Məhkəmə qərarları › İş №e-2(056)-402/2025

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(056)-402/2025

18.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № e-2(056)-402/2025 18.03.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X1 İbrahim oğlunun sədrliyi, Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi ilə, İddiaçı ASC-nin - Cavabdeh qarşı «pul tələbi» barədə iddia ərizəsi üzrə mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC ərizə ilə məhkəməyə müraciət edərək, borclu Cavabdeh elektron qaydada bağlanmış xx.xx.2023-cü il tarixli, BRCB1991207B144 saylı kredit müqaviləsinə əsasən 500 (beş yüz) manat əsas, 47,50 ( qırx yeddi manat, 50 qəpik) faiz borcu, xx.xx.2023-cü il tarixli, GTGK4915888B144 saylı kredit müqaviləsinə əsasən isə 6980,26 ( altı min doqquz yüz səksən manat, 26 qəpik) əsas, 676,66 ( altı yüz yetmiş altı manat, 66 qəpik) manat faiz borcu olmaqla ümumilikdə 8204,42 ( səkkiz min iki yüz dörd manat, 42 qəpik) manat borc pul və 102,04 manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2023-cü il tarixli, BRCB1991207B144 saylı kredit müqaviləsinə əsasən ona illik 27 faiz dərəcəsi ilə 58 ay müddətə 100 manat məbləğdə kredit verilmiş və nağd şəkildə ödənilmiş, xx.xx.2023-cü il tarixli, GTGK4915888B144 saylı elektron qaydada bağlanmış kredit müqaviləsinə əsasən isə illik 19,19 faiz dərəcəsi ilə 48 ay müddətə 7750 manat kredit verilmiş və kart hesabına köçürülmüşdür. Kredit müqviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam olaraq geri qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirmişdir. Məsələnin məhkəməyə qədər qaydada (pretenziya qaydasında) nizama salınması üçün iddiaçı tərəfindən bütün lazımı tədirlər həyata keçirilsə də, ona xəbərdarlıqlar edilsə də nəticəsiz qalmışdır. Odur ki, məhkəmədən iddianın təmin olunmasını xahiş edir. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək, iddianı müdafiə etdiklərini və işə onların iştirakı olmadan baxılaraq iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Mülki Prosessual Məcəlləsinin 185.4 və 185.5-ci maddələrinə əsaslanaraq məhkəmə, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2023-cü il tarixli, BRCB1991207B144 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında 58 ay müddətinə illik 27 faiz olmaqla 100 manat məbləğində kreditin verilməsi barədə tərəflər arasında razılıq əldə olunmuşdur. xx.xx.2023-cü il tarixli, GTGK4915888B144 saylı kredit müqaviləsi görünür ki İddiaçı ASC ilə Cavabdeh arasında 48 ay müddətinə illik 19,19 faiz olmaqla 7750 manat məbləğində kreditin verilməsi barədə tərəflər arasında razılıq əldə olunmuşdur. İddiaçı ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdehnın xx.xx.2023cü il tarixli, BRCB1991207B144 saylı kredit müqaviləsi üzrə 500 manat əsas kredit borcu, 47,50 manat faiz borcu, xx.xx.2023-cü il tarixli, GTGK4915888B144 saylı kredit müqaviləsinə əsasən isə 6980,26 manat əsas və 676,66 manat faiz borcu vardır. İşdə olan xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdehə banka olan borcunu qaytarmayacağı təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Ödəniş tapşırığından görünür ki, ərizəçi tərəfindən 102,04 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə, işdə olan sənədləri hərtərəfli, tam və obyektiv araşdırıb və iş üzrə müəyyən olunmuş halları onlara tətbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, BRCB1991207B144 saylı kredit müqaviləsinə əsasən ona illik 27 faiz dərəcəsi ilə, 58 ay müddətə 100 manat məbləğdə kredit verilmiş və nağd şəkildə ödənilmişdir. Bundan başqa xx.xx.2023-cü il tarixli, GTGK4915888B144 saylı elektron qaydada bağlanmış kredit müqaviləsinə əsasən cavabdehə illik 19,19 faiz dərəcəsi ilə 48 ay müddətə 7750 manat kredit verilmiş və onun kart hesabına köçürülmüşdür. Lakin cavabdeh müqavilənin şərtini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş və hazırda onun kreditora hər iki müqavilə üzrə ümumilkdə 7480,26 manat əsas və 724,16 manat faiz borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mövcud halda öhdəliklər tərəflər arasında bağlanmış xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixli kredit müqavilələrindən əmələ gəlmişdir. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, cavabdeh İddiaçı ASC qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməkdən birtərəfli qaydada imtina etmişdir ki, bu da yolverilməzdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşdə olan sənədlərdən aydın olur ki, tərəflər müqavilə ilə ayrı qayda müəyyənləşdirməmişlər. Odur ki, cavabdeh bağladıqları müqavilə şərtlərinə uyğun şəkildə öhdəliklərinə əməl etməli idi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. İş materiallarından aydın olur ki, iddiaçı tərəfindən cavabdehə dəfələrlə xəbərdarlıqlar edilmiş, lakin nəticəsiz qaldığından iddiaçı məhkəmədə iddia qaldırmışdır. İddiaçı öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut edən sənədləri məhkəməyə təqdim etmişdir. Məhkəmə həmçinin tələbin iddia qaldırılması üçün 102,04 manat ödənilmiş dövlət rüsumu əvəzinin tutulması hissəsi ilə bağlı qeyd edir ki, Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün və iddia tam təmin olunduğu halda məhkəmə xərclərinə aid edilən ödənilmiş 102,04 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli, BRCB1991207B144 saylı kredit müqaviləsinə əsasən 500 ( beş yüz) manat əsas, 47,50 ( qırx yeddi manat, 50 qəpik) faiz borc, xx.xx.2023-cü il tarixli, GTGK4915888B144 saylı kredit müqaviləsinə əsasən isə 6980,26 ( altı min doqquz yüz səksən manat, 26 qəpik) əsas, 676,66 ( altı yüz yetmiş altı manat, 66 qəpik) manat faiz borcu olmaqla ümumilikdə 8204,42 ( səkkiz min iki yüz dörd manat, 42 qəpik) manat borc pul tutularaq İddiaçı ASC-yə verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinın 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ilə İddiaçıASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, BRCB1991207B144 saylı kredit müqaviləsinə əsasən 500 ( beş yüz) manat əsas, 47,50 ( qırx yeddi manat, 50 qəpik) faiz borc, xx.xx.2023-cü il tarixli, GTGK4915888B144 saylı kredit müqaviləsinə əsasən isə 6980,26 ( altı min doqquz yüz səksən manat, 26 qəpik) əsas, 676,66 ( altı yüz yetmiş altı manat, 66 qəpik) manat faiz borcu olmaqla ümumilikdə 8204,42 ( səkkiz min iki yüz dörd manat, 42 qəpik) manat borc pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 102,04 manat dövlət rüsumu Cavabdeh alınıb İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətinə Sabirabad Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar