilikdə 2196 manat məbləğində borc hesablanmışdır ki, cavabdeh həmin borcdan bir hissəsini ödəmiş, lakin 1101 manat borcu qalmışdır. xx.xx.2024-cü il tarixə bu borcun 550 manatı istifadə edilmiş suya, 550,5 manatı isə kanalizasiya xidmətinə görə hesablanmışdır. O, cavabdehdən dəfələrlə həmin borcu ödəməsini xahiş etmiş, lakin cavabdeh borcu ödəməmişdir. Bu səbəbdən də o, məcburiyyət qarşısında qalaraq həmin borcu xx.xx.2024-cü ildə "xxxx" ASC-nin “Sumqayıt Sukanal” İdarəsinin hesabına ödəmiş və cavabdehdəən ödədiyi pulu ələb etmişdir. Lakin cavabdeh yenə də, ödədiyi pulu ona qaytarmamış və bu səbəbdən də hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Göstərinlənləri nəzərə alaraq Cavabdeh 1101 manat borcun və ödənilmiş 32 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X4 məhkəməyə ərizə ünvanlayaraq mülki işə onun iştirakı olmadan baxılıb iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçı X2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı zamanı Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, onunla iddiaçı X4 arasında bağlanmış və Simqayıt “Asan xidmət” mərkəzinin notariat kontorunda rəsmiləşdirilmiş icarə müqaviləsinə əsasən iddiaçı şəxsi mülkiyyətində olan Sumqayıt şəhəri 14-cü məhəllə, ev 8/15-də yerləşən 47 saylı mənzili onun icarəsinə vermişdir. Mənzil binanın 1-ci mərtəbəsində olduğu üçün o bu mənzildən 2024-cü ilin aprel ayına qədər tikiş sexi kimi istifadə etmişdir. Sexi istifadə etdiyi müddətdə ilk vaxtlarda hər ay 10 manat, sonraki vaxtlarda isə hər ay 20 manat su pulu ödəmişdir. Vaxtı-vaxtında su pulunu ödəməsinə baxmayaraq su günaşıra kəsilirdi. Su günaşıra kəsildiyi üçün su idarəsinə problemin aradan qaldırılması üçün müraciət etmişdir. Su idarəsinin əməkdaşları qeyd olunan mənzilə gələrək orada əlavə xətt aşkar etmişlər. Həmin əlavə xətdən onun xəbəri olmamışdır. Bundan sonra akt tərtib edilərək cərimə yazılmışdır. Yazılan cərimə onun adına deyil, X1 adına yazılmışdır. Qeyd etdiklərindən də görünür ki, onun adına heç bir cərimə yazılmamışdır. Belə olan halda iddiaçı ondan pul tələb etməkdə haqlı ola bilməz. Bundan başqa, qeyd olunan mənzilə su sayğacı qoyulana qədər orada problem olmamışdır, su sayğacı qoyulandan sonra orada problem yaranmışdır, yəni su sayğacı qoyulandan sonra orada əlavə xətt aşkar edilmişdir. Bu məsələ ilə bağlı iddiaçıya müraciət etmişdir və iddiaçı ona söz vermişdi ki, yaranan problemləri aradan qaldıracaqdır. Lakin iddiaçı yaranan problemi həll etməmişdir. Cavabdeh əlavə olaraq bildirmişdir ki, həmin mənzili icarəyə götürdüyü vaxt orada heç bir təmir işləri aparmamışdır. Orada təmir işləri aparmadığından, orada olan su xəttinə də müdaxilə edə bilməzdi. O, artıq 8 aydır ki, həmin obyekti iddiaçıya qaytarmışdır. Obyekti qaytaran zaman onunla iddiaçının arasında heç bir problem yaranmamışdır. Qeyri-qanuni istifadə nəticəsində itirilmiş suya görə hesablanmış cərimə barədə ona iddiaçının oğlu məlumat vermişdir. İddiaçının oğlu ona demişdir ki, “2160 manat suya cərimə yazılıb, obyektdən siz istifadə etdiyinizə görə həmin cəriməni siz ödəməlisiniz”. Sexdə işləyən işçiləri rahat sudan istifadə etmələri üçün, işçilər narahat olmasın deyə, həmin 2160 manat cərimənin 1200 manatını ödəmişdir. Qeyd olunanlardan da, görünür ki, iddiaçının iddia ərizəsində göstərdiyi 1101 manat borcun ona heç bir aidiyyəti yoxdur. Göstərdiklərini nəzərə alaraq, iddiaçı X2 məhkəmədə qaldrıdığı 1101 manat borcun və ödənilmiş 32 manat dövlət rüsumunun ondan alınaraq iddiaçıya verilməsi barədə iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə cavabdehi dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə baxışı zamanı iddiaçı X4 xx.xx.2024-cü il tarixə Cavabdeh ona 1101 manat borcunun olmasını göstərsə də, bu barədə hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Buradan da göründüyü kimi iddiaçı X4 öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Ankerin» işində qeyd etmişdir ki, məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi olmamalı və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarların qanunliyi və əsaslılığını təmin etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırması hüququna malikdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı X2 Cavabdeh qarşı 1101 manat borc tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. İşdə olan 25 iyul 2024-cü il tarixli qəbzdən görünür ki, X4 32 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin olunmadığı halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 32 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: Cavabdeh 1101 manat borcun və ödənilmiş 32 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə iddiaçı X2 iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Füzuli Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar