Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № e-2(056)-2417/2025 11.09.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X2, İddiaçı BOKT İddiaçı QSC-nin – cavabdehlər Musayeva (Nuriyeva) Aysel Qanbay qızı, Cavabdeh1 və X3 qarşı «pul tələbi» barədə kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı BOKT İddiaçı QSC - cavabdehlər Musayeva (Nuriyeva) Aysel Qanbay qızı, Cavabdeh1 və X3 qarşı «pul tələbi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli, 172/R saylı müqaviləyə əsasən, əsas borc üzrə 2719,13 (iki min yeddi yüz on doqquz manat, 13 qəpik) manat, faiz borc üzrə 103,32 (bir yüz üç manat 32 qəpik) manat olmaqla, ümumilikdə 2822,45 (iki min səkkiz yüz iyirmi iki manat, 45 qəpik) manat məbləğində kredit borcunun, həmçinin, ödənilmiş 48,22 (qırx səkkiz manat, 22 qəpik) manat məbləğində dövlət rüsumunun cavabdehlər Musayeva (Nuriyeva) Aysel Qanbay qızı, Cavabdeh1 və X1 müştərək qaydada tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli, 551 nömrəli Fərmanının iclasının təmin edilməsi məqsədi ilə BOKT İddiaçı QSC-nin İmişli filialı ilə Musayeva (Nuriyeva) Aysel Qanbay qızı arasında xx.xx.2020-ci il tarixli, 172/R saylı X8 bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh 2731,47 manat məbləğində borcu illik 1 faiz hesablanmaqla 5 (beş) il müddətində bu müqavilə 1 nömrəli əlavədə göstərilən ödəniş cədvəlinə uyğun "xxxx" QSC-yə ödənilməsini öz öhdəsinə götürmüşdür. Bununla yanaşı borc müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi BOKT İddiaçı QSC-nin İmişli filialı ilə Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixli, 172/R-01 saylı, X4 ilə isə xx.xx.2020-ci il tarixli, 172/R-02 saylı zaminlik müqavilələri bağlanmışdır. Cavabdeh qrafikə uyğun olaraq əsas borcu və ona hesablanmış faizləri ödəməli olduğu halda, o, müqavilənin şərtlərini pozmuşdur. Bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməyən cavabdehlə mübahisənin məhkəməyə qədər qaydada həlli mümlük olmamış, nəticədə iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehlərə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazları olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir.Lakin cavabdehlərdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə kiçik iddia ərizəsini nəzərdən keçirib və iş materiallarını araşdırıb, iş üzrə müəyyən olunmuş halları onlara tətbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan BOKT İddiaçı QSC ilə Musayeva (Nuriyeva) Aysel Qanbay qızı arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 172/R saylı borc müqaviləsindən görünür ki, BOKT İddiaçı QSC ilə cavabdeh arasında Güzəştli Kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh 2731,47 manat kredit üçün 5 il müddətinə, illik 1 faiz olmaq şərti ilə ödəniş etməyi üzərinə götürmüşdür. İş materiallarında olan BOKT İddiaçı QSC ilə Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixli, 172/R-01 saylı, X4 ilə isə xx.xx.2020-ci il tarixli, 172/R-02 saylı zaminlik müqaviləsindən görünür ki, cavabdehlər Cavabdeh1 ilə X4 da, cavabdeh Musayeva (Nuriyeva) Aysel Qanbay qızı ilə birgə borcun ödənilməsinə görə məsuliyyət daşıyır. İddia ərizəsinə əlavə edilmiş maliyyə arayışından görünür ki, BOKT İddiaçı QSC ilə X5 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 172/R saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas qalıq borcu 2719,13 manat, faiz borcu isə 103,32 manat təşkil edir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı 48,22 manat məbləğində dövlət rüsumu ödəmişdir. BOKT İddiaçı QSC ilə Musayeva (Nuriyeva) Aysel Qanbay qızı arasında bağlanmış borc müqaviləsinin mahiyyəti və onların əsasında cavabdehin daşımalı olduğu məsuliyyətin həcmi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə hesab edir ki, tərəflər arasında müqavilə bağlanmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır İddiaçı öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut edən sənədləri məhkəməyə təqdim etmişdir. Məhkəmə işin araşdırılmış hallarına və sadalanan maddi hüquq normalarına əsaslanaraq hesab edir ki, cavabdeh Musayeva (Nuriyeva) Aysel Qanbay qızı kredit müqaviləsi əsasında iddiaçı təşkilat BOKT İddiaçı QSC-dən aldığı pulu ödəmək öhdəliyinin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini tam icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini tam yerinə yetirməmişdir, nəticədə cavabdehin ödənilməmiş 2719,13 manat əsas, 103,32 manat faiz borcu yaranmışdır. Ona görə də, iddiaçı təşkilat BOKT İddiaçı QSC-nin cavabdeh Musayeva (Nuriyeva) Aysel Qanbay qızından öhdəliyinin icra edilməsini və yaranmış borcun ödənilməsini tələb etməsi tam əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan kassa mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 48,22 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, hazırkı iddia tam təmin olunduğundan, məhkəmə xərclərinə aid edilən ödənilmiş dövlət rüsumunun 48,22 manat əvəzi cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizə Azərbaycan Respublikası MPM-nin 284-3-cü maddəsinin tələblərinə uyğundur, həmin Məcəllənin 284-4-cü maddəsində qeyd olunan işi sadələşdirilmiş qaydada baxılmasının yolverilməzliyinə səbəb olan hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası MPM-nin 23-1-ci fəslində müəyyən edilmiş kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması qanuni və əsaslıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə də nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrinə əsaslanaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. BOKT İddiaçı QSC ilə Musayeva (Nuriyeva) Aysel Qanbay qızı arasında xx.xx.2020ci il tarixli, 172/R saylı müqaviləyə əsasən, əsas borc üzrə 2719,13 (iki min yeddi yüz on doqquz manat, 13 qəpik) manat, faiz borc üzrə 103,32 (bir yüz üç manat 32 qəpik) manat olmaqla, ümumilikdə 2822,45 (iki min səkkiz yüz iyirmi iki manat, 45 qəpik) manat məbləğində kredit borcu, həmçinin, ödənilmiş 48,22 (qırx səkkiz manat, 22 qəpik) manat məbləğində dövlət rüsumu cavabdehlər Musayeva (Nuriyeva) Aysel Qanbay qızı, Cavabdeh1 və X1 müştərək qaydada tutularaq İddiaçı QSC-yə ödənilsin Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Azər İsmayılov
Məhkəmə qərarları › İş №e-2(056)-2417/2025
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(056)-2417/2025
11.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver