Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № e-2(056)-670/2025 13.05.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X1 İbrahim oğlunun sədrliyi, Əliyev Ələkbər əlisahib oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «pul tələbi» barədə iddia ərizəsi üzrə mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, 53 saylı notariat ofisində xx.xx.2022-ci il tarixdə bağlanmış 3M-343 saylı, xx.xx.2022-ci il tarixli, 3M-768 saylı kredit müqavilələrinə əsasən ümumilkdə 8350 ( səkkiz min üç yüz əlli ) manat borcun, 340 ( üç yüz qırx) manat xidmət haqqının və 103,50 ( bir yüz üç manat, 50 qəpik) manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, 53 Saylı Notariat ofisində 3M-343 saylı kredit müqaviləsi bağlanmış və ona 2350 manat borc verilmişdir. Həmin kredit müqaviləsi üzrə borcu cavabdeh xx.xx.2022-ci il tarixədək geri ödəməyi öhdəlik olaraq öz üzərinə götürmüşdür. Bundan başqa Cavabdeh ilə Bakı şəhəri, 53 Saylı Notariat ofisində xx.xx.2022-ci il tarixli, 3M-768 saylı digər kredit müqaviləsi bağlanmış və ona 6000 ( altı min) manat borc verilmişdir. Həmin borcu isə cavabdeh xx.xx.2022-ci il tarixədək geri ödəməyi öhdəlik olaraq üzərinə götürmüşdür. Lakin cavabdeh götürdüyü öhdəliyi yerinə yetirməyərək borcunu qaytarmamışdır.İddiaçı bütün buları əsas gətirərək iddianın təmin olunmasını xahiş edir. İddiaçı nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək, iddianı tam müdafiə etdiklərini bildirmiş və işə onların iştirakı olmadan baxılıb qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Azərbaycan Mülki Prosessual Məcəlləsinin 147-ci və 185.4-cü maddələrinə əsaslanaraq məhkəmə hesab edir ki, işə tərəflərin iştirakı olmadan baxılması mümkündür. İşdə olan: Bakı şəhəri, 53 saylı notariat ofisində xx.xx.2022-ci il tarixdə bağlanmış 3M-343 saylı, xx.xx.2022-ci il tarixli, 3M-768 saylı kredit müqavilələrindən görünür ki, tərəflər arasında borc müqaviləsi bağlanmış və Cavabdeh hər iki müqavilə üzrə ümumilikdə 8350 manat məbləğdə borc pulu almış, iddiaçı isə həmin pulu cavabdehə vermişdir . Elektron sistemdən çıxarışdan görünür ki, İddiaçı vəkil xidmətləri göstərilməsi ilə əlaqədar 340 manat xidmət haqqı köçürmüşdür. ********** saylı xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia qaldırılması üçün 103,50 manat məbləğdə dövlət rüsumu ödənmişdir. Xəbərdarlıq məktublarının müvafiq qaydada təsdiq olunmuş surətlərindən görünür ki, cavabdehlərə banka olan borclarını qaytarmayacaqları təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Məhkəmə, işdə olan sənədləri hərtərəfli, tam və obyektiv araşdırıb və iş üzrə müəyyən olunmuş halları onlara tətbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, xx.xx.2022-ci il tarixdə bağlanmış 3M-343 saylı, xx.xx.2022-ci il tarixli, 3M-768 saylı kredit müqavilələrinə əsasən, Cavabdeh 8350 manat məbləğində pulu şəxsən imza etməklə almış, lakin bu günə qədər borc öhdəliyini tam icra etməməməsi səbəbindən 8350 manat borcu yaranmışdır. Bu səbəbdən iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 385.1-ci maddəsində qeyd olunur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, cavabdeh qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməkdən birtərəfli qaydada imtina etmişdir ki, bu da yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşdə olan sənədlərdən aydın olur ki, tərəflər öz arasında ayrı qayda müəyyən etməmişlər. Odur ki, cavabdeh bağladıqları müqavilə şərtlərinə uyğun şəkildə öhdəliklərinə əməl etməli idi. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. İş materiallarından aydın olur ki, iddiaçı tərəfindən cavabdehə dəfələrlə xəbərdarlıqlar edilmiş, lakin nəticəsiz qaldığından iddiaçı məhkəmədə iddia qaldırmışdır. İddiaçı öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut edən sənədləri məhkəməyə təqdim etmişdir. Məhkəmə həmçinin tələbin iddia qaldırılması üçün 103,50 manat ödənilmiş dövlət rüsumunun və 340 manat vəkil xidmət haqqının əvəzinin tutulması hissəsi ilə bağlı qeyd edir ki, Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün və iddia tam təmin olunduğu halda məhkəmə xərclərinə aid edilən ödənilmiş 103,50 manat dövlət rüsumunun və 340 manat vəkil xidmət haqqının əvəzi cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 8350 manat əsas borc tutularaq İddiaçı verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinın 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 8350 ( səkkiz min üç yüz əlli) manat borc pul, 340 (üç yüz qırx) manat xidmət haqqı və 103,50 ( bir yüz üç manat ,50 qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınıb İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətinə Sabirabad Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Azər İsmayılov
Məhkəmə qərarları › İş №e-2(056)-670/2025
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(056)-670/2025
13.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver