Məhkəmə qərarları › İş №e-2(056)-3326/2024

Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №e-2(056)-3326/2024

12.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № e-2(056)-3326/2024 12.12.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X1, İddiaçı Cavabdeh qarşı «pul tələbinə dair» iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı «pul tələbinə dair» iddia ərizəsi ilə Sabirabad Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən 1174 manat məbləğdə borcun və 33 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı cavabdehin şəxsiyyətini eyniləşdirməyə imkan verən sənədləri, yəni şəxsiyyəti təsdiq edən sənədlərin əslini və ya müvafiq qaydada təsdiq edilmiş surətlərini ərizəyə əlavə etməmişdir. Bununla da, İddiaçı tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149 və 150-ci maddələrinin tələblərinə əməl edilməmişdir. MPM-nin 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Həmin Məcəllənin 151.1-ci madəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Qeyd olunan Məcəllənin 152.4-cü maddəsinə əsasən iddiaçıya izah edilməlidir ki, iddia ərizəsinin qaytarılmasına əsas olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Yuxarda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 149, 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Cavabdeh qarşı «pul tələbinə dair» iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sabirabad rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar