Məhkəmə qərarları › İş №e-2(056)-618/2024

Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №e-2(056)-618/2024

20.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № e-2(056)-618/2024 20.05.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hаkim Səlim Məhərrəm oğlu Allahverdiyevin sədrliyi, X1 iclas kаtibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiаçı İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiаçı İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı xeyrinə xx.xx.2022-ci il tarixli borc müqaviləsi üzrə 12000 manat əsas, 556,10 manat 5% bank uçot dəcərəsinə əsasən hesablanmış faiz borcu olmaqla, cəmi 12560,10 manat borcun, çəkilmiş xərclərin əvəzi olaraq 17,25 manat etibarnamənin verilməsi üçün xərcin, 220 manat hüquqi yardımın ödənilməsi üçün xərcin, habelə 128,39 manat məhkəmə xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə cavabdehlə barışıq sazişi bağladıqlarını bildirərək bu haqda barışıq sazişini təqdim edib, barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə barışıq sazişini müzakirə edib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materialarına əlavə olunmuş və tərəflərin imzaları ilə təsdiq edilmiş xx.xx.2024-cü il tarixli barışıq sazişindən müəyyən edilir ki, tərəflər razılığa gəlmişlər ki, aşağıdakı şərtlərlə barışıq sazişi bağlanılsın:

1. Cavabdeh öz imzası və iradə bəyanı ilə təsdiq edir ki, onun iddiaçıuya xx.xx.2022-ci il tarixli Razılaşma üzrə mövcud olan qalıq borcu xx.xx.2024-cü il tarixinə 10500 manatdır.

2. Cavabdeh bu Sazişin 1-ci bəndində müəyyən edilmiş qalıq borc məbləğinin 10500 manat borcun olduğunu etiraf edir və bununla bağlı aşağıdakıları öz üzərinə öhdəlik olaraq götürür: 2.1. Saziş imzalanan zaman qalıq borc məbləğindən əvvəlcədən 500 manat məbləğində vəsaiti iddiaçıya ödəməyi, 2.2. Bu Sazişin 2.1-ci bəndində göstərilmiş məbləğ iddiaçıya ödənildikdən sonra xx.xx.2022-ci il tarixli Razılaşma üzrə qalıq 10000 manat məbləğində pul vəsaiti və çəkilmiş məhkəmə xərclərinin əvəzi olaraq 365,24 manat məbləğ olmaqla, ümumilikdə 10365,24 manat məbləğində vəsaiti hər ay müvafiq ayın 20-də 431,90 manat olmaqla 24 ay müddətində iddiaçının təqdim etmiş olduğu bank hesabına ödəməyi.

3. Hazırki Sazişin şərtləri cavabdeh tərəfindən tam şəkildə yerinə yetirilərsə iddiaçı aşağıdakıları icra etməyi öhdəsinə götürür: 3.1. Bu Sazişin 2.1-ci bəndində göstərilən vəsait ödənildikdən sonra Sazişin 2.2-ci bəndində göstərilmiş şərtlər əsasında vəsaitin hər ay müvafiq ayın 20-də iddiaçıya ödənilməsi şərti ilə hazırki Sazişin şərtləri ilə razı olduğunu, 3.2. Cavabdeh tərəfindən 2-ci bənddə göstərilənlər icra edildikdən sonra hazırda Sabirabad rayon Məhkəməsinin icraatında olan e-2(056)- 618/2024 saylı mülki iş üzrə icraata xitam verilməsinə və iddia tələbində göstərilən və hazırki Sazişin predmetinə daxil edilməyən bütün digər tələblərdən (5% bank uçot dərəcəsi üzrə hesablanmış məbləğdən imtina etməyi, 3.3. Sazişin lazımınca və vaxtında icra olunması halında məcburi icra tədbirlərinin görülməsi üçün aidiyyəti üzrə icra şöbəsinə müraciət edilməyəcəyinə.

4. Hazırki Sazişin imzalanması və məhkəmə tərəfindən təsdiq edilməsindən sonra Sabirabad rayon Məhkəməsinin icraatında olan e-2(056)-618/2024 saylı mülki iş üzrə icraata xitam verilir və Sazişin şərtləri öz hüquqi qüvvəsini almış hesab edilir.

5. Sazişin hər hansı bəndinin icra edilməməsi və ya lazımınca icra edilməməsi halında iddiaçı tərəfindən yenidən məhkəməyə müraciət edilmədən hazırki Sazişin məcburi icra edilməsi məqsədi ilə aidiyyəti üzrə icra şöbəsinə müraciət edərək qalıq borc məbləğini tələb etmək hüququ yaranır.

6. Hazırki barışıq Sazişinin 2.2-ci bəndində nəzərdə tutulmuş 365,64 manat məhkəmə xərclərinin tərkibinə iddiaçı tərəfindən hüquqi yardımın göstərilməsi üçün vəkilə ödənilmiş 220 manat məbləğində vəkil haqqı, 17,25 manat vəkilə verilmiş etibarnamənin təsdiq edilməsi üçün ödənilmiş rüsum, 128,39 manat iddianın məhkəmədə irəli sürülməsi üçün ödənilmiş dövlət rüsumu daxildir.

7. Bu Sazişin 2-ci bəndində göstərilən ödənişlərin icra edilməsi cavabdeh tərəfindən iddiaçının göstərdiyi bank hesabına təyinat göstərilməklə (Təyinat: Saziş üzrə borcun qaytarılması) pul vəsaitinin köçürülməsinə dair qəbzlərdə, ödəniş terminalları vasitəsi ilə ödəniş edilmiş ödəniş qəbzlərində və ya gün, ay və il göstərilməklə tərəflər və ya onların səlahiyyətli nümayəndələri arasında imzalanmış adi yazılı sənədin tərtibi (bundan sonra akt adlandırılacaq) təmin edilə bilər.

8. Saziş Azərbaycan dilində olmaqla 3 nüsxədə tərtib edilmiş və tərəflər imzaladıqdan sonra və məhkəmə tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minəcəkdir. Tərəflərə barışıq sazişinin hüquqi nəticələri izah edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessal Məcəlləsinin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər artıq öz aralarında mövcud mübahisəni həll etdiklərindən işin məhkəmədə mahiyyəti üzrə baxılmasına ehtiyac yoxdur. Məhkəmə bundan başqa qeyd edir ki, tərəflərin barışıq sazişi hər iki tərəfin arzusuna uyğun olub, onların iradələrini ifadə edir və onların barışıq sazişi hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarını pozmur. Mövcud iddia tələbi yalnız iş üzrə tərəflər olan prosessual şəxslərin hüquq və vəzifələri ilə əlaqədardır, habelə barışıq sazişinin nəticələri tərəflərə aydındır və onlar barışıq sazişinin nəticələri ilə razıdırlar. Azərbaycan Respublikasının Mülki Prosessal Məcəlləsinin 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflərin barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilərək, iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 191, 261-262, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə R A R A A L D İ:

İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə tərəflər arasında xx.xx.2024-cü il tarixdə bağlanmış aşağıdakı məzmunlu barışıq sazişi təsdiq edilsin.

1. Cavabdeh öz imzası və iradə bəyanı ilə təsdiq edir ki, onun iddiaçıya xx.xx.2022-ci il tarixli Razılaşma üzrə mövcud olan qalıq borcu xx.xx.2024-cü il tarixinə 10500 manatdır.

2. Cavabdeh bu Sazişin 1-ci bəndində müəyyən edilmiş qalıq borc məbləğinin 10500 manat borcun olduğunu etiraf edir və bununla bağlı aşağıdakıları öz üzərinə öhdəlik olaraq götürür: 2.1. Saziş imzalanan zaman qalıq borc məbləğindən əvvəlcədən 500 manat məbləğində vəsaiti iddiaçıya ödəməyi, 2.2. Bu Sazişin 2.1-ci bəndində göstərilmiş məbləğ iddiaçıya ödənildikdən sonra xx.xx.2022-ci il tarixli Razılaşma üzrə qalıq 10000 manat məbləğində pul vəsaiti və çəkilmiş məhkəmə xərclərinin əvəzi olaraq 365,24 manat məbləğ olmaqla, ümumilikdə 10365,24 manat məbləğində vəsaiti hər ay müvafiq ayın 20-də 431,90 manat olmaqla 24 ay müddətində iddiaçının təqdim etmiş olduğu bank hesabına ödəməyi.

3. Hazırki Sazişin şərtləri cavabdeh tərəfindən tam şəkildə yerinə yetirilərsə iddiaçı aşağıdakıları icra etməyi öhdəsinə götürür: 3.1. Bu Sazişin 2.1-ci bəndində göstərilən vəsait ödənildikdən sonra Sazişin 2.2-ci bəndində göstərilmiş şərtlər əsasında vəsaitin hər ay müvafiq ayın 20-də iddiaçıya ödənilməsi şərti ilə hazırki Sazişin şərtləri ilə razı olduğunu, 3.2. Cavabdeh tərəfindən 2-ci bənddə göstərilənlər icra edildikdən sonra hazırda Sabirabad rayon Məhkəməsinin icraatında olan e- 2(056)-618/2024 saylı mülki iş üzrə icraata xitam verilməsinə və iddia tələbində göstərilən və hazırki Sazişin predmetinə daxil edilməyən bütün digər tələblərdən (5% bank uçot dərəcəsi üzrə hesablanmış məbləğdən imtina etməyi, 3.3. Sazişin lazımınca və vaxtında icra olunması halında məcburi icra tədbirlərinin görülməsi üçün aidiyyəti üzrə icra şöbəsinə müraciət edilməyəcəyinə.

4. Hazırki Sazişin imzalanması və məhkəmə tərəfindən təsdiq edilməsindən sonra Sabirabad rayon Məhkəməsinin icraatında olan e-2(056)-618/2024 saylı mülki iş üzrə icraata xitam verilir və Sazişin şərtləri öz hüquqi qüvvəsini almış hesab edilir.

5. Sazişin hər hansı bəndinin icra edilməməsi və ya lazımınca icra edilməməsi halında iddiaçı tərəfindən yenidən məhkəməyə müraciət edilmədən hazırki Sazişin məcburi icra edilməsi məqsədi ilə aidiyyəti üzrə icra şöbəsinə müraciət edərək qalıq borc məbləğini tələb etmək hüququ yaranır.

6. Hazırki barışıq Sazişinin 2.2-ci bəndində nəzərdə tutulmuş 365,64 manat məhkəmə xərclərinin tərkibinə iddiaçı tərəfindən hüquqi yardımın göstərilməsi üçün vəkilə ödənilmiş 220 manat məbləğində vəkil haqqı, 17,25 manat vəkilə verilmiş etibarnamənin təsdiq edilməsi üçün ödənilmiş rüsum, 128,39 manat iddianın məhkəmədə irəli sürülməsi üçün ödənilmiş dövlət rüsumu daxildir.

7. Bu Sazişin 2-ci bəndində göstərilən ödənişlərin icra edilməsi cavabdeh tərəfindən iddiaçının göstərdiyi bank hesabına təyinat göstərilməklə (Təyinat: Saziş üzrə borcun qaytarılması) pul vəsaitinin köçürülməsinə dair qəbzlərdə, ödəniş terminalları vasitəsi ilə ödəniş edilmiş ödəniş qəbzlərində və ya gün, ay və il göstərilməklə tərəflər və ya onların səlahiyyətli nümayəndələri arasında imzalanmış adi yazılı sənədin tərtibi (bundan sonra akt adlandırılacaq) təmin edilə bilər.

8. Saziş Azərbaycan dilində olmaqla 3 nüsxədə tərtib edilmiş və tərəflər imzaladıqdan sonra və məhkəmə tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minəcəkdir. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair e-2(056)-618/2024 saylı mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar