Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № e-2(056)-3512/2025 12.02.2026 SABİRABAD RAYON MƏHKƏMƏSİ X1 Bağırovun sədrliyi, Rəşad Akif oğlu Rüstəmovun katibliyi ilə, iddiaçı təşkilatın nümayəndəsi Nümayəndə2 iştirakı ilə, iddiaçı ASC «Xalq» Bankının - Cavabdeh qarşı «kredit müqaviləsi üzrə borcun tutulması» tələbinə dair iddiası üzrə mülki işə xx.xx.2026-cı il tarixdə Sabirabad şəhərində, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC «Xalq» Bankı - Cavabdeh qarşı «kredit müqaviləsi üzrə borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2023-cü il tarixli DKM/020N05A02849823№-li Kredit müqaviləsi üzrə 12557,02 manat məbləğində əsas borc, xx.xx.2025-ci il tarixinədək kreditdən istifadəyə görə hesablanmış 505,08 manat məbləğində adi faizlər üzrə borc, xx.xx.2025-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğə illik 5% (beş faiz) dərəcəsi ilə hesablanmış 20,10 manat məbləğində penya, cəmi 13082,20 manat məbləğində pul vəsaiti və xx.xx.2025-ci il tarixindən başlayaraq qətnamənin qəbul edildiyi tarixə qədər əsas borc məbləğinə illik 12 % (on iki faiz) dərəcəsi ilə hesablanan adi faizlər və illik 5 % (beş faiz) dərəcəsi ilə hesablanan penya borcunun və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi 129,25 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, iddiaçı (kreditor) ASC “Xalq” Bankı ilə Cavabdeh (Borc alan) arasında bağlanmış xx.xx.2023-cü il tarixli DKM/020N05A02849823№-li Kredit Müqaviləsinə müvafiq olaraq iddiaçı tərəfindən borcalana 36 (otuz altı) ay müddətinə, illik 12% (on iki faiz) ödənilməsi şərtilə 20000 (iyirmi min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 2.4-cü maddəsinə və onun 1 №-li Əlavəsi olan Annuitet ödəniş cədvəlinə əsasən Cavabdeh hər ay bərabər məbləğdə müvafiq ödənişlər aparmaqla əsas borc məbləğinin qaytarılmasını və ona hesablanmış faizlərin ödənilməsini öhdəsinə götürmüşdür. Lakin Cavabdeh bu öhdəliklərini kobud şəkildə pozmuş və bu günədək kredit üzrə əsas borc məbləğinin mühüm hissəsini Banka qaytarmamış və əsas borc məbləğinə hesablanmış faizlərin müəyyən hissəsini ödəməmişdir. Belə ki, xx.xx.2025-ci il tarixinə Cavabdeh Bank qarşısında gecikdirilmiş borcu 13 062,10 (on üç min altmış iki manat 10 qəpik) manat təşkil edir ki, bunun da 12 557,02 (on iki min beş yüz əlli yeddi manat 02 qəpik) manatı vaxtı keçmiş əsas borcdan, 505,08 (beş yüz beş manat 08 qəpik) manatı isə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləğindən ibarətdir. Bundan əlavə Cavabdeh kredit üzrə əsas borc məbləğinin ödənilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq Banka Kredit müqaviləsinin 5.2-ci bəndinə əsasən vaxtı keçmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün illik 5 % (beş faiz) dərəcəsi ilə hesablanan penya da ödəməlidir ki, xx.xx.2025-ci il tarixinə bu məbləğ 20,10 (iyirmimanat 10 qəpik) manat məbləğində təşkil edir. Kredit müqaviləsi üzrə Cavabdeh tərəfindən üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulması ilə əlaqədar olaraq İddiaçının Kredit müqaviləsinin 3.1.3-cü yarımbəndinə əsasən hesablanmış faizlərlə birlikdə əsas borc məbləğinin qaytarılmasını vaxtından əvvəl tələb etmək hüququ yaranmışdır. Kredit müqaviləsi üzrə cavabdehin üzərinə götürdüyü öhdəliklərin könüllü qaydada yerinə yetirilməsinə nail olmaq məqsədilə iddiaçı tərəfindən Cavabdehla bir neçə dəfə əlaqə saxlanılmasına və ona borcun ödənilməsinin tələb edilməsinə dair xx.xx.2025-ci il tarixli ƏHD-XO-3.7.2025- 001 №-li Xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, Cavabdeh tərəfindən borcun ödənilməsi üçün bu günə qədər heç bir əməli addım atılmamışdır. Göstərilənlərə əsaslanaraq iddia tələbinin təmin olunması xahiş olunur. Məhkəmə iclasında iştirak etmiş iddiaçı təşkilatın nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı təşkilatın nümayəndəsinin izahatını dinləyib və iş üzrə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, iş üzrə təqdim olunmuş sübutlar sırasına daxil olan ASC «Xalq» Bankı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli DKM/020N05A02849823 saylı Kredit Müqaviləsindən görünür ki, ASC «Xalq» Bankı tərəfindən kredit alan Cavabdeh 36 ay müddətinə illik 12% dərəcəsi ilə 20000 AZN məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə görə borcverən qeyd olunan məbləğdə və illik razılaşdırılmış faizlə qaytarmaq şərtilə krediti borcalanın mülkiyyətinə verir, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş maliyyə arayışdan görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixə 12557.02 AZN əsas, 505.08 AZN faiz, 20.10 AZN cərimə, cəmi 13082.20 AZN məbləğində borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdehə banka olan borcunu qaytarmayacağı təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, ərizəçi tərəfindən 129.25 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin Müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Mülki Məcəllənin 385.1-ci, 421.2, 428.4, 442-ci, 449.4, 462.3-cü maddələrinə müvafıq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Tərəflərdən birinin Müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, Müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. İşin faktiki hallarına qiymət verib və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı təşkilatdan aldığı krediti faizlərlə birlikdə vaxtında və lazımı qaydada qaytarmamış, bununla da o, Kredit Müqaviləsindən irəli gələn öhdəlikləri yerinə yetirməmişdir. Ona görə də, iddia qismən təmin edilərək borc məbləği cavabdehdən ümumi qaydada tutulmalıdır. Məhkəmə həmçinin qeyd edir ki iddia tələblərinin xx.xx.2025-ci il tarixindən başlayaraq qətnamənin qəbul edildiyi tarixədək əsas borc məbləğinə illik 12% (on iki faiz) dərəcəsi ilə hesablanan adi faizlər və illik 5 % (beş faiz) dərəcəsi ilə hesablanan penya borcunun ödənilməsi hissəsi qeyri müəyyən olunduğu üçün, tələb həmin hissədə təmin edilməməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia tələbi tam təmin olduğu halda hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 129.25 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənləri nəzərə alaraq və Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2-ci və 238-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. ASC «Xalq» Bankı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli DKM/020N05A02849823 saylı Kredit Müqaviləsindən yaranmış 12557.02 AZN əsas borc, 505.08 AZN faiz borcu və 20.10 AZN cərimə borcu, ümumilikdə isə 13082.20 (on üç min səksən iki manat iyirmi qəpik) AZN məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi 129.25 (bir yüz iyirmi doqquz manat iyirmi beş qəpik) AZN Cavabdeh tutulub ASC «Xalq» Bankının hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(056)-3512/2025
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(056)-3512/2025
12.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver