Məhkəmə qərarları › İş №e-2(056)-537/2025

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(056)-537/2025

20.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № e-2(056)-537/2025 20.02.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X1 Allahverdiyevin sədrliyi ilə, İddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı «kredit müqaviləsi üzrə pul tələbi» barədə kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" QSC Cavabdeh əsas məbləğ üzrə borc: 253,56 (iki yüz əlli üç manat əlli altı qəpik), faiz borcu: 19,83 manat (on doqquz manat səksən üç qəpik), cərimə borcu: 11,45 manat (on bir manat qırx beş qəpik), müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc: 10 (on) manat, cəmi borc: 294,84 manat (iki yüz doxsan dörd manat səksən dörd qəpik) məbləğində kredit borcu, həmçinin dövlət büdcəsinə köçürülmüş 30 manat məbləğində dövlət rüsumunun "xxxx" QSC-nin хeyrinə tutulması (ödənilməsi) barədə qətnamə qəbul edəsiniz. İddia tələbi belə əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə "xxxx" QSC və Cavabdeh arasında fiziki şəxs müştərilər üçün müxtəlif bank xidmətlərini əhatə edən qarışıq müqaviləyə (fiziki şəxs müştərilər üçün müxtəlif bank xidmətlərinin göstərilməsi üçün ümumi şərtlərə) dair Əlavə Razılaşma (Saziş) (Kredit kart üzrə) bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə Bank tərəfindən cavabdehə istehlak yönümlü 300 manat məbləğində 59 ay müddətinə kredit kart limiti (kredit xətti) açılmışdır. Həmin müqavilə üzrə bank öhdəliklərini tam yerinə yetirsə də, cavabdeh öhdəliklərinin icrasından yayınmışdır. Cavabdehin müqaviləyə əsasən "xxxx" QSC-yə оlan bоrcu: əsas məbləğ üzrə borc: 253,56 (iki yüz əlli üç manat əlli altı qəpik), faiz borcu: 19,83 manat (on doqquz manat səksən üç qəpik), cərimə borcu: 11,45 manat (on bir manat qırx beş qəpik), müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc: 10 manat (on manat), cəmi borc: 294,84 manat (iki yüz doxsan dörd manat səksən dörd qəpik) manat təşkil edir. Cavabdehin iddia tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib və iş materiallarını araşdırıb, iş üzrə müəyyən olunmuş halları onlara tətbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2024-cü il tarixdə fiziki şəxs müştərilər üçün müxtəlif bank xidmətlərini əhatə edən qarışıq müqaviləyə (fiziki şəxs müştərilər üçün müxtəlif bank xidmətlərinin göstərilməsi üçün ümumi şərtlərə) dair Əlavə Razılaşma (Saziş) (Kredit kart üzrə) bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə Bank tərəfindən cavabdehə istehlak yönümlü 300 manat məbləğində 59 ay müddətinə kredit kart limiti (kredit xətti) açılmışdır. Cavabdeh isə üzərinə düşən öhdəlikləri tam və lazımı qaydada yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixdə "xxxx" QSC və Cavabdeh arasında fiziki şəxs müştərilər üçün müxtəlif bank xidmətlərini əhatə edən qarışıq müqavilə bağlanmaqla Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən həmin Müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 462.3-cü maddəsinə görə müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Həmin Məcəllənin 465.2ci maddəsinə görə əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh tələb olunan əsas, həmçinin ona hesablanmış faiz, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar və cərimə məbləğlərini iddiaçı təşkilata ödəməlidir. Məhkəmə eyni zamanda tələbin iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin tutulması hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi və iddia tam təmin olunduğu üçün məhkəmə xərclərinə aid edilən ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizə Azərbaycan Respublikasının MPMnin 284-3-cü maddəsinin tələblərinə uyğundur, həmin Məcəllənin 284-4-cü maddəsində qeyd olunan işi sadələşdirilmiş qaydada baxılmasının yolverilməzliyinə səbəb olan hallar yoxdur. Odur ki, Azərbaycan Respublikasının MPM-nin 23-1-ci fəslində müəyyən edilmiş kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması qanuni və əsaslıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə də nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbinin əsaslı olduğu iş materialları ilə kifayət qədər sübut edildiyindən iddia tələbi təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh əsas məbləğ üzrə borc: 253,56 (iki yüz əlli üç manat əlli altı qəpik), faiz borcu: 19,83 manat (on doqquz manat səksən üç qəpik), cərimə borcu: 11,45 manat (on bir manat qırx beş qəpik), müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc: 10 manat (on manat) və həmçinin dövlət büdcəsinə köçürülmüş 30 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 324,84 manat (üç yüz iyirmi dörd manat səksən dörd qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" QSC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar