Məhkəmə qərarları › İş №e-2(056)-2736/2025

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(056)-2736/2025

17.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № e-2(056)-2736/2025 17.10.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Bağırov Nurəddin Abuzər oğlunun sədrliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «kredit müqaviləsi üzrə pul tələbi» barədə kiçik iddiaya dair işə 17 oktyabr 2025-ci il tarixdə sadələşdirilmiş qaydada baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC - Cavabdeh qarşı «kredit müqaviləsi üzrə pul tələbi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2024-cü il tarixli, NSKRK-04118 saylı kredit müqaviləsi üzrə 198.07 AZN əsas, 1.71 AZN faiz borcu olmaqla, cəmi 199.78 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 AZN pulun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Nəsimi filialı ilə cavabdeh – Cavabdeh arasında bağlanmış 30 iyul 2024-cü il tarixli, NSKRK-04118 saylı Kartmane kredit kart müqaviləsinə əsasən illik 25 % (iyirmi beş) faiz dərəcəsi olmaqla 24 (iyirmi dörd) ay müddətinə 200 (iki yüz) manat məbləğində cavabdehə kredit verilmişdir (kredit müqaviləsinin 2.1.; 2.3.; 2.4 bəndləri). 30 iyul 2024-cü il tarixli, NSKRK-04118 saylı Kartmane kredit kart müqaviləsinin şərtlərinə görə borcalan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə,penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 30 iyul 2024-cü il tarixli, NSKRK-04118 saylı Kartmane kredit kart müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 30-dan gec olmayaraq hər ay 10,68 (on manat 68 qəpik) manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdehnun 30 İyul 2024-cü il tarixli, NSKRK04118 saylı Kartmane kredit kart müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 198,07 (bir yüz doxsan səkkiz manat 07 qəpik) manat, faiz borcuna görə 1,71 (bir manat 71 qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat, borcun cəmi məbləği 199,78 (bir yüz doxsan doqquzmanat 78 qəpik) manat təşkil edir. Odur ki, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş olunur. Cavabdehin iddia tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib və iş materiallarını araşdırıb, iş üzrə müəyyən olunmuş halları onlara tətbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək, hesab edir ki, iddia təmin edilməlidir. İddiaçı ASC-nin Nəsimi filialı ilə Cavabdeh arasında bağlanmış 30 iyul 2024-cü il tarixli, NSKRK-04118 saylı Kartmane kredit kart müqaviləsinə əsasən illik 25 % (iyirmi beş) faiz dərəcəsi olmaqla 24 (iyirmi dörd) ay müddətinə 200 (iki yüz) manat məbləğində cavabdehə kredit verilmişdir. İddiaçı ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə 198.07 AZN əsas, 1.71 AZN faiz borcu olmaqla, cəmi 199.78 manat borcu yaranmışdır. İş materiallarında olan bildirişin surətindən görünür ki, cavabdehə banka olan borcunu qaytarmayacaqı təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, ərizəçi tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. İşdə olan sənədlərdən aydın olur ki, tərəflər müqavilə ilə ayrı qayda müəyyənləşdirməmiş, iddiaçı tərəfindən cavabdehə ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu kredit borcunun ödənilməsinə dair dəfələrlə xəbərdarlıqlar edilmiş, lakin nəticəsiz qaldığından iddiaçı məhkəmədə iddia qaldırmışdır. İddiaçı öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut edən sənədləri məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı ASC-nin Nəsimi filialı ilə Cavabdeh arasında bağlanmış 30 iyul 2024-cü il tarixli, NSKRK-04118 saylı Kartmane kredit kart müqaviləsinə əsasən illik 25 % (iyirmi beş) faiz dərəcəsi olmaqla 24 (iyirmi dörd) ay müddətinə 200 (iki yüz) manat məbləğində cavabdehə kredit verilmişdir. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu kredit borcunun ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmiş və nəticədə onun kreditora 198.07 AZN əsas, 1.71 AZN faiz borcu olmaqla, cəmi 199.78 borcu yaranmışdır. Cavabdehə dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq borcu ödəməmişdir və kreditor hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mövcud halda öhdəliklər tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli NSKRK-04118 saylı kredit Müqaviləsindən əmələ gəlmişdir. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, cavabdeh tərəf bağladığı kredit müqaviləsinin şərtlərinə uyğun şəkildə İddiaçı ASC qarşısında götürdüyü öhdəliklərinə əməl etməli olduğu halda, öhdəlikləri yerinə yetirməkdən birtərəfli qaydada imtina etmişdir ki, bu da yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh Cavabdeh iddiaçıdan aldığı krediti vaxtında və lazımı qaydada qaytarmamış və iddiaçı ilə bağladığı kredit müqaviləsi üzrə nəzərdə tutulmuş öhdəliyi icra etməmişdir və bununla da xx.xx.2024-cü il tarixli, NSKRK- 04118 saylı kredit Müqaviləsindən yaranmış 198.07 AZN əsas və 1.71 AZN faiz borcu Cavabdeh tutulub (alınıb) İddiaçı ASC-yə ödənilməlidir. Məhkəmə həmçinin tələbin iddia qaldırılması üçün 30 manat ödənilmiş dövlət rüsumu əvəzinin tutulması hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün iddianın təmin olunduğu nəzərə alınaraq məhkəmə xərclərinə aid edilən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosesual Məcəlləsinın 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ASC-nin Nəsimi filialı ilə Cavabdeh arasında bağlanmış 30 iyul 2024-cü il tarixli, NSKRK-04118 saylı Kartmane kredit kart müqaviləsindən yaranmış 198.07 AZN əsas borc, 1.71 AZN faiz borcu və ödənilmiş dövlət rüsumunun əvəzi 30 AZN olmaqla, ümumilikdə 229,78 (iki yüz iyirmi doqquz manat yetmiş səkkiz qəpik) AZN məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar