Azərbaycan Respublikası adından Qətnamə Sabirabad rayon İş № e-2(056)-3564/2025 26.02.2026 SABIRABAD RAYON MƏHKƏMƏSI Hakim Nurəddin Abuzər oğlu Bağırovun sədrliyi, Rəşad Akif oğlu Rüstəmovun katibliyi ilə, iddiaçı İddiaçı ASC-nin - cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı «kredit borcunun qaytarılması» tələbi barədə iddiası üzrə mülki işə ##.##.2026-cı il tarixdə Sabirabad rayonunda açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» ASC - cavabdehlərcavabdeh2 və cavabdeh1 qarşı «kredit borcunun qaytarılması» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,cavabdeh2 və cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə ##.##.2024-cü il tarixli kredit müqaviləsi üzrə 11362,37 manat əsas borc, 640.38 manat faiz borcu və 7 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 12,009.75 manat və 126.03 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, ##.##.2024-cü il tarixli istehlak krediti müqaviləsinə əsasən cavabdeh2 İddiaçı ASC-dən illik 14.9% olmaqla 36 ay müddətinə 19500 manat məbləğində kredit götürmüşdür. ##.##.2024-cü il tarixli Kredit müqaviləsinin təminatı olaraq ##.##.2024-cü il tarixdə cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanmışdır. 2025-ci ilin ######ın ##-dək cavabdeh2banka ##.##.2024-cü il tarixli kredit müqaviləsi üzrə 11362,37 manat əsas borc,640.38 manat faiz borcu və 28 manat cərimə borcu, ümumilikdə cəmi 12030.75 AZNborcu vardır. cavabdeh2 ##.##.2024-cü il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 28 AZN təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25%-i miqdarında olmaqla, yəni 7 AZN məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. İddiaçı «xxxx» ASC-nin nümayəndəsi məhkəməyə ərizə göndərərək, işə iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan baxaraq, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci və 185.4-cü maddələrinə əsasən işə iddiaçının nümayəndəsinin və cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib və iş materiallarını araşdırıb, iş üzrə müəyyən olunmuş halları onlara tətbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək, hesab edir ki, iddiatəmin edilməlidir. Belə ki, iş materiallarında olan «xxxx» ASC ilə cavabdeh2 arasında bağlanmış ##.##.2024-cü il tarixli Kredit Müqaviləsinin surətindən görünür ki, cavabdeh2 ##.##.2024cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 14.9 faizlə 36 ay müddətinə 19500 manat məbləğində kredit götürmüşdür. İstinad olunan Müqaviləyə görə alınmış kredit və ondan irəli gələn faiz məbləği müəyyən edilmiş müddət ərzində ödənilməsə və ya qismən ödənilsə, bu məbləğ vaxtı keçmiş ödənişlər siyahısına daxil edilir və Kreditor tərəfindən hər bir vaxtı keçmiş gün üçün əlavə cərimə borcu hesablanır və hesablanmış cərimə Borcalan tərəfindən ödənilməlidir. İş materiallarından görünür ki, cavabdeh kredit vəsaitindən istifadə etsə də, Kredit Müqaviləsi üzrə götürdüyü pul vəsaitini faizlə birlikdə qaytarmamaqla bununla da üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, nəticədə əsas, faiz və cərimə borcu yaranmışdır. İş materiallarından görünür ki, bank tərəfindən borcluya pretenziya məktubları göndərilmişdir. İş materiallarında olan«xxxx» ASC-nin təqdim etdiyi arayışdan görünür ki, ##.##.2024-cü il tarixliKredit Müqaviləsi üzrə cavabdehin ##.##.2025-ci il tarixə Banka yaranmış borc üzrə 10862.37 AZN əsas borc, 640.38 AZN faiz borcu və7 AZN cərimə borcu olmaqla, ümumilikdə cəmi 11509.75 AZN məbləğində borcu vardır. Məhkəmə hesab edir ki, tərəflər arasında ##.##.2024-cü il tarixli Kredit Müqaviləsi bağlanmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən həmin Müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliyini yerinə yetirərək, cavabdehə kredit müqaviləsi üzrə 19500 manat məbləğində kredit verilmiş, cavabdeh cavabdeh2 isə üzərinə düşən öhdəlikləri tam və lazımı qaydada yerinə yetirməyərək qəbul etdiyi krediti müqavilədə və ödəniş cədvəlində göstərilən müddətdə və qaydada hesablanacaq faizlərlə birlikdə Banka tam qaytarmamışdır. Kredit Müqaviləsi üzrə öhdəliyini icra etmədiyinə görə borcluya qanunla müəyyən edilmiş qaydada pretenziya (öhdəliyin icra etməməsi üçün məhkəməyə müraciət olunacağı barədə) məktubu göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Məcəllənin 462.3-cü maddəsinə görə müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məcəlləsinin 465.2ci maddəsinə görə əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh cavabdeh2 iddiaçıdan aldığı krediti vaxtında və lazımı qaydada qaytarmamış və iddiaçı ilə bağladığı müqavilələr üzrə nəzərdə tutulmuş öhdəliyi icra etməmişdir və bununla da cavabdeh tələb olunan borcunu və cərimə məbləğlərini iddiaçı təşkilata ödəməlidir. Eyni zamanda məhkəmə digər cavabdeh cavabdeh1 hazırkı iddia tələbinə cavabdehliyi ilə bağlı qeyd edir ki, cavabdehlərdən cavabdeh2 iddiaçıdan aldığı krediti faizlərlə birlikdə vaxtında və lazımı qaydada qaytarmadığı üçün, eyni zamanda zamin cavabdeh1 isə öhdəlik götürməsinə baxmayaraq, borclunun əvəzinə ödəniş etmədiyi üçün, bununla da cavabdehlər kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəlikləri tam və lazımı qaydada yerinə yetirməmişlər. Ona görə də, borc məbləği cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Belə ki, iş materiallarında «xxxx» ASC ilə zamin cavabdeh1 və borclu cavabdeh2 arasında imzalanmış ##.##.2024-cü il tarixli Zaminlik Müqaviləsindən görünür ki, borclu cavabdeh2 ilə «xxxx» ASC arasında bağlanmış ##.##.2024-cü il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliyin vaxtında və lazımı qaydada icra etmədiyi hallarda, Zamin cavabdeh1 Bank qarşısında Borcalan ilə birgə məsuliyyət daşıyır. Az. Res. Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə eyni zamanda tələbin iddia qaldırılması üçün 126.03 manat ödənilmiş dövlət rüsumu əvəzinin tutulması hissəsi ilə bağlı qeyd edir ki, Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün və iddia qismən təmin olunduğu halda məhkəmə xərclərinə aid edilən ödənilmiş dövlət rüsumununəvəzi 126.03 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Göstərilnələrə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ASC ilə cavabdeh2 arasında bağlanmış ##.##.2024-cü il tarixli **-Z*-*-*-***- ** saylı Kredit Müqaviləsinə əsasən yaranmış 10862.37 manat məbləğində əsas borc, 640.38 manat məbləğində faiz borcu, 7 manat məbləğində cərimə borcu və məhkəməyə iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumunun 100manat hissəsi, cəmi 11609.75 (on bir min altı yüz doqquz manat yetmiş beş qəpik) AZN pul vəsaiti cavabdeh cavabdeh2 və cavabdeh1 müştərək qaydada tutulub İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(056)-3564/2025
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(056)-3564/2025
26.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver