Məhkəmə qərarları › İş №e-2(056)-283/2024

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(056)-283/2024

08.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № e-2(056)-283/2024 08.04.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, Cavabdeh nümayəndəsi X8 iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı «kredit borcunun qaytarılması məqsədi ilə tutmanın ipoteka predmetinə yönəldilməsi» barədə iddiası üzrə mülki işə Sabirabad şəhərində, məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı « kredit borcunun qaytarılması məqsədi ilə tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10680,67 manat əsas kredit borcu, 489,57 manat faiz borcu, Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Qərarı əsasında hesablanmış 3608,24 manat faiz borcu və 135 manat ödənilmiş dövlət rüsumunun ödənilməsi üçün tutmanın ipoteka ilə yüklü edilmiş, xüsusi mülkiyyət hüquqi ilə Cavabdeh məxsus olan, Sabirabad rayonu, Kürkəndi kəndində yerləşən 134,3 kv.m. ümumi, 66,2 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı fərdi yaşayış evi (A tikilisi), 66,7 kv.m. ümumi, 26,6 kv.m. yaşayış sahəsindən ibarət 2 otaqlı fərdi yaşayış evi (Al tikilisi), 15,6 kv.m. sahədən ibarət hamam (B tikilisi), 44,10 kv.m. sahədən ibarət qaraj (C tikilisi), 58,8 kv.m sahədən ibarət tövləyə (D tikilisi) yönəldilməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin fərdi yaşayış evi boşaldılaraq alıcıya təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Şirvan filialı ilə mərhum Vəliyev Müşfiq Tarıverdi oğlu arasında bağlanmış 05,12.2013-cü il tarixli, 4266 saylı kredit müqaviləsinə əsasən Vəliyev Müşfiq Tarıverdi oğluna 36 (otuz altı) ay müddətinə, illik faiz dərəcəsi 6 (altı) faiz ödənilmək şərtilə iiə 12.000 (on iki min) manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2013-cü il tarixli, RX seriyalı ******* nömrəli Çıxarışına əsasən xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olan Sabirabad rayonu, Kürkəndi kəndində 0.21 ha torpaq sahəsində yerləşən 134,3 kv.m ümumi, 66,2 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı fərdi yaşayış evi (A tikilisi), 66,7 kv.m ümumi, 26,6 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı fərdi yaşayış evi (Al tikilisi), 15,6 kv.m sahədən ibarət hamam (B tikilisi), 44,10 kv.m sahədən ibarət qaraj (C tikilisi), 58,8 kv.m sahədən ibarət tövlə (D tikilisi) ipoteka ilə yüklü edilmişdir. Fərdi yaşayış evinin ipotekaya qoyulması barədə Bank ilə Cavabdeh arasında xx.xx.2013-cü il tarixli 133/01 saylı sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin 3.1-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə bildirişlərin göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdirlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əwəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdehin Kredit müqaviləsi üzrə öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etmədiyini nəzərə alaraq Bank məhkəməyə müraciət etmişdir. LPO İddiaçı ASC ilə Vəliyev Müşfiq Tarıverdi oğlu arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 4266 saylı kredit müqaviləsi üzrə Sabirabad Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilmişdir. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2021- ci il tarixli, 2(056)-20/2021 saylı qətnaməsi ilə Vəliyev Müşfiq Tarıverdi oğluna qarşı iddia tələbi tam təmin edilmiş, lakin qətnamədən narazı qalan digər Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyası iş materialları üzrə araşdırma apararaq müəyyən etmişdir ki, cavabdeh Vəliyev Müşfiq Tarıverdi oğlunun xx.xx.2020-ci il tarixdə vəfat etməsinə baxmayaraq, birinci instansiya məhkəməsi ölmüş şəxsə münasibətdə iddia tələbinə baxaraq mülki iş üzrə yekun nəticəyə gəlmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(106)-714/2023 saylı qərardadına əsasən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən tənin edilmiş, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(056)-20/2021 saylı qətnaməsi ləğv edilmişdir. Sonradan tərəflərindən Sabirabad regional “ASAN xidmət” mərkəzində yerləşən notariat ofisinə xx.xx.2023-cü il tarixli, **********227 nömrəli sorğu göndərilmişdir. Həmin sorğuya cavab olaraq bildirilmişdir ki, Vəliyev Müşfiq Tarıverdi oğlunun adına xx.xx.2020-ci il tarixdə Sabirabad regional “ASAN xidmət” mərkəzində vərəsəlik işi açılmışdır. Lakin onun vərəsələrinə - mirasi qəbul edən həyat yoldaşı X3, xx.xx.2006-cı il təvəllüdlü azyaşlı övladı X6 və xx.xx.2007-ci il təvəllüdlü azyaşlı övladı X7 vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. Bu səbəbdən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269, 317.1, 319.1 və “ipoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddələrinə uyğun olaraq Vəliyev Müşfiq Tarıverdi oğlunun xx.xx.2013-cü il tarixli 4266 saylı kredit müqaviləsi üzrə ödənilməmiş qalan 10680.67 (on min altı yüz səksən manat, 67 qəpik) manat əsas, 489.57 (dörd yüz səksən doqquz manat, 57 qəpik) manat faiz və AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 3608.24 (üç min altı yüz səkkiz manat, 24 qəpik) manat faiz, cəmi 14778.48 (on dörd min yeddi yüz yetmiş səkkiz manat, 48 qəpik) manat borcun qaytarılması məqsədi ilə ipoteka qoyan Cavabdeh məxsus olan Sabirabad rayonu, Kürkəndi kəndində yerləşən 134,3 kv.m ümumi, 66,2 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı fərdi yaşayış evi (A tikilisi), 66,7 kv.m ümumi, 26,6 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı fərdi yaşayış evi (Al tikilisi), 15,6 kv.m sahədən ibarət hamam (B tikilisi), 44,10 kv.m sahədən ibarət qaraj (C tikilisi), 58,8 kv.m sahədən ibarət tövləyə (D tikilisi) tutmanın yönəldilməsi və həmin əmlakın açıq hərracda satılması və məhkəmədə iddia qaldırılması barədə Cavabdeh xəbərdar edilmişdir. xx.xx.2023-cü il tarixinə Vəliyev Müşfiq Tarıverdi oğlunun kredit üzrə cəmi borcu 14778.48 (on dörd min yeddi yüz yetmiş səkkiz manat, 48 qəpik) manat təşkil edir. Bundan 10680.67 (on min altı yüz səksən manat, 67 qəpik) manat əsas, 489.57 (dörd yüz səksən doqquz manat, 57 qəpik) manat faiz və AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 3608.24 (üç nin altı yüz səkkiz manat, 24 qəpik) manat faiz borcu təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317-ci maddəsinə uyğun olaraq, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Qeyd olunanlara əsasən iddianın təmin olunması xahiş olunur. İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X4 məhkəməyə ərizə ilə iddianı müdafiə etdiklərini, mülki işə onların iştirakları olmadan baxılaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X13 iddianı qəbul etməyərək izahatında göstərdi ki, Cavabdeh onun qızıdır. İddiaçının qızına qarşı qaldırdığı iddia əsassızdır. Belə ki, borcun kimdənsə tutulması tələb edilmədən ipotekaya yönəlmə tələbi qoyulması ziddir. Bundan əlavə, iddiaçı iddia müddətini ötürmüşdür. Ona görə də iddianının rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İŞ ÜZRƏ TƏQDİM OLUNMUŞ SÜBUTLAR: İddia ərizəsinə əlavə olunmuş: xx.xx.2023-cü il tarixli 4266 saylı kredit müqaviləsinin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki İddiaçı ASC ilə Vəliyev Müşfiq Tarıverdi oğlu arasında 36 ay müddətinə illik 6% olmaqla 12000 manat məbləğində kreditin verilməsi barədə kredit müqaviləsi bağlanmışdır. İpoteka saxlayan İddiaçı ASC ilə «İpoteka qoyan» Cavabdeh arasnda 05 dekabr 2013-cü il tarixdə bağlanmış 133/01 saylı ipoteka müqaviləsindən görünür ki, ipoteka predmeti Sabirabad rayonu, Kürkəndi kəndində yerləşən 134,3 kv.m. ümumi, 66,2 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı fərdi yaşayış evi (A tikilisi), 66,7 kv.m. ümumi, 26,6 kv.m. yaşayış sahəsindən ibarət 2 otaqlı fərdi yaşayış evi (Al tikilisi), 15,6 kv.m. sahədən ibarət hamam (B tikilisi), 44,10 kv.m. sahədən ibarət qaraj (C tikilisi), 58,8 kv.m sahədən ibarət tövlədən (D tikilisi) ibarətdir; «İpoteka predmeti»nin qiyməti tərəflərin qarşılıqlı razılığı ilə 20000 manat müəyyən edilir; İpoteka ilə təmin olunmuş öhdəliyin yaranma əsası İddiaçı ASC-nin Şirvan filialı ilə Vəliyev Müşfiq Tarıverdi oğlu arasında bağlanmış qiyməti 12000 manat olan xx.xx.2014-cü il tarixli 195 SF saylı kredit müqaviləsidir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestirindən Seriya RX ******* nömrəli Çıxarışın surətindən görünür ki, hüququ yüklü edilən şəxs Cavabdehnun mülkiyyətində olan Sabirabad rayonu, Kürkəndi kəndi, fərdi yaşayış evi mülkiyyətində olan 0,21 ha torpaq sahəsi ilə birlikdə İddiaçı ASC-nin Şirvan filialının xeyrinə yüklü edilmişdir. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(81)-3620/2016 saylı qərarının surətindən görünür ki, İddiaçı ASC məcburinin ləğv edilməsi, Əmanətlərin Sığortalanması Fondu xx.xx.2016-cı il tarixindən etibarən İddiaçı ASC-nin ləğvedicisi təyin edilməsi qərara alınmışdır. Sabirabad regional «Asan Xidmət» mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AZ-İİ054868 nömrəli «Ölüm haqqında şəhadətnamə»nin surətindən görünür ki, Vəliyev Müşfiq Tarıverdi oğlu xx.xx.2020-ci ildə başın dəqiqləşdirilməmiş travması səbəbindən Sabirabad şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydi kitabında 2020-ci ilin yanvar ayının 15-ci günündə 56 nömrə ilə qeyd edilmişdir. Sabirabad Rayon Məhkəməsinin 2(056)-20/2021 saylı, 05 noyabr 2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia tələbinin təmin edilməsi, İddiaçı ASC ilə Vəliyev Müşfiq Tarıverdi oğlu arasında bağlanmış xx.xx.2013-cü il tarixli 4266 saylı Kredit müqaviləsindən xx.xx.2019-cu il tarixə yaranmış 10680,67 manat əsas kredit borcu, 489,57 manat faiz borcu, 1543,64 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla cəmi 12713,88 (on iki min yeddi yüz on üç manat səksən səkkiz qəpik) AZN məbləğində pul vəsaiti, həmçinin məhkəmədə iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumunun əvəzi 30 (otuz) manat cavabdeh Vəliyev Müşfiq Tarıverdi oğlundan tutulub iddiaçı LPO "xxxx" ASC-nin Lagvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi, yuxarıda göstərilən ümumilikdə 12713,88 (on iki min yeddi yüz on üç manat səksən səkkiz qəpik) AZN məbləğində pul tələbləri və ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat ipoteka ilə yüklü edilmiş xüsusi mülkiyyət hüquqi ilə Cavabdeh məxsus olan Sabirabad rayonu, Kürkəndi kəndində 0.21 ha. torpaq sahəsində yerləşən 134,3 kv.m. ümumi, 66,2 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı fərdi yaşayış evinə (A tikilisi), 66,7 kv.m. ümumi, 26,6 kv.m. yaşayış sahəsindən ibarət 2 otaqlı fərdi yaşayış- evina (Al tikilisi), 15,6 kv.m. sahədən ibarət hamam (B tikilisi), 44,10 kv.m. sahədən ibarət qaraj (C tikilisi), 58,8 kv.m sahədən ibarət tövləyə (D tikilisi) yönəldilsin, həmin fərdi yaşayış evi 28000 (iyirmi səkkiz min) manat məbləğində ilkin satış qiymətilə açıq hərraca çıxarılaraq satılsın, satışdan aidə edilən pul vəsaiti yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi məbləğində «Zaminbank ASC-ya ödənilsin, satışdan əldə olunmuş pul vəsaitinin qalan (tələbdən artıq məbləğ) hissəsi cavabdehlərdən Cavabdeh verilməsi, "xxxx" MMC tərəfindən aparılmış xx.xx.2021-ci il tarixli OEM/O-19-954/21 saylı əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 150 (bir yüz əlli) manat pul vəsaiti cavabdeh Vəliyev Müşfiq Tarıverdi oğlundan tutulub "xxxx" MMC-nin hesabına (VÖEN:**********; h/h AZN30GUNA********************; BANK "xxxx" ASC, Müxbir hesab: AZ25NABZ********************; KOD: 505594; SWİFT GUNAAZ22) köçürülməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(106)- 714/2023 saylı qərardadının surətindən görünür ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Sabirabad Rayon Məhkəməsinin 2(056)20/2021 saylı, 05 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilməsi, iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Vəliyev Müşfiq Tarıverdi oğluna və Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən “Union” Vəkil Bürosunun vəkili Rauf Əzimova ünvanlanmış onun sorğusuna xx.xx.2023-cü il tarixli cavabdan görünür ki, “Elektron notariat” informasiya sistemində saxlanılan məlumatlara əsasən Vəliyev Müşfiq Tarıverdi oğlunun adına Sabirabad regional “Asan Xidmət” mərkəzində notariat ofisində vərəsəlik işi açılmışdır. Sabirabad regional “Asan Xidmət” mərkəzində notariat ofisi tərəfindən Əmanətlərin Sığortalanması Fondunun Hüquq departamentinin direktoru Azər Əmirova onun sorğusuna cavab olaraq ünvanlanmış xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, mərhum X1 adına xx.xx.2020-ci ildə Sabirabad regional “Asan Xidmət” mərkəzində notariat ofisində vərəsəlik işi açılmışdır. Lakin onun vərəsələrinə-mirası qəbul edən arvadı X3 xx.xx.2006-cı il təvəllüdlü azyaşlı övladı X6 və xx.xx.2007-ci il təvəllüdlü azyaşlı övladı X7 vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(056)-283/2024 saylı qərardadın surətindən görünür ki, iddia üzrə Cavabdeh tərəfindən hakim N.A.Bağırova verilmiş etiraz təmin edilməsi, iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı «kredit borcunun qaytarılması məqsədi ilə tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbi barədə mülki iş baxılması üçün Sabirabad Rayon Məhkəməsinin hakimi Səlim Allahverdiyevin icraatına verilməsi qərara alınmışdır. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim edilmiş sübutları onlara tətbiq edilməli olan hüquq normaları baxımından obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materialları tədqiq edilərkən müəyyən edilir ki, iddiaçı kreditor olaraq ölən şəxsin vərəsələrinə Müşfiq Vəliyevlə aralarında bağlanmış kredit müqaviləsi üzrə öhdəlik daşımalarını izah etməmiş, bu əsasla onlardan öhdəliklərinin icrasını tələb etməmişdir. İddiaçı yalnız Müşfiq Vəliyevin vərəsələrindən X2 ipoteka qoyan Cavabdeh ilə birgə qaydada xx.xx.2023-cü il tarixində bildiriş ünvanlayaraq onlarla xx.xx.2013-cü il tarixində kredit müqaviləsi bağlanmasını, onlar tərəfindən kredit müqaviləsinin tələblərinin pozulmasını bildirməklə kifayətlənmişdir. Bu hal kreditorun vərəsələrinin vərəsəlik qaydasında onlara keçmiş öhdəliklərin lazımi qaydada icra edilməməsi halı kimi qiymətləndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» xx.xx.20323-cü ilı tarixli qərarında qeyd edilmişdir ki, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən miras qoyanın əmlak xarakterli öhdəlikləri üzrə borcluya çevrildiyindən, onlar miras qoyanın kreditorları qarşısında öhdəliyin icrasına görə birgə məsuliyyət daşıyırlar. Borclunun ölümü halında onun vərəsələrinə qarşı tələb irəli sürülmədən birbaşa ipoteka qoyana qarşı ipoteka predmetinə tutmanın yönəldilməsi barədə tələbin mümkünlüyü ilə bağlı müraciətdə qaldırılmış məsələyə gəlincə isə qeyd edilməlidir ki, əvvəldə də göstərildiyi kimi, mirası qəbul etmiş vərəsələr miras qoyanın öhdəlikləri üzrə borcluya çevrildiyindən, onlar miras qoyanın kreditorları qarşısında öhdəliyin icrasına görə birgə məsuliyyət daşıyırlar. Lakin vərəsələr icra vaxtı çatmış əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikləri təqdirdə, pozulmuş mənafeyinin təmin edilməsi üçün kreditorun ipoteka qoyana qarşı tələb irəli sürmək hüququ yaranır. Göründüyü kimi Plenum Qərarında da kreditorun pozulmuş mənafeyinin təmin edilməsi üçün ipoteka qoyana qarşı tələb irəli sürmək hüququ yaranması üçün əsas şərt olaraq vərəsələrin icra vaxtı çatmış əsas öhdəliyi icra etməmələrini və ya lazımınca icra etməmələrini vurğulamışdır. Lakin iddiaçı təşkilat iddia ərizəsində adıçəkilən Plenum Qərarına istinad etmiş olsa da, həmin Qərarda nəzərdə tutulmuş şərtə əməl etməsini təsdiq edəcək hər hansı sübuta istinad etməmiş və belə bir sübutu məhkəməyə təqdim etməmişdir. Odur ki, iddia tələbi əsassız hesab edilərək təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğunu nəzərə alınsa, bu insitut xüsusi əhəmiyyət kəsb edir.İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa insan Hüquqları Məhkəməsi «Mahmudov Rusiyaya Federasiyasına qarşı» 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq («Affirmanti, non neganti, incumbit probatio», yəni «Sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür») prinsipi rəhbər tutulur. Sübutun kifayət qədər güclü, aydın və bir birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən bir qayda olaraq «Əsaslı şübhədən kənar» sübut standartları tədbiq edilir. Bundan başqa, Cavabdeh nümayəndəsi X13 məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə ünvanlayaraq, iddia müddətinin ötürülməsi əsası ilə iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı tərəfindən iddia müddəti ötürüldüyü əsası ilə də iddia tələbi təmin edilməməlidir. Belə ki, «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respulbikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Az. Resp. Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 08 may 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, «iddia müddəti pozulmuş hüququn müdafıəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafıq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımı əsasa söykənmir». Məhkəmə Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarını nəzərə alaraq ilk növbədə iddiaçının öhdəliyin icrasını tələb etmək hüququnun olub-olmamasına hüquqi qiymət verilməsini zəruri hesab edir. İş materiallarında olan kredit və ipoteka müqaviləsindən görünür ki, iddiaçı ilə X5 arasında kredit, Cavabdeh ilə isə ipoteka müqaviləsi bağlanmışdir ki, həmin müqavilələrə əsasən də iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olmuşdur. İdia müddətinin tətbiqi barədə ərizəyə gəlikdə isə müəyyən edilmişdir ki, tərəflər arasında kredit müqaviləsi və həmin müqavilənin təminatı olan ipoteka müqaviləsi üzrə hüquq münasibəti 2013-cü ildə yaranmış, həmin müqavilələr üzrə iddia müddəti 2016-cı ildə başa çatmış, hazırki iddia tələbi isə müddətin başa çatmasından 7 ildən artıq müddət keçdikdən sonra, xx.xx.2023cü il tarixdə məhkəməyə ünvanlanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 374.1-ci maddəsinə əsasən əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə” dair 03 iyun 2013-cü il tarixli qərarında qeyd olunmuşdur ki:

1. Kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir;

2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır;

3. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4 ,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2014-cü il tarixli Qərarın 4-cü bəndinə əsasən «Kredit Müqaviləsinin müddətli xarakter daşıdığını nəzərə alaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələri tətbiq olunarkən nəzərə alınmalıdır ki, iddia müddəti kreditin icra müddəti bitdiyi gündən hesablanır». İddia müddətinə aid olunmuş Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında qeyd edilmişdir: «İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci - o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci - iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü - iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır». Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərinin qarşılıqlı hüquq bağlılığı davam edir və MM-in 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə MM-nın “Öhdəliklərin icra edilməməsi” adlanan 22-ci fəslində və “Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət” adlanan 23-cü fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir. Kredit müddəti ilə bağlı isə nəzərə alınmalıdır ki, bu müddət müvafiq öhdəliyin əmələ gəlməsi, zərurət olduqda ona xitam verilməsi və öhdəliyin icrasının gecikdirilməsi baxımından əhəmiyyət kəsb edir. Kredit Müqaviləsi üzrə tərəflər arasında hüquq və vəzifələrin müəyyən bir anda əmələ gəlməsinə dair əldə olunan razılaşma borc alanın və borc verənin hansı andan etibarən, yaxud hansı ana qədər müəyyən hərəkətləri etməli olmaları, yaxud edə bilmələri ilə bağlıdır (borc alanın borcun ödənilməsini tələb edə bilməsi; borc verənin borcun götürülməsini tələb edə bilməsi; borc alanın kredit məbləğini müvafiq qrafik üzrə hissələrlə, yaxud birdəfəlik ödəmə şəklində həyata keçirməsi). E.Həkimovun şikayəti üzrə AR Konstitusiya Məhkəməsinin 03 noyabr 2008-ci il tarixli qərarında göstərmişdir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyekiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif faktorun mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. İddia müddəti ilə bağlı müddəalar Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərində nəzərdə tutulmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsi, analoji hüquqi mövqedən çıxış edərək, Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımı qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsi ilə müəyyən edilmiş iddia müddəti ötürüldüyündən iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilməsin. Qətnamədən təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar