Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № e-2(056)-84/2025 18.03.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X4 Allahverdiyevin sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «2500 manat məbləğində dəymiş ziyanın ödənilməsi» tələbi barədə iddiası üzrə mülki işə Sabirabad şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «2500 manat məbləğində dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2105 manat dəymiş ziyanın və 41,05 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə idarə etdiyi “VAZ 2107” markalı, **-HE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sabirabad rayonu H.Əliyev prospektində yol-nəqliyyat hadisəsi törədərək mülkiyyətində olan “VAZ 2121” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobili vurmuşdur. Yol-nəqliyyat hadisəsi nəticəsində onun mülkiyyətində olan “VAZ 2121” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilə ünvan 1 ünvanda Avtomobillərə texniki xidmət göstərən sahibkar, fiziki şəxs X3 tərəfindən baxış keçirilmiş və dəymiş ziyan 2105 manat məbləğində müəyyən edilmişdir. Sabirabad RPŞ tərəfindən baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparılmış, xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmiş və Cavabdeh barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8 və 332.1-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Cavabdeh tərəfindən ona vurulmuş ziyan ödənilməmişdir.Mübahisənin məhkəməyədək həll olunmasını təmin etmək məqsədi ilə dəymiş ziyanın ödənilməsi üçün onun tərəfindən cavabdeh ilə dəfələrlə danışıqlar aparılsa da, o, dəymiş ziyanın ödənilməsi istiqamətində heç bir tədbir görməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, məhkəmədən iddiasının təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqın da qərarın surətindən görünür ki, xx.xx.2024-cü il tarixində Cavabdeh xx.xx.2024-cü il tarixdə idarə etdiyi “VAZ 2107” markalı, **-HE-*** dövlət qeydiyyat nişanlı avtomobillə İddiaçı idarə etdiyi “VAZ 2121” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquuşması nəticəsində Cavabdeh əməlində Azərbaycan Respublikası İXM-nin 327.8 və 332.1-ci maddələrinin tərkibi yarandığından barəsində inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surətinin RPŞ-nin DYPB-nə verilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 332.1 və 327.8-ci maddəsi ilə inzibati protokol edilmişdir. Sabirabad Rayon Məhkəməsinin 3(056)-382/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinərək onun nəqliyyat vasitələrini idarə etmək hüququnun 6 (altı) ay müddətinə məhdudlaşdırılması qərara alınmışdır. İş materiallarında olan Avtomobillərə texniki xidmət göstərən sahibkar, fiziki şəxs X3 tərəfindən tətib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktından görünür ki, İddiaçı məxsus “VAZ 2121” markalı, **- BK-*** dövlət nömrə nişanlı avtomaşına cəmi 2105 manat məbləğində maddi ziyan dəymişdir. Əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 9/9056 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan müstəqil ekspert X3 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən Babək prospektində yerləşən ehtiyat hissələri mağazalar şəbəkəsində (sıra 5) olan avtohissələrin qiymətləri nəzərə alnımaqla, 1993-cü il buraxılışlı “VAZ 2121” markalı, **- BK-*** dövlət nömrə nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə dəyişdirilməli hissələrin qiyməti 1235 manat, təmir-bərpa işlərinin qiyməti 900 manat olmaqla, cəmi 2135 manat müəyyən edilir. Ekspert rəyinə əlavə edilmiş bildirişdən görünür ki, məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri 50 manat təşkil edir. Məhkəmə ilk növbədə qeyd edir ki, zərərin əvəzinin ödənilməsinə dair Azərbaycan Respublikası Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan irəli gəlir. Həmin Məcəllənin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Sadalanan qanunvericilik aktlarının tələbinə görə mülki hüquq pozuntusu törətmiş şəxsin birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hərəkəti (hərəkətsizliyi) ilə vurulmuş zərər arasında səbəbli əlaqə olmalıdır. Hazırkı iş üzrə cavabdehin dayanma-durma qaydalarına əməl etməməsi təqsirli hərəkəti göstərilən yol-nəqliyyat hadisəsinin baş verməsinə və iddiaçıya maddi zərər yetirilməsinə səbəb olmuşdur ki, bu hal da yuxarıda qeyd edildiyi kimi, inzibati xəta haqqında protokol və qərarla, həmçinin cavabdehin inzibati tənbeh vermə haqqında qərarda əksini tapmış izahatı ilə öz təsdiqini tapmaqdadır. Şərh olunanlara əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, iddia tələbi maddi zərər hissəsində təmin edilməli, Cavabdeh 2105 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilməlidir. Məhkəmə eyni zamanda tələbin iddia qaldırılması üçün ödənilmiş 41,05 manat dövlət rüsumunun əvəzinin tutulması hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi və əsas iddia tam təmin olunduğu üçün məhkəmə xərclərinə aid edilən ödənilmiş 41,05 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yekun olaraq məhkəmə həyata keçirilmiş ekspertiza tədqiqatının dəyərinin tərəflərin hansından və hansı miqdarda tutulmalı olmasına münasibətdə qeyd edir ki, iddianın tam təmin edilməsi nəzərə alınaraq ekspertiza tədqiqatının dəyəri də tam olaraq cavabdehdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Göstərilənlərə əsaslanaraq və MPM-nın 119, 216-220, 227, 233, 284-5 və 284-6-cı 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh dəymiş zərərin əvəzi qismində 2105 manat məbləğində vurulmuş zərərin əvəzi və 41,05 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 2146,05 (iki min qırx altı manat beş qəpik) manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış xx.xx.2024-cü il tarixli 9/9056№-li məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat pul vəsaiti Cavabdeh tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********; AZ34CTRE********************, X1, KOD 210005; VÖEN **********; müxbir hesab Az41NABZ013601**********03944, S.W.İ.F.T. BİK: CTREAZ 22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(056)-84/2025
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(056)-84/2025
18.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver