Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № e-2(056)-823/2025 12.02.2026 SABİRABAD RAYON MƏHKƏMƏSİ X7 Bağırovun sədrliyi, Rəşad Akif oğlu Rüstəmovun katibliyi, İddiaçı və onun nümayəndəsi - vəkil Nümayəndə1, Cavabdeh və onun nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı - Cavabdeh qarşı «nisyə alqı-satqı müqaviləsindən yaranmış pul tələbi» barədə iddiası üzrə mülki işə xx.xx.2026-cı il tarixdə Sabirabad rayonunda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qarşı «nisyə alqı-satqı müqaviləsindən yaranmış pul tələbi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 56650 (əlli altı min altı yüz əlli) manat pul vəsaitinin, həmçinin vəkil xərcinin əvəzi 300 (üç yüz) manat və dövlət rüsumunun əvəzi 260 (iki yüz altmış) manat pulun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, o, Sabirabad rayonu, Muğan Gəncəli kənd sakini Cavabdeh həmin kənddə uşaq baxçasının müdiri kimi tanıyır. Aralarında yaranan səmimi münasibət zəmnində ondan qızıl-zinət əşyaları alaraq pulunu qaytaracağını bildirmişdir. O bu təkliflə razılaşmış və davam edən münasibətlər nəticəsində satış üçün qızılı cavabdehə verməyə başlamışdır. Ümumilikdə 56650 manat məbləğində ona borclu qalmışdır. Tələb etməyinə baxmayaraq pulu qaytarmamışdır. Bu barədə xx.xx.2025-ci ildə yenidən pulunu tələb edən zaman on yazılı iltizam yazaraq vermişdir. Odur ki, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qismən etiraf edərək, həqiqətdə borcunun tələb olunan həcmdə deyil daha az məbləğində olduğunu, iddiaçının təqdim etdiyi əlyazmanın onun tərəfindən imzalamadığını, eyni zamanda İddiaçı aldığı qızıl-zinət əşyalarını bibisi Mirsəkinə Qasımova vasitəsilə satdığını və satdığı mallara görə bibisi Mirsəkinənin ona borcunun yarandığını bildirmişdir. Məhkəmənin xx.xx.2026-cı il tarixində keçirilən iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, o, Cavabdeh bibisidir. İddiaçı şəxsən tanımamışdır. O, Mirxədicədən qızılları götürüb satmışdır. Axrıncı alış-verişi 3-4 il əvvəl olub. Hazırda onun Mirxədicəyə borcu var. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 4/1515 saylı məhkəmə-xətşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, “X1 Həsənxanış........” sözləri ilə başlayıb “........ təziq göstərmədən yazdım” yazıları ilə bitən xx.xx.2025-ci il tarixli qəbzdəki (kserosurəti mülki işin 7-ci vərəqindədir) əlyazmalar və imza - Cavabdeh tərəfindən icra olunmuşdur. Məhkəmə tərəflərin izahatlarını və şahidin ifadəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki iş materiallarında olan Cavabdeh tərəfindən imzalanmış əlyazmadan görünür ki, o, İddiaçı 56650 manat məbləğində qızıl götürdüyünü, satdığını və borclu qaldığını etiraf etmişdir. Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh arasında şifahi formada bağlanmış “qızıl-zinət əşyalarının alqı-satqısı barədə” Müqaviləyə görə satılan qızılın ümumi dəyəri 56650 manat müəyyən edilmiş, cavabdehin iddiaçıya olan 56650 manat borcunu 2025-ci ilin iyun ayının 5-nə qədər ödəyəcəyi razılaşdırılmış, satılan dana Cavabdeh təhvil verilmiş, lakin xx.xx.2025-ci il tarixdən çox müddətin keçməsinə baxmayaraq, cavabdeh aldığı malın dəyəri 1600 manat pulu satıcıya ödəməkdən yayınmışdır. Məhkəmə iclasında işin araşdırılmış halları ilə və təqdim edilmiş sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh arasında şifahi formada bağlanmış “qızıl-zinət əşyalarının alqı-satqısı barədə” Müqaviləyə əsasən iddiaçı ümumi dəyəri 56650 manat təşkil edən qızıl-zinyət əşyalarını Cavabdeh təhvil vermiş, cavabdeh isə nisyə aldığı qızıl-zinyət əşyalarının dəyərini ödəməkdən yayınmışdır. Buna görə də iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuş, iddiaçı tələbinin əsası kimi Cavabdeh tərəfindən imzalanmış əlyazmaya istinad etmiş, Cavabdeh isə iddiaya etiraz edib və iddia tələbini qismən etiraf edərək, lakin etirazının əsası kimi istinad etdiyi həqiqətdə borcunun tələb olunan həcmdə deyil daha az məbləğində olduğunu, iddiaçının təqdim etdiyi əlyazmanın onun tərəfindən imzalamadığını halların təsdiqinə dair məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tələbinin əsası kimi nisyə alqı-satqıdan yaranmış borcunun məhz 56650 manat olması faktına istinad edərək, iddia tələbinin əsası kimi istinad etdiyi həmin halın təsdiqinə dair cavabdehin imzası və yazısı ilə tərtib edilmiş əlyazmanı məhkəməyə təqdim etmiş və bununla da istinad etdiyi həmin faktları sübut edə bilmişdir, cavabdeh isə bu halı təkzib etsə də, bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə xüsusilə vurğulayır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə alınamalıdır. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarından Avropa Məhkəməsi qeyd edir ki, konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tuturlar. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzib edilməsi oxşar fakt ehtimallarından irəli gələ bilər. MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. İş üzrə təqdim edilmiş sübutları bir-biri ilə müqayisəli şəkildə təhlil etməklə, hər bir sübutu öz mənbəyinə və mənsubiyyətinə görə qiymətləndirməklə cavabdehin həqiqətdə borcunun tələb olunan həcmdə deyil daha az məbləğində olduğunu, iddiaçının təqdim etdiyi əlyazmanın onun tərəfindən imzalamadığını barədə göstərdiklərini məhkəmə əsassız hesab edir və onun bu cür izahatını mülki hüquq məsuliyyətindən yayınmağa yönəldilmiş hərəkət kimi qiymətləndirir. Məhkəmə iddiaçının izahatını Cavabdeh tərəfindən imzalanmış əlyazmaya və bu əlyazmanın etibarlığını təsdiq edən xx.xx.2025-ci il tarixli 4/1515 saylı məhkəmə-xətşünaslıq ekspertizasının rəyinə və işin digər hallarına uyğun gəldiyinə görə mötəbər hesab edir. Məhkəmə tərəflər arasında şifahi formada bağlanmış “qızıl-zinət əşyalarının alqı-satqısı barədə” Müqavilənin mahiyyəti və onların əsasında cavabdehin daşımalı olduğu məsuliyyətin həcmi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Göstərilənlərə əsasən məhkəmə tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinin əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsi şərti ilə bağlandığı müqavilələr olaraq təfsir edir və cavabdehin həmin müqavilə əsasında yaranmış öhdəliyini bu konteksdə müəyyənləşdirir. Məhkəmə MM-nin 386-cı maddəsinə əsaslanaraq hesab edir ki, tərəflər arasında şifahi nisyə alqı-satqı müqaviləsi bağlanmaqla, həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. Mülki Məcəllənin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Sadalanan qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı şifahi formada bağlanmış nisyə alqı-satqı müqaviləsi üzrə aldığı qızıl-zinət əşyalarının dəyərini ödəmək öhdəliyinin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmiş, nəticədə cavabdehin 56650 manat ödənilməmiş borcu yaranmışdır. Buna görə də, İddiaçınun həmin müqavilə üzrə öhdəliklərin icra edilməsini və yaranmış borcun ödənilməsini cavabdehdən tələb etməsi tam əsaslıdır. İddiaçı əsas borcla bərabər onun tərəfindən iddianın qaldırılması ilə bağlı ödənilmiş dövlət rüsumunun əvəzi 260 (iki yüz altmış) manat və hüquqi yardım xərcinin əvəzi 300 (üç yüz) manat pulun da alınıb ona verilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbini aşağıda istinad edilənlərə görə bu hissədə də əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-nın 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən (ekspertiza xərci) ibarətdir. Həmin Məcəllənin 121.1 -ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsaslanaraq hesab edir ki, iddia tələbi tam təmin olunduğu halda, ödənilmiş dövlət rüsumunun əvəzi 260 (iki yüz altmış) manat və hüquqi xidmət xərcinin əvəzi 300 (üç yüz) manat cavabdehdən tutulub iddiaçıya verilməldir. Bundan əlavə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış xx.xx.2025-ci il tarixli 4/1515 №-li məhkəmə-xəttşünaslıq eksertizası tədqiqatının dəyərini təşkil edən 138 (bir yüz otuz səkkiz) manat Cavabdeh tutulub ƏN Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməldir. Beləliklə, qanunvericiliyin istinad edilən müddəalarına əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında şifahi formada bağlanmış nisyə alqı-satqı müqaviləsindən yaranmış 56650 (əlli altı min altı yüz əlli) manat əsas borc, iddianın qaldırılması ilə bağlı ödənilmiş dövlət rüsumunun əvəzi 260 (iki yüz altmış) manat və hüquqi yardım xərcinin əvəzi 300 (üç yüz) manat ümumilikdə isə 57210 (əlli yeddi min iki yüz on) manat məbləğində pul vəsaiti Cavabdeh tutulub İddiaçı ödənilməli, ƏN Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış xx.xx.2025-ci il tarixli 4/1515 saylı məhkəmə-xəttşünaslıq ekspertiza tədqiqatının dəyərini təşkil edən xərcin əvəzi 138 (bir yüz otuz səkkiz) AZN məbləğində pul vəsaiti isə Cavabdeh tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Göstərilənlərə əsaslanaraq və MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında şifahi formada bağlanmış nisyə alqı-satqı müqaviləsindən yaranmış 56650 (əlli altı min altı yüz əlli) manat əsas borc, iddianın qaldırılması ilə bağlı ödənilmiş dövlət rüsumunun əvəzi 260 (iki yüz altmış) manat və hüquqi yardım xərcinin əvəzi 300 (üç yüz) manat ümumilikdə isə 57210 (əlli yeddi min iki yüz on) manat məbləğində pul vəsaiti Cavabdeh tutulub İddiaçı ödənilsin. ƏN Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış xx.xx.2025-ci il tarixli 4/1515 saylı məhkəmə-xəttşünaslıq ekspertiza tədqiqatının dəyərini təşkil edən xərcin əvəzi 138 (bir yüz otuz səkkiz) AZN Cavabdeh tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az. MEM VÖEN **********; AZ34CTRE********************, X4, KOD 210005; VÖEN **********; müxbir hesab Az41NABZ013601**********03944, S.W.İ.F.T. BİK: CTREAZ 22) köçürülsün. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilə.
Məhkəmə qərarları › İş №e-2(056)-823/2025
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(056)-823/2025
12.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver