Məhkəmə qərarları › İş №e-2(056)-252/2024

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(056)-252/2024

03.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № e-2(056)-252/2024 03.04.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X5 Novruzəli oğlunun sədrliyi, Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Şahbala oğlunun Cavabdeh qarşı «Pul tələbinə dair» iddia ərizəsi üzrə mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Şahbala oğlu Cavabdeh qarşı «pul tələbi barədə» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə arasında xx.xx.2021-ci il tarixdə bağlanmış kredit müqaviləsi üzrə 9500 manat əsas borcun və ödənilmiş dövlət rüsumunun əvəzində 115 manatın, cəmi 9615 manat məbləğində pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırır ki, cavabdehlə onun arasında xx.xx.2021-ci il tarixində kredit müqviləsi bağlanmış və həmin müqavilə Bakı şəhəri 26 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən təsdiq edilmişdir. Qeyd olunan müqavilə əsasında o, cavabdehə 9500 manat məbləğində pulu borc verməyi cavabdeh isə öz növbəsində həmin pulu xx.xx.2022-ci il tarixədək ona geri qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etməyərək qaytarmalı olduğu borc məbləğini uzun müddət keçməsinə baxmayaraq tam olaraq geri qaytarmamışdır. Göstərilənlərə əsasən iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçı Şahbala oğlu məhkəməyə elektron qaydada imzalanmış ərizə ilə müraciət edərək iddia tələbini müdafiə edib, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında iddianı qəbul etməyərək qeyd olunan məbləğdə pul vəsaitini notariat ofisindən çıxan zaman iddiaçıya geri qaytardığını bildirərək iddidanın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsinə əlavə olunmuş: xx.xx.2021-ci il tarixli Bakı şəhəri 26 saylı notariat ofisinin xüsusi notariusu X2 tərtib və təsdiq etdiyi «Kredit müqaviləsi»ndən görünür ki, Quliyev X1 Vüqar Şahbala oğlundan 9500 manat pulu nəğd şəkildə almış və həmin pulu xx.xx.2022-ci il tarixədək qaytaracığını öhdəsinə götürmüşdür. Ödəniş qəbzindən görünür ki, İddiaçı Şahbala oğlu məhkəmədə iddia qaldırılması üçün 115 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, işdəki olan sənədləri hərtərəfli, tam və obyektiv araşdıraraq , iş üzrə müəyyən edilmiş halları onlara tətbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə iddiaçının təqdim etdiyi borc müqaviləsini cavabdehin müəyyən edilmiş müddətdə qaytarmaq şərtilə 9500 manat borc almasını təsdiq edən sübut kimi qəbul edir. Cavabdehin müqavilə üzrə borcunun olmaması barədə dedikləri əsaslı hesab etmir. Cavabdeh bunu təsdiq edə biləcək heç bir sübut məhkəməyə təqdim etməmiş və qeyd olunan müqaviləni mübahisələndirməmişdir. Qeyd olunan İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli Bakı şəhəri 26 saylı notariat ofisinin xüsusi notariusu X2 tərtib və təsdiq etdiyi «Kredit müqaviləsi»ndən görünür ki, Quliyev X1 Vüqar Şahbala oğlundan 9500 manat pulu nəğd şəkildə almış və həmin pulu xx.xx.2022-ci il tarixədək qaytaracığını öhdəsinə götürmüşdür. Həmçinin, kredit müqaviləsinin 6-cı bəndidnə qeyd edilmişdir ki, borc verən müqavilə üzrə öhdəliyin icrasının tamamilə və ya hissə-hissə qəbulunu borc sənədinin üzərində etdiyi qeydlə təsdiq etməlidir. Kredit müqavilsəinin iş materialına əlavə edilmiş əslindən görünür ki, borc verən və ya borc alan tərəfindən borcun hər hansı bir hissəsinin ödənilməsi barədə müqavilənin üzərində heç bir qeyd aparımamışdır. Cavabdeh üzərində olan borcundan heç bir ödəniş etməmişdir. Məhkəmə hesab edir ki, borcun alınması və ödənilməsi qaydası notariat qaydasında təsdiq edilmiş müqavilə əsasında müəyyən edilmişdirsə, tərəflər arasında mübahisə yarandığı təqdirdə bir tərəfin həmin müqavilədə tərəflərin razılaşması ilə müəyyən edilmiş şərtlərə zidd olan qaydalara istinad etməsi qəbul oluna bilməz. Belə ki, Azərbaycan Respublikası MM-nin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.5-ci maddəsində qeyd edilir ki, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 390.6-cı maddəsində qeyd edilir ki, müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Göründüyü kimi tərəflər arasındakı münasibət yazılı formada bağlanmış kredit müqaviləsindən əmələ gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə təqdim edilmiş subutları bir-birilə müqaisəli təhlil etməklə və hər bir sübutu mənbəyinə və mötəbərliliyinə görə qiymətləndirərək iddia tələbini əsaslı sayır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvenişya araşdırmalarında sübutları qiymətləndirərkən bir qayda olaraq «sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü aydın və bir-birinə uyğun qənatlərin həm mövcudluğundan, həm də təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana qarşı» 06 mart 2008-ci il tarixli qərarıda qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2021ci il tarixli kredit müqaviləsinə əsasən ödənilməmiş qalan 9500 manat pul tutularaq İddiaçı Şahbala oğluna verilməlidir. Məhkəmə həmçinin MPM-nın 119.1-ci maddəsinə əsaslanaraq hesab edir ki, iddia tələbləri əsas hissədə tam təmin edildiyi üçün, iddianın ödənilmiş dövlət rüsumunun əvəzi olan 115 manat pulun cavabdehdən tutulması hissəsi də təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan kassa mədaxil qəbzi ilə müəyyən olunur ki, iddiaçının tərəfindən məhkəmədə iddia qaldırılması üçün 115 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, hazırkı iddia təmin olunduğundan, məhkəmə xərclərinə aid edilən iddiaçı tərəfindən tələb edilmiş ödənilmiş dövlət rüsumunun əvəzi olan 115 manat cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrinə əsasən məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən ödənilməmiş qalan 9500 manat pul, ödənilmiş dövlət rüsumunun əvəzində 115 AZN pul, cəmi 9615 manat pul tutularaq İddiaçı Şahbala oğluna verilsin. Qətnamədən, onun surəti tərəfə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Sabirabad rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: FÜZULİ PƏNAHOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar