Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № e-2(056)-2878/2025 27.11.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X2 Bağırovun sədrliyi, Rəşad Akif oğlu Rüstəmovun katibliyi ilə, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı - Cavabdeh qarşı «pul tələbi» barədə iddiası üzrə mülki işə xx.xx.2025-ci il tarixdə Sabirabad şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qarşı «pul tələbi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 19600 manat məbləğində pul borcunun, 149 manat ödənilmiş dövlət rüsumunun və vəkilə ödənilmiş xidmət haqqının əvəzi 300 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə onun (borc verən) ilə Cavabdeh (borc alan) arasında Şəmkir rayonu 1 saylı notariat ofisində kredit müqaviləsi bağlanmışdır. Müqavilə notarius X1 tərəfindən təsdiq edilmişdir və reyestrdə 3M-1109 № ilə qeyd edilmişdir. Həmin müqavilənin 1-ci bəndinə əsasən o, Cavabdeh 19.600 (on doqquz min altı yüz) manat məbləğində pul borc vermişdir. Müqavilənin 2-ci bəndinə əsasən isə Cavabdeh xx.xx.2025-ci il tarixinədək krediti qaytarmağı öhdəsinə götürmüşdür. Bugünədək cavabdeh tərəfindən kredtin qaytarılması öhdəliyi icra edilməmişdir. Bu səbəbdən də o, borcun qaytarılması tələbinə dair bildirişi xx.xx.2025-ci il tarixdə cavabdehin ünvanına göndərmişdir, lakin cavabdeh tərəfindən ona borcun qaytarılması təmin olunmamışdır. Bundan başqa onunla vəkil arasında hüquqi yardım göstərilməsinə dair xidmət müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən onun tərəfindən xidmət üçün 300 manat ödənilmişdir. Eyni zamanda iddia ərizəsinin məhkəməyə verilməsi üçün onun tərəfindən 149 manat dövlət rüsumu ödənilmişdir. Odur ki, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nın 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış və Şəmkir rayon 1 saylı notariat ofisinin xüsusi notariusu S.H.Qurbanov tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli Kredit Müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən İddiaçı 19600 manat məbləğində pul vəsaitini xx.xx.2025-ci il tarixədək qaytarmaq şərtilə borc formasında Cavabdeh vermişdir. Beləliklə məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh arasında qanunla müəyyən edilmiş qaydada bağlanmış xx.xx.2023-cü il tarixli Kredit Müqaviləsinə əsasən onlar arasında yaranmış öhdəliklərdən iddiaçıya aid olan hissəsi onun tərəfindən yerinə yetirilərək, müqavilənin predmeti olan 19600 manat pul vəsaitini xx.xx.2025-ci il tarixədək qaytarmaq şərtilə cavabdehə vermiş, cavabdeh isə qeyd edilən müqavilə ilə razılaşdırılmış müddətdə həmin borc vəsaitini iddiaçıya qaytarmaqdan imtina edərək, bununla da Mülki Məcəllənin 739-cu maddəsinin tələblərini pozaraq, üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Məhkəmə Mülki Məcəllənin 386-cı maddəsinə əsaslanaraq hesab edir ki, tərəflər arasında Kredit Müqaviləsi bağlanmaqla həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan Məcəllənin 448.1 maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Həmin Məcəllənin 430-cu maddəsinə əsasən əgər bu Məcəllə ilə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün müəyyənləsdirilmiş müddətdə icra edilməməyi borclunun icranı gecikdirməsi sayılır. İşin məhkəmədə araşdırılmış hallarına və istinad olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə belə nəticəyə gəlir ki, xx.xx.2023-cü il tarixli Kredit Müqaviləsi əsasında cavabdeh iddiaçıdan aldığı pul vəsaitini razılaşdırılmış müddətdə qaytarmaq öhdəliyini yerinə yetirmədiyi üçün həmin borc vəsaiti ondan tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. İddiaçı əsas borcla bərabər onun tərəfindən mülki işin hazırlanması üçün hüquqi yardım kimi vəkilə ödənilmiş 300 manat məbləğində haqqın və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 149 manat dövlət rüsumunun da alınıb ona verilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbini bu hissədə də haqlı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1 -ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Beləliklə qanunvericiliyin istinad edilən müddəalarına əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli Kredit Müqaviləsindən yaranmış 19600 AZN pul vəsaiti, iddianın məhkəməyə verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumunun əvəzi 149 AZN və hüquqi yardım xərcinin əvəzi 300 AZN, ümumilikdə isə 20049 (iyirmi min qırx doqquz) AZN məbləğində pul vəsaitinin Cavabdeh tutulub İddiaçı ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Mülki Prosessual Məcəlləsinin 216-220, 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli Kredit Müqaviləsindən yaranmış 19600 AZN pul vəsaiti, iddianın məhkəməyə verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumunun əvəzi 149 AZN və hüquqi yardım xərcinin əvəzi 300 AZN, ümumilikdə isə 20049 (iyirmi min qırx doqquz) AZN məbləğində pul vəsaiti Cavabdeh tutulub İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(056)-2878/2025
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(056)-2878/2025
27.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver