Məhkəmə qərarları › İş №e-2(056)-2950/2025

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(056)-2950/2025

04.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № e-2(056)-2950/2025 04.03.2026 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Cavid Zahid oğlunun oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli qəbz görünür ki, həmin tarixdə Kamil T****** hesabına 3550 manat pul köçürülmüşdür.

2. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli qəbz görünür ki, həmin tarixdə Kamil T****** hesabına 2178 manat pul köçürülmüşdür.

3. Cavabdeh tərəfindən məhkəmə iclasında tarix, imza və tərəflərin qeyd edilmədiyi müqavilə və həmçinin ona əlavə kimi internet səhifəsindən çıxarışlar təqdim edilmişdir.

İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları

a) iddia tələbi

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5728 (beş min yeddi yüz iyirmi səkkiz) manat əsas borcun onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddianın əsaslarına görə, o, hazırki iş üzrə cavabdehlə telefonda tanış olmuşdur. Ona bildirmişdir ki, özünə məxsus piramida xarakterli internet portalı vardır. Həmin portala müəyyən qədər pul yatırıb daha sonra qazanc götürəcəklər. Ona isə bəzi qazanan şəxslər barədə məlumat verdikdən sonra ona inanmış və bu səbəbdən də qazanc əldə etmək niyyəti ilə ona məxsus plastik bank kartına xx.xx.2025-ci il tarixdə 3550 manat daha sonra isə xx.xx.2025-ci il tarixdə 2178 manat olmaqla ümumilikdə 5.728 (beş min yeddi yüz iyirmi səkkiz) manat pul vəsaiti köçürmüşdür (qəbzləri işə əlavə edir). Uzun müddət cavabdehin ona qazanc vermədiyini görüb dəfələrlə zəng və mesaj yazmağına, o, cümlədən görüşməklərinə baxmayaraq hər dəfə müxtəlif bəhanələrlə pulunu geri qaytarmaqdan yayınır. Bu səbəbdən də məcbur qalıb məhkəmədə iddia qaldırmalı olmuşdur.

b) iddiaya etiraz

6. Cavabdeh tərəfindən iddia tələbinə etiraz təqdim edilərək ona qarşı qaldırılmış 5728 manat pul tələbinin əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. c) məhkəmə icraat iştiakçılarının izahatları

7. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir.

8. Əvvəlki məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh İddiaçı 5728 manat məbləğdə borcu olduğunu təsdiq etmiş, lakin məhkəməyə etiraz, müqavilə və çıxarış təqdim edərək həmin məbləğin əvəzində kripto valyutalar aldığını, onun hesabında olduğunu və 15 aydan sonra qaytara biləcəyini bildirmişdir.

Tətbiq edilən hüquq

9. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. Maddə 14.2.6. Başqa şəxsə zərər vurulması. Maddə 14.2.7. Əsassız varlanma. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 424.5. Əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır;

Məhkəmə baxışının hədləri

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi

12. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

13. İddiaçı 5728 manat məbləğdə pulu cavabdehə piramida xarakterli internet portalından qazanc əldə etmək məqsədi ilə verdiyini, daha sonra cavabdehlə əlaqəsinin kəsildiyini bildirir.

14. İddiaçı tərəfindən Cavabdeh 5728 manat məbləğdə pulun verilməsi işdəki sübutlarla – təqdim edilmiş bank qəbzi, iddiaçı və cavabdeh tərəfindən məhkəmə iclaslarında verilmiş izahatlarla öz təsdiqini tapır.

15. Mülki Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.

16. Odur ki, hazırkı halda da cavabdeh tərəfindən heç bir qanuni və müqavilə əsası olmadan əldə edilmiş pul iddiaçıya qaytarılmalıdır.

17. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, 5728 manat məbləğdə pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir.

18. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia təmin edilsin. 5728 manat məbləğdə pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİM : Cavid Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar