Məhkəmə qərarları › İş №e-2(056)-637/2025

Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №e-2(056)-637/2025

03.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № e-2(056)-637/2025 03.03.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Mən, hakim X1, İddiaçı «Rabitəbank” ASC-nin Cavabdeh qarşı «pul tələbinə dair» sadələşdirilmiş icraat qaydasında kiçik iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, M ü ə y y ə n e t d im: İddiaçı ASC Cavabdeh qarşı «pul tələbi» barədə kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək, iddia tələbinin baxılmamış saxlanılması, sənədlərin və dövlət rüsumunun geri qaytarılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Cavabdeh işin mahiyyəti üzrə həll edilməsini tələb etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanmalı, həmçinin Azərbaycan Respublikasının MPM-nin 114-cü maddəsinin tələblərinə uyğun olaraq İddiaçı ASC tərəfindən iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Belə ki, ərizəyə əlavə edilmiş iddia qaldırılması üçün dövlət rüsumunun ödənilməsi barədə ********** nömrəli qəbzdən görünür ki, İddiaçı ASC X2 vasitəsi ilə xx.xx.2025-ci il tarixdə Sabirabad rayon Məhkəməsinin hesabına (büdcə təsnifat kodu: 142211, xidmət kodu: 14221103, transaksiya nömrəsi: ********************37803753, VÖEN: **********) 33 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı ASC-nin Cavabdeh qarşı «pul tələbinə dair» barədə iddia ərizəsi baxılmamış saxlansın. İddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı ASC tərəfindən X2 vasitəsi ilə xx.xx.2025-ci il tarixdə Sabirabad rayon Məhkəməsinin hesabına (büdcə təsnifat kodu: 142211, xidmət kodu: 14221103, transaksiya nömrəsi: ********************37803753, VÖEN: **********) ödənilmiş 33 manat dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan onun surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar