Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № e-2(056)-407/2025 14.04.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Quliyev Mətin Azər oğlunun katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı «kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması» barədə iddia ərizəsi üzrə mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı «kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 birgə qaydada İddiaçı ASC-nin xeyrinə 9540,41 manat məbləğində əsas və 1558,2 manat məbləğində faiz borcunun, 466,87 manat məbləğində cərimə borcunun, cəmi 11565,48 manat borcun və 125 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə “Bank of Baku" ASC arasında bağlanmış xx.xx.2024-cü il tarixli kredit sazişi müqaviləsinə əsasən bank Borcluya 36 ay müddətinə illik 24% olmaqla 9727 manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh “ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Borclu Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 (zaminlər) həmin sazişə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürərək kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün borclu Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və krediti qaytarılması ilə bağlı borclu Cavabdeh1 aid bütün öhdəlikləri icra etməlidirlər. İddiaçı ASC-nin nümayəndəsi Elvin Quliyev elektron ərizə ilə məhkəmə müraciət edərək iddia tələbini müdafiə edib, məhkəmə iclasının təmsil etdiyi təşkilatın nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh3 vəkili Vəkil məhkəməyə elektron ərizə ünvanlayaraq, cavabdehlərdən Cavabdeh1 mülkiyyətində əmlaklar olduğunu düşündüyünü, bu məqsədlə sorğular verdiyini, sübutlarının təqdim edilə bilinməsi üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nın 185-ci maddəsinə əsaslanaraq, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, MK/00404/88/26 saylı kredit sazişi müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 ilə “Bank of Baku" ASC arasında bağlanmış xx.xx.2024-cü il tarixli kredit sazişi müqaviləsinə əsasən Bank qismində çıxış edən “Bank of Baku" ASC müştəri qismində iştirak edən Cavabdeh1 36 ay müddətinə illik 24% olmaqla 14999 manat məbləğində kredit vermişdir. Həmin müqavilə daxilində Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 ilə “Bank of Baku" ASC arasında zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, RM/90657/A0/26 saylı kredit sazişi müqaviləsinin surətindən görünür ki, xx.xx.2022-ci il tarixli, MK/00404/88/26 saylı kredit müqaviləsi üzrə restrukturizasiya məqsədi ilə Cavabdeh1 verilmiş kredit məbləği 9727 manat olmaqla 36 ay müddətinə illik 24% dərəcəsi ilə restrukturizasiya edilmiş, həmin müqavilə daxilində Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 ilə “Bank of Baku" ASC arasında zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2024-cü il tarixli kredit sazişi müqaviləsi üzrə 9540,41 manat məbləğində əsas, 1558,2 manat məbləğində faiz və 466,87 manat cərimə borcu vardır. Xəbərdarlıq məktublarının müvafiq qaydada təsdiq olunmuş surətlərindən görünür ki, cavabdehə banka olan borclarını qaytarmayacağı təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən 125 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə, işdə olan sənədləri araşdıraraq, iş üzrə müəyyən olunmuş halları onlara tətbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək belə hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh1 ilə “Bank of Baku" ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit sazişi müqaviləsinə əsasən bank Borcluya 36 ay müddətinə illik 24% olmaqla 14999 manat məbləğində kredit vermiş, həmin müqavilə daxilində Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 ilə “Bank of Baku" ASC arasında zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2024-cü il tarixli, RM/90657/A0/26 saylı kredit sazişi müqaviləsinə əsasən isə xx.xx.2022-ci il tarixli, MK/00404/88/26 saylı kredit müqaviləsi üzrə restrukturizasiya məqsədi ilə Cavabdeh1 verilmiş kredit məbləği 9727 manat olmaqla 36 ay müddətinə illik 24% dərəcəsi ilə restrukturizasiya edilmiş, həmin müqavilə daxilində Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 ilə “Bank of Baku" ASC arasında zaminlik müqaviləsi bağlanmışdır. Borcalan Cavabdeh1 aldığı kredit üzrə əsas və faiz borcunun müəyyən hissəsini ödəsə də, müqavilə üzrə öhdəliklərini tam yerinə yetirməmiş və nəticədə onun kredit müqaviləsi üzrə 9540,41 manat məbləğində əsas, 1558,2 məbləğində faiz və 466,87 manat cərimə borcu olmaqla, cəmi 11565,48 manat kredit borcu yaranmışdır. Cavabdehlərə dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq qalıq borc ödənməmiş və buna görə də kreditor hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mövcud halda öhdəliklər tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli kredit sazişi müqaviləsindən əmələ gəlmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.3-cü maddəsinə görə müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Həmin Məcəllənin 465.2ci maddəsinə görə əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Sadalanan qanunvericilik normalarının tələbləri hazırki mübahisəyə tətbiq edildikdə müəyyən olunan hal ondan ibarətdir ki, Cavabdeh1 bank qarşısında öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi üçün iddiaçı təşkilat Cavabdeh1 əsas, faiz və cərimə borcunu tələb etməkdə haqlıdır. Odur ki, iddia tələbi bu hissədə tam təmin edilməlidir. Eyni zamanda məhkəmə digər cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 hazırkı iddia tələbinə cavabdehliyi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Məcəlləsinin 470.1ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehlərdən Cavabdeh1 iddiaçıdan aldığı krediti faizlərlə birlikdə vaxtında və lazımı qaydada qaytarmadığı üçün, eyni zamanda zaminlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 həmin müqavilə üzrə öhdəliyin vaxtında və lazımi qaydada icra edilməsi ilə əlaqədar bank qarşısında üzərinə öhdəlik götürdükləri üçün borc məbləğləri cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulmalıdır. Məhkəmə həmçinin tələbin iddia qaldırılması üçün 125 dövlət rüsumunun əvəzinin tutulması hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün iddianın tam təmin olunması nəzərə alınaraq, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 125 manat cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulub iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinın 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 9540,41 manat məbləğində əsas borc, 1558,2 manat məbləğində faiz borcu, 466,87 manat məbəlğində cərimə borcu və 125 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 11690,48 (on bir min altı yüz doxsan manat qırx səkkiz qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, onun surəti tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə elektron kabinetlə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(056)-407/2025
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(056)-407/2025
14.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver