Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № e-2(056)-460/2024 19.02.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «borcun tutulması, tələbin girov predmetinə yönəldilməsi və s.» tələbi barədə kiçik iddiaya dair işə Sabirabad şəhərində məhkəmənin inzibati binasında sadələşdirilmiş qaydada baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı «borcun tutulması, tələbin girov predmetinə yönəldilməsi və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2023-cü il tarixli NZLMB-08934 saylı kredit müqaviləsi üzrə 830,26 manat əsas kredit borcunun, 81,61 manat faiz borcunun, 311 manat cərimənin, cəmi 1222,87 manat kredit borcunun və 32,23 manat ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması, borcun Cavabdeh məxsus 1 ədəd 20,2 qram çəkidə 750 əyarlı qızıl Komplektdən (dəst) ibarət olan qızıl-zinət əşyalarına yönəldilməsi və həmin əşyaların açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi, satışdan əldə edilən məbləğ kifayət etmədikdə qalan məbləğin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixli NZLMB-08934 nömrəli kredit müqaviləsinə əsasən hazırkı iş üzrə Cavabdeh İddiaçı ASC-dən illik 27,5% olmaqla 12 ay müddətinə 1555 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh İddiaçı ASC ilə xx.xx.2023-cü il tarixli girov müqaviləsi bağlayaraq ona məxsus 1 ədəd 20,2 qram çəkidə 750 əyarlı qızıl Komplektdən (dəst) ibarət olan qızıl-zinət əşyalarını banka girov qoymuşdur. Borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. xx.xx.2024-cü il tarixə Cavabdeh banka kredit müqaviləsi üzrə 830,26 manat əsas kredit borcu, 81,61 manat faiz borcu, 311 manat cərimə, cəmi 1222,87 manat borcu vardır. Bank tərəfindən cavabdehə öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı dəfələrlə şifahi və yazılı formada xəbərdarlıq edilməsinə baxmayaraq, o banka olan borcunu ödəməmişdir. Buna görə də kreditor hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Cavabdehin iddia tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. İddia ərizəsinə əlavə olunmuş: xx.xx.2023-cü il tarixli NZLMB-08934 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında sonuncuya 1555 manat məbləğində kreditin verilməsi barədə müqavilə bağlanmışdır. İddiaçı ASC tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş maliyyə arayışdan görünür ki, Cavabdeh banka kredit müqaviləsi üzrə 830,26 manat əsas, 81,61 manat faiz, 311 manat cərimə məbləği, cəmi 1222,87 manat kredit borcu vardır. xx.xx.2023-cü il tarixli Aktdan görünür ki, bazar dəyəri 2304,62 manat olan 1 ədəd 20,2 qram çəkidə 750 əyarlı qızıl Komplektdən (dəst) ibarət qızıl əşyaları girov qoyulmuşdur. Xəbərdarlıq məktublarından görünür ki, cavabdehə borclarının qaytarmalarını tələb etmiş, əks halda isə məhkəməyə müraciət ediləcəyi barədə dəfələrlə xəbərdarlıq edilmişdir. Poçt xəbərnamələrinin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, xəbərdarlıq məktublarını cavabdeh almışdır. Ödəniş tapşırığından görünür ki, İddiaçı ASC tərəfindən məhkəmədə iddia qaldırmaqdan ötrü 32,23 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib və iş materiallarını araşdırıb, iş üzrə müəyyən olunmuş halları onlara tətbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunudu ki, xx.xx.2023-cü il tarixli NZLMB-08934 nömrəli kredit müqaviləsinə əsasən hazırkı iş üzrə iddiaçı Cavabdeh hazırkı iş üzrə İddiaçı ASC ilə illik 27,5 faiz ödəməklə 12 ay müddətinə 1555 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh İddiaçı ASC ilə xx.xx.2023-cü il tarixli girov müqaviləsi bağlayaraq 1 ədəd 20,2 qram çəkidə 750 əyarlı qızıl Komplektdən (dəst) ibarət olan qızıl-zinyət əşyalarını banka girov qoymuşdur. Borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırmış və nəticədə onun 830,26 manat əsas kredit borcu, 81,61 manat faiz borcu, 311 manat cərimə, cəmi 1222,87 manat borcu yaranmışdır. İddiaçı bank tərəfindən cavabdehə öhdəliklərinin ödənilməsi ilə bağlı dəfələrlə şifahi və yazılı formada xəbərdarlıq edilməsinə baxmayaraq, o, kreditora olan borcunu ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mövcud halda öhdəliklər tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit və girov müqavilələrindən əmələ gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmumunu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 462.3-cü maddəsinə görə müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu mümkün zərərdən çox ola bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Göründüyü kimi tənasübsüz surətdə yüksək dəbbə pulunu məhkəmə tərəfindən azaldıla bilinməsi müqavilə üzrə müəyyən edilmiş dəbbə pulunun miqdarına və qanunla müəyyən edilmiş dəbbə pulunun miqdarının tərəflərin razılaşması ilə artırıldığı hallara aiddir. Belə ki, bu hallarda dəbbə pulunun miqdarı öhdəliyin əhəmiyyəti və onun pozulduğu hallarda dəyə biləcək mümkün zərərin miqdarını nəzərə almaqla tərəflərin razılaşmaları əsasında müəyyən edilir. Belə razılaşma zamanı mümkün pozuntuya mütənasib olmayan dəbbə pulunun müəyyən edilməsi istisna olunmur. Buna görə də mülki qanunvericilik tənasübsüz surətdə müəyyən edilmiş yüksək dəbbə pulunun məhkəmə tərəfindən azaldıla bilməsi nəzərdə tutmuşdur. Göstərilənlərə əsasən məhkəmə işin hallarını və eyni zamanda kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə alaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən həmin məbləğin tənasübsüz surətdə yüksək olması qənaətinə gəlir və cəriməni əsas borcun 10%-i, yəni 83 manat həddinədək azaltmağı ədalətli hesab edir. Məhkəmə iddiaçının cavabdehdən banka olan borcunun girov predmetinə yönəldilməsi hissəsində də tələbini əsaslı hesab edir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli girov müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı ASC ilə bağladığı xx.xx.2023-cü il tarixli kredit müqaviləsinin təminatı kimi ona məxsus dəyəri bazar dəyəri 2304,62 manat olan 1 ədəd 20,2 qram çəkidə 750 əyarlı qızıl Komplektdən (dəst) ibarət olan qızıl əşyalarını girov qoymuşdur. Qeyd olunan girov müqaviləsinə əsasən girovla təmin edilən öhdəlik «kredit alan» tərəfindən icra edilmədikdə və ya lazımınca icra edilmədikdə, bankın vaxtından əvvəl tələb etmə hüququ yarandıqda, bankın girov predmetinə tutma yönəldilməsi hüququ əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 276.1-ci maddəsinə görə ipoteka predmeti olan əşyalar, habelə mülki dövriyyədən çıxarılmış əşyalar və kreditorun şəxsiyyəti ilə qırılmaz bağlı olan tələblər, o cümlədən alimentlər, həyata və ya sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər və digər şəxsə güzəşt olunması qanunla qadağan edilmiş sair hüquqlar istisna olmaqla, istənilən əşyalar və tələblər girov predmeti ola bilər. Həmin Məcəllənin 279-cu maddəsinin tələbinə əsasən girovla təmin edilən tələb əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığıüçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Həmin Məcəllənin 280.1-ci maddəsinə görə girov müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 280.3-cü maddəsinə görə bu Məcəllədə nəzərdə tutulan hallarda girov müqaviləsi notariat qaydasında təsdiqlənməli, girov hüququ isə dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 296.1-cı maddəsinin tələbinə görə girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Həmin Məcəllənin 297-ci maddəsinə əsasən girov qoyulmuş əşya ixtisaslaşdırılmış təşkilatlar tərəfindən yalnız açıq hərracdan satış yolu ilə realizə edilir (satılır). Həmin Məcəllənin 298-ci maddəsinə əsasən girov qoyulmuş əşyanın satılması nəticəsində götürülmüş məbləğdən, tutmanın həmin əşyaya yönəldilməsinə və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər tutulduqdan sonra, girov saxlayanın tələbləri ödənilir, qalan məbləğ girov qoyana verilir. Əgər girov qoyulmuş əşyanın satışından götürülən məbləğ girov saxlayanın tələbini ödəmək üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əşyasından almaq hüququna malikdir. Bu halda girov saxlayanın girova əsaslanan üstünlük hüququ yoxdur. İddiaçı iddia tələbində «Girov əmlakların açıq hərracda satılaraq əldə olununa vəsaitin borcun ödənilməsinə kifayət etmədiyi halda qalan məbləğin cavabdehlərdən tutulmasını da xahiş etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Cavabdeh xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 830,26 manat əsas kredit borcu, 81,61 manat faiz borcu, 83 manat cərimə, cəmi 994,87 manat borcun tutulması əsaslı hesab edilməklə təmin edildiyindən və bu məsələ qətnamənin icrası mərhələsində icra sənədinin icra vəziyyətindən asılı olaraq ümumi qaydada həll edilməli olduğundan həmin tələbin təkrar müzakirəsinə heç bir zərurət qalmır. Məhkəmə həmçinin hesab edir ki, iddia tələblərinin məhkəmədə iddianın qaldırılması ilə bağlı ödənilmiş 32,23 manat dövlət rüsumunun əvəzinin tutulması hissəsi də qismən təmin edilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia tələbi qismən təmin olduğu halda isə hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 32,23 manat dövlət rüsumunun 25 manat məbləğində hissəsi cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizə Azərbaycan Respublikasının MPM-nin 284-3-cü maddəsinin tələblərinə uyğundur, həmin Məcəllənin 284-4-cü maddəsində qeyd olunan işi sadələşdirilmiş qaydada baxılmasının yolverilməzliyinə səbəb olan hallar yoxdur. Odur ki, Azərbaycan Respublikasının MPM-nin 23-1-ci fəslində müəyyən edilmiş kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması qanuni və əsaslıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə də nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbinin əsaslı olduğu iş materialları ilə kifayət qədər sübut edildiyindən iddia tələbi qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsi üzrə yaranmış 830,26 manat əsas kredit borc, 81,61 manat faiz borc, 83 manat cərimə, ödənilmiş dövlət rüsumunun əvəzində 25 manat olmaqla, ümumilikdə 1019,87 (bir min on doqquz manat səksən yeddi qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Ödəmə xx.xx.2023-cü il tarixli Girov Müqaviləsinə əsasən girov qoyulmuş 1 ədəd 20,2 qram çəkidə 750 əyarlı qızıl Komplektdən (dəst) ibarət olan qızıl-zinyət əşyalarına yönəldilsin, həmin qızıl-zinyət əşyaları açıq hərracda satılsın, satışdan əldə edilən pul vəsaiti yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi məbləğində İddiaçı ASC-yə ödənilsin, satışdan əldə olunmuş pul vəsaitinin qalan hissəsi (tələbdən artıq məbləğ) Cavabdeh verilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, onun surəti tərəfə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Sabirabad rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(056)-460/2024
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(056)-460/2024
19.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver